Partiya sədrindən rektora AÇIQ MƏKTUB

13:36 12-07-2019 | icon 297 | Cəmiyyət
Partiya sədrindən rektora AÇIQ MƏKTUB

İqbal Ağazadə: “Yoxsa bir oxucu kimi sizə haqqımı halal etmirəm

 

Xəbər verildiyi kimi, Azərbaycan Dillər Universitetinin (ADU) filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli vəzifəsindən çıxarılıb. Bundan öncə rektor Kamal Abdulla V.Ağabəyliyə töhmət verildiyini açıqlamışdı. V.Ağabəyli isə rektoru universitetdə ayrı-seçkilik salmaqda, Elmi Şurada müəllimləri təhqir etməkdə, dostunun qızı olan və ingilis dilini bilməyən müəllimə dərs verməkdə, ona kafedra yaratmaqda, tələbələr arasında xəlifə və “qulamlar” olaraq təbəqələşmə formalaşdırmaqda günahlandırmışdı.

 

Məsələyə laqeyd qalmayan Ümid Partiyasının sədri İqbal Ağazadə sosial media üzərindən Kamal Abdullaya açıq məktubla müraciət edib. Versus.Az-ın məlumatına görə, müraciətdə deyilir:

 

“Hörmətli Kamal Abdulla,

Mən həmişə sizə hörmət və ehtiramla yanaşmışam. Bu gün də sizə bir daha öz hörmətlərimi ifadə edirəm. Amma...

 

Mən uzun müddətdir rektoru olduğunuz universitetin müəlliməsinin sizə qarşı ittihamlar və iddialarla çıxış etdiyinin şahidiyəm. "Kim haqlıdır" sualına cavab verməkdə çətinlik çəkirəm. İnanıram ki, mənim kimi sizi tanıyan hər kəs bu vəziyyətə təəssüf edir.

 

Siz haqlısınız, yoxsa Vüsalə xanım? Nədən ictimaiyyət, jurnalistlər qarşısında açıq bir dialoq təşkil etmirsiniz? Nədən o gənc xanımın səsini eşitmirsiniz? Yoxsa Siz də illərimizi əlimizdən alan, xalqda ümidsizlik yaradan əksəriyyət kimi sadəcə bir iqtidar məmuruna döndünüz? Belədirsə yazmayın daha, əlinizə qələm almayın, gəncliyə nəsihət verməyə qalxmayın. Məmur olun - həm də bu iqtidarın məmuru.

 

P. S. Kamal müəllim, ya o gənc alimin haqqını verin, ya da haqlı olduğunuzu cəmiyyətə sübut edin. Yoxsa bir oxucu kimi sizə haqqımı halal etmirəm.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Avrasiya Universitetində “Ərəbşünaslıq mərkəzi”nin açılışı olub

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

Şamil Sabiroğlu mühüm dövlət mükafatına layiq görüldü

Canlı yayında İsgəndər Həmidov müəmması (VİDEO)

Miço Kapoya oxşamaq istəyən Türkiyədə yaşayan azərbaycanlı