Şamil Sabiroğlu mühüm dövlət mükafatına layiq görüldü

21:25 11-07-2019 | icon 63 | Cəmiyyət
Şamil Sabiroğlu mühüm dövlət mükafatına layiq görüldü

Tanınmış jurnalist Şamil Sabiroğlu mühüm dövlət mükafatına layiq görüldü.

 

Versus.Az-ın məlumatına görə, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Tərəqqi” medalı mükafatçısı, Vətən müharibəsi veteranı Şamil Sabiroğlu 1988-ci ilin noyabrında başlamış Azərbaycan Milli Azadlıq hərəkatının fəallarından olub.

 

Ş.Sabiroğlu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar Bakıdakı rahat işini ataraq 1989-cu ilin sentyabrında Laçın rayonuna, 1990-cı ilin aprelində isə Xocalıya yollanıb. Bölgənin müdafiəsində və quruculuq işlərində yaxından iştirak edib.

 

Ş.Sabiroğlu 1991-ci ilin sentyabrından “Səhər” gündəlik informasiya qəzetinin Qarabağ bölgəsi üzrə müxbiri vəzifəsində işləyib. O, Xocalı soyqırımı, Şuşa və Laçın faciələri haqqında Azərbaycan mətbuatında ilk həqiqi xəbərlər verən jurnalistdir.

 

Dövlət Başçısı Cənab İlham Əliyevin 2010-cu il 21 iyul tarixli Sərəncamına əsasən Ş.Sabiroğlu “Tərəqqi” medalına layiq görülüb. 2019-cu il mayın 27-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar bir çox ziyalılar, Milli Məclisin deputatları və qeyri-hökumət təşkilatlarının nümayəndələri xüsusi medala layiq görüldülər. Mükafata layiq görülənlərin arasında tanınmış jurnalist Şamil Sabiroğlu (Ələkbərli) da var.

 

İyulun 11-də Bakıda Beynəlxalq Mətbuat Mərkəzinin Konfrans salonunda “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) yubiley medalı”na layiq görülənlərə mükafatlar təqdim edildi. Mərasimi Respublika Prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi Məsələlər Şöbəsinin müdiri Əli Həsənov açdı.

 

Əli müəllim mükafata layiq görülənləri Dövlət Başçısının adından təbrik etdi, onlara gələcək işlərində uğurlar arzuladı.

Daha sonra mükafatlar təqdim olundu. Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinə mükafatı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev təqdim etdi.

 

Təqdimat mərasimində ölkənin ictimai-siyasi həyatında fərqlənən digər şəxslər də mükafatlandırıldı.

 

Versus.Az kollektivi Şamil Sabiroğlunu mühüm dövlət mükafatına layiq görülməsi münasibətilə təbrik edir, işlərində və şəxsi həyatında yeni-yeni uğurlar arzulayır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Avrasiya Universitetində “Ərəbşünaslıq mərkəzi”nin açılışı olub

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

Canlı yayında İsgəndər Həmidov müəmması (VİDEO)

Miço Kapoya oxşamaq istəyən Türkiyədə yaşayan azərbaycanlı

Məhz böyük barmağa üzük taxmağı xoşlayanlar enerjili və...