Dövlət orqanlarının vebsaytlarının əlilliyi olan şəxslərə əlçatanlığı üçün tələblər müəyyənləşib

15:52 12-07-2019 | icon 20 | İqtisadiyyat
Dövlət orqanlarının vebsaytlarının əlilliyi olan şəxslərə əlçatanlığı üçün tələblər müəyyənləşib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər"in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli qərarına dəyişiklik edilməsi barədə” layihə hazırlanıb.

 

Nazirlikdən verilən məlumata görə, layihə əlilliyi olan şəxslərin internet informasiya xidmətlərindən rahat istifadəsi və səmərəli şəkildə faydalanması üçün bərabər şərtlərin, imkanların yaradılması, rəsmi internet informasiya ehtiyatlarının bu kateqoriyadan olan şəxslər üçün müyəssərliyinin təmin olunması məqsədinə xidmət edir. Bu məqsədlə Layihədə bir sıra tələblər yer alır.

 

Tələblərdə bildirilir ki, əlilliyi olan şəxslərin dövlət orqanlarının informasiya ehtiyatlarından səmərəli şəkildə faydalanması və istifadəsi məqsədilə internet informasiya ehtiyatının beynəlxalq standarta uyğun təmin edilməlidir. İnternet informasiya ehtiyatında mətn olmayan kontent üçün mətn alternativləri, audio və video kontentlər üçün transkript, altyazılar, böyük şriftlərdən istifadə, şrift seçimi imkanları, rənglərin idarə olunması, simvollararası məsafə təmin edilməlidir. Zamanın tənzimlənməsi funksiyası yaradılmalı, kontenti oxumaq və istifadə etmək üçün istifadəçilərə kifayət qədər vaxt verilməlidir. Proseslərin klaviaturadan idarə olunmasının mümkünlüyü, animasiyalı şəkillərin deaktiv edilməsi funksiyasının icra olunması, kontentin aydın və ardıcıl olması təmin edilməli, internet informasiya ehtiyatında maksimum oxunaqlı və başa düşülən dildən istifadə olunmalıdır. Kontentin cari və sonradan yaradılan müxtəlif istifadəçi brauzerləri, yardımçı texnologiyalar ilə maksimal uyğunluğu da təmin edilməlidir.

 

Əlilliyi olan şəxslərin dövlət orqanlarının informasiya ehtiyatlarından səmərəli şəkildə faydalanması və istifadəsi üçün lazımi imkanların yaradılması onların dövlət orqanları ilə qarşılıqlı əlaqəsinə, sosial inteqrasiyasına mühüm dəstək olacaq. Bu, eyni zamanda, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasında əlilliyi olan şəxslərin əsas hüquqlarının, o cümlədən informasiya əldə etmək hüququnun təmin edilməsi ilə bağlı prinsipə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunundakı müvafiq maddəyə uyğunluq təşkil edir.

 

Nazirlər Kabinetinin müvafiq qərarına dəyişiklik edilməsi barədə layihə hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Xüsusi Dövlət Mühafizə Xidməti ilə razılaşdırılma mərhələsindədir.

 

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında artıq bu imkanlar təmin edilib. Saytın əlilliyi olan şəxslər üçün müyəssərliyinin daha da təkmilləşdirilməsi üçün müvafiq texniki işlər həyata keçirilməkdədir.

 

Versus.Az

Xəbər lenti

ATƏT-in yeni qətnaməsi: ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətin ifadəsi

Moldova ilə yanaşı, Azərbaycanın da ərazi bütövlüyünə hörmətin olmasına çağırış vardır. Konkret olaraq, ATƏT xəbərdarlıq edir: münaqişə ancaq Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi şərti ilə həll edilə bilər

Mandela: Əsas olan hər dəfə yıxılanda qalxmaqdır"

Xalq artisti Mirzə Babayevin doğum günüdür

Sultan Səlim bu sərvəti Təbrizdən aparmışdı

İspaniyadan ölkəmizə idxal edilən badam tingləri xərçəngşişkinliyi yaradır

Ölkədə qanunsuz yaşayan miqrantlar - say AÇIQLANDI

Azərbaycanlı paralimpiyaçılar “Tokio 2020” paralimpiya oyunlarına ilk lisenziyasını qazandı

Azərbaycan elminin 2020-2025-ci illər üzrə inkişafını nəzərdə tutan strategiya 

Çıraqqala abidəsində bərpa işlərinə başlanılıb

Saakaşvilidən gürcülərə xəbərdarlıq

Zelenski Putinlə söhbətindən danışdı

Tramp Bakıya 100 milyon ayırdı? 

Elkaponinin Bakıda yüz minlik məğlubiyyəti

Leyla Yunus Elçibəyi KQB agenti adlandırdı

İran ABŞ-a səsləndi: İqtisadi müharibənin hədəfi isə birbaşa dinc insanlardır

Nazirlik 472 məktəbə direktor axtarır - SİYAHI

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

Canlı yayında İsgəndər Həmidov müəmması (VİDEO)

Partiya sədrindən AXC-nin yaranmasının 30 illiyi ilə bağlı TƏBRİK

78 yaşında universitetə sənəd verdi

İqbal Ağazadədən Keçikçidağ hadisəsi ilə bağlı sərt mövqe