"ATƏT PA-nın Yekun Deklarasiyasında Azərbaycanın maraqları təmin olundu"

15:33 12-07-2019 | icon 16 | Siyasət
"ATƏT PA-nın Yekun Deklarasiyasında Azərbaycanın maraqları təmin olundu"

ATƏT Parlament Assambleyasının Lüksemburqda keçirilən 28-ci illik sessiyasında qəbul edilən "Yekun Deklarasiya"da Azərbaycanın maraqları təmin olundu.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında parlamentin vitse-spikeri Bahar Muradova deyib.

 

B.Muradova bildirib ki, müzakirə olunan bəyannamənin 22-ci maddəsində yer alan müddəa Ermənistanda çox ciddi qarşıdurmalara, müzakirələrə səbəb olub:

“Həmin maddədə nəzərdə tutulur ki, ilk dəfə olaraq Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova ərazisində olan konfliktlərə eyni prizmadan yanaşılmalıdır. İrəli atılan ən vacib və güclü addım məhz bu məsələlərin bir maddədə toplanması və vahid prizmadan dəyərləndirilməsi idi”.

 

B.Muradova vurğulayıb ki, ATƏT PA razılaşdırılmış format daxilində tərəflərin ilkin şərti olmadan ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanaraq Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovadakı münaqişələri həlli üçün konkret nəticələrə yönəlik müzakirə və danışıqları akitvləşdirməyi tövsiyə edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Leyla Yunus Elçibəyi KQB agenti adlandırdı

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Bu xəstəliyin ilkin mərhələsində həkimə müraciət mütləqdir

Xarici diplomat AXH-nin ofisinə polis basqısı ilə maraqlanıb

DGKA rəisi abituriyentlər və valideynlərlə görüşdü

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

“Azərbaycan mətbuatının ictimai fikrə təsir yükü var” - MÜSAHİBƏ