Əliağa Vahidin haqqında şeir yazdığı dostu

14:58 12-07-2019 | icon 21 | Cəmiyyət
Əliağa Vahidin haqqında şeir yazdığı dostu

 

ELMAN ELDAROĞLU

/ABŞ, Miçiqan/

 

Bu dünyada elə işıqlı insanlar olub ki, onları unutmaq qəbahətdir. Heç olmasa on ildən bir, yubiley tarixlərində onları anmaq, gənc nəsillərə nümunə göstərmək lazımdır. Belə insanlardan biri də 1925-ci ildə Təbrizdə anadan olmuş, 1941-1946-cı illərdə Cənubi Azərbaycanda baş verən hadisələrin fəal iştirakçısı, rəhmətlik Qafar Kəndli idi. O, Seyid Cəfər Pişəvərinin silahdaşlarından biri olub. Sonradan Sovet Azərbaycanına pənah gətirərək elmin zirvəsinə doğru inamla addımlayıb. Filologiya elmlər doktoru alimlik dərəcəsinədək yüksəlib. 1980-ci ildən ömrünün sonunadək AMEA Ədəbiyyat İnstitutunun “Qədim dövr Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri vəzifəsində çalışıb. Xəqani Şirvaninin tədqiqatçılarından biri idi. “Xaqani Şirvani- həyatı, dövrü, mühiti” adlı fundamental əsərin, “Xaqani Şirvaninin münşəatı” elmi məqaləsinin müəllifidir. Xaqaninin “Töhfətül-İraqeyn” əsərinin elmi-tənqidi mətnini çap etdirib. SSRİ və İran mətbuatında çap olunan onlarla elmi əsərin müəllifidir. Onun “Xaqani Şirvani - həyatı, dövrü və mühiti” əsəri fars dilində Tehranda çap edilib və ali məktəb dərsliyi kimi istifadə olunur.

 

Professor Qafar Kəndli valideyn kimi də çox nümunəvi insan olub. Onun tərbiyə edib boya-başa çatdırdığı yazıçı Həmid Herisçini bu gün ölkəmizdə tanımayan adam çətin tapılar. Gəlini İlhamiyyə Rza isə qaynatası haqqında bunları söyləyir:

“Bu yaşa çatdım, hələ onun kimi saf, mədəni, savadlı bir insana rast gəlmədim. Bir mənzildə uzun illər birğə yaşamağımız mənə bu gözəl insanı məişətdə də müşahidə etmək imkanı verdi. Gecə-gündüz elmi araşdırmalarını gözünün nurunun tükənməsinə baxmadan davam etdirən, bir əlində lupa, o biri əliylə dəftərə ərəb əlifbasıyla yazı yazan görkəmini heç unutmaram. Onu da unutmaram ki, bizə zəng etmiş bir fransalı ilə qəfildən fransızca danışdı. Sən demə, orta məktəbi fransızca bitiribmiş...


Ölümündən iki gün qabaq palatasına Şəhriyarın səsi ilə yazılmış lent yazısını gətirdim ki, dinləsin. Elə kasseti qoyan kimi, ustad Şəhriyarın ilk sözü bu oldu: “Heydərbaba, gələmmədim gec oldu”. İki gün sonra Mərkəzi Klinik xəstəxananın palatasında dünyasını dəyişdi - gələmmədi, gec oldu... 


Əlimizdə Təbriz təyyarəsinə bilet, həyətdə onu aeroporta aparacaq təcili yardım maşını və bu gedişdən reportaj hazrlamağa gəlmiş telejurnaıistlər. Bir də özü haqda ilıq, kövrək, nisgilli xatirələr. Xaqani Şirvani haqda monoqrafiyası, Təbriz universitetindəki dərsliyi, bir ev əlyazmaları, bir çemodan məktublar, dünyanın dörd bir yerində yaşayan Herisçilərin fotoları və bir də Əliağa Vahidin ona yazdığı şeiri qaldı:

 

"Yoxdu bu dünyada özgə bir dostum Qafardan qeyri,
O binəvada nə var ki, vəfadan qeyri...""

Qafar Kəndli 1997-ci ilin iyulun 12-də Bakıda dəfn olunub.

Ruhu şad olsun!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Avrasiya Universitetində “Ərəbşünaslıq mərkəzi”nin açılışı olub

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

Şamil Sabiroğlu mühüm dövlət mükafatına layiq görüldü

Canlı yayında İsgəndər Həmidov müəmması (VİDEO)

Miço Kapoya oxşamaq istəyən Türkiyədə yaşayan azərbaycanlı