Azərbaycana sızan Rusiya “sevgisi”

20:52 13-07-2019 | icon 88 | Geopolitika
Azərbaycana sızan Rusiya “sevgisi”

Ramin Zülfüqarov: “Keçmiş post-sovet ölkələri arasında Azərbaycan bölgənin supergücdür”

 

Xəbər verdiyimiz kimi, rusiyalı ekspert Denis Korkodinovun Azərbaycan mətbuatına verdiyi müsahibədə Ermənistanın danışıqlar prosesində haqsız mövqe sərgilədiyini, təcavüzkarın öz siyasətindən əl çəkmədiyini və beynəlxalq qururmların buna göz yumaraq Ermənsitan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini uzatmaqda maraqlı olduqlarını ifadə etməsi ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Yerli ekspertlər bildirirlər ki, Rusiya Azərbaycanı əldə saxlamaq üçün vaxtaşırı bu cür çıxışlara yer versə də, heç də Ermənistanla münasibətlərini korlamağı düşünmür. Ekspertlər regionda cərəyan edən prosesləri ümumiləşdirərək, beynəlxalq ictimaiyyətin Azərbaycanla bağlı mövqeyində baş verən ara-sıra dəyişilmələri onların öz maraqlarına uyğun olaraq atdığı addımlar kimi dəyərləndirirlər.

 

Versus.Az xəbər verir ki,politoloq Ramin Zülfüqarov açıqlamasında bildirib ki, regionun güc dövləti olan Rusiya tərəfindən Qarabağ münaqişəsi ilə bağlı Ermənistanı ittihamlayan şərhlərin verilməsi, birinci növbədə ölkə Prezidentinin apardığı uğurlu siyasətin nəticəsidir:

 

“Rusiya Azərbaycan kimi “partnyorunu” itirmək istəməz.  Məhz belə bir ərəfədə rusiyalı ekspertin Ermənistanın haqsızlığını göstərən təhlilləri, düşünürəm ki, Azərbaycanın uğurlu siyasətinin inkişafını ifadə edir. Region dövlətləri, dünya dövlətləri başa düşürlər ki, Azərbaycan müstəqil dövlət kimi bütün beynəlxalq layihələrdə özünü təsdiq edib. Niyə bunu bir neçə ilə əvvəl yox,  indi deyirlər. Bu da Prezidentin apardığı uğurlu daxili, xarici siyasətin nəticəsi və Azərbaycan xalqının inkişafı, tərəqqisidir.”

 

Politoloq eyni zamanda qeyd edib ki, ən böyük dövlətlər belə nə qədər müstəqil siyasət aparsalar da, hansısa şəkildə bir–birindən asılıdırlar. Bu mənada Azərbaycan da hansısa mənada asılıdır, lakin buna baxmayaraq tam müstəqil siyasət aparır və regiondakı post sovet ölkələrini götürəndə Azərbaycanı supergüc hesab etmək olar.

 

R.Zülfqarov hesab edir ki, Rusiya ekspertəri tərəfindən , vaxtaşırı Qarabağla bağlı qabardılan həqiqətlər, Ermənistanı ittihamlayan çıxışlar önə çıxsa da, bu, heç də Ermənistanla Rusiya arasındakı vəziyyətin ağır olması anlamına gəlmir.

 

“Rusiya - Ermənistan münasibətləri normaldır. Onlar nə qədər desələr ki, biz Azərbaycanın haqq işində onun yanındayıq, ərazi bütövlüyünü tanıyırıq, bu yalan sevgidir. Hər halda 30 ildir uzanan münaqişənin hələ də davam etməsi bunu deyir.   

Ermənistan-Rusiya münasibətləri hər zaman yaxşı olub və bir çox sahələr üzrə əməkaşlıqları daim inkişaf edir. Bu münasibətlər sistemində əsasən də Rusiyanın bölgəsəl maraqları qorunur”.  

 

R.Zülfqarov bildirib ki, Ermənistanın Qərbə yönəlməsi və müstəqil siyasət yürütməyə can atması absurddur. Çünki nə Ermənistan cəmiyyəti, nə də dövləti buna hazır deyil.

 

“Ortada Qarabağ kimi bir problem var. Ermənistanın Rusiya üçün əhəmiyyəti 2000-ci illərdə gündəmə gələn  və bölgədə NATO-ya qarşı formalaşan hərbi bazanın olmasıdır. Rusiya bölgdə öz siyasətini yürütmək üçün, Ermənistandan gözəl şəkildə istifadə edir. Regionda, Rusiya üçün İran, Türkiyə və Azərbaycan faktoru  var ki, maraqları hər bir ölkəyə görə fərqlənir”.

 

Politoloq hesab edir ki, regionda cərəyan edən məlum proseslərə baxmayaraq, Azərbaycan Rusiya ilə münasibətlərini müsbət şəkildə dəyərləndirməlidir. Rusiya ilə tarixdə yaşanan neqativ hadisələri bir kənara qoyub, bu ölkə ilə münasibətlərdə çox ağıllı siyasət yürüdülməlidir. Çünki Rusiya bizim nəhəng qonşularımızdan biridir.

 

“Məsələn, bu yaxınlarda verilən məlumatlara görə, İrəvanla Tehran qardaş şəhərlər adlandırıldı. Biz Rusiya fonunda diqqəti İranla əlaqələrin qurulmasına da yönəldə bilərik.  Xatırlayırsınızsa, yaxın tarixdə Rusiya, İran və Azərbaycan rəsmiləri görüşərək bölgəsəl problemləri və strateji tərəfdaşlıq məsələlərini müzakirə elədilər. Bu strateji tərəfdaşlıqda Rusiyanın xətti ilə Ermənistanla İran yaxınlaşdı. Biz bu gün bu yaxınlaşmanın bizim maraqlarımıza nə dərəcədə uyğun olmasını hesablamalıyıq. Bu çox ciddi məsələdir. Rusiya Ermənistan münasibətlərindən çox, İran-Ermənistan münasibətlərinə daha çox diqqət yetirilməlidir”.

 

Politoloq bildirib ki, İran-Ermənistan qardaşlığı birinci növbədə etniklərin Qarabağa köçürülməsi təhlükəsini yaradır. Eyni zamanda İran Ermənistana Qarabağ arialında hava məkanını qorumaqla bağlı, eləcə də iqtisadi dəstək verir. Azərbaycan isə Ermənistanı iqtisadi blokadada saxlamaqla münaqişənin həllinə təsir etməyə çalışır:

 

“Bizim  üçün vacib olan məsələ Azərbaycanın maraqları və ərazi bütövlüyüdür. Bizim İranda 40 milyon soydaşımız var. Son vaxtlar Paşinyanın da İrana səfərini və hətta Ruhaninin çıxışlarının birində Şimali Azərbaycanı İran ərazisi kimi dəyərləndirməsi bizim İanla əməkdaşlıq məsələsində daha münbit addımlar atmağımızı tələb edir”.

 

“Rusiya Azərbaycandan əl çəkməyəcək”

 

Politoloq bildirib ki, münaqişənin uzadılmasında maraqlı olan beynəlxalq qurumlar Azərbaycanın sülh siyasətini heç bir yerdə dəyələndirmirlər. Onun fikrincə, bu məsələ ictimai, beynəlxalq təşkilatlar tərəfindən qabardımalıdır:

 

“Təbii ki, Azərbaycan sülhə dəstək verir, müharibə istəmir. Öz haqqını sülh yolu ilə təmin etmək istəyir və bütün ölkələrlə də çox gözəl dostluq əlaqələri qurub. İnsanlar çox rahat şəkildə xarici ölkələrə gedir, turistlər çox rahat şəkildə ölkəmizə gəlirlər. Tolerant, demokratik ölkə üçün bunda qeyri-adi heç nə yoxdur. Ancaq Qarabağ münaqişəsinə beynəlxalq aləmdən gələn laqeyd yanaşmalar Azərbaycana qarşı qısqanclıq münasibətlərinin olduğunu göstərir. Rusiyada Aleksandr Duqinin də Qarabağ, regionla bağlı gözəl açıqlamaları var və biz bunlardan da bəhrələnə bilərik.  Rusiya çox gözəl bilir ki, Qarabağ Azəbaycan torpağıdır, Zəngəzur, İrəvan Azərbaycan torpaqlarıdır. Yaxşı bilir ki, bu ərazilər Azərbaycanın əlindən alnıb Ermənistana hədiyyə edilmiş torpaqlardır.  Proseslər eyni zamanda onu göstərir ki, Rusiya Azərbaycandan əl çəkməyəcək”.

 

R.Zülfüqarov danışıqların hansı formata aparılmasından və yaxud beynəlxalq təşkilatların məsələ ilə bağlı hansı münasibətləri sərgiləməsindən asılı olmayaraq münaqişənin həllinin məhz Azərbaycanın özündən və onun ordusundan asılı olduğunu deyib:

 

“Münaqişənin həllinin vaxtı Azərbaycan ordusundan asılıdır.  Ordu öz sözünü deməlidir.  Necə ki, aprel döyüşlərində Rusiyadan zəng edib müharibənin dayandırılmasını istəmişdilər, həmin hadisə təkrarlanmalıdır. Torpaqların işğaldan azad olunması Azərbaycan xalqının iradəsindən asılıdır. Biz özümüzə güvənməliyik”.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

Canlı yayında İsgəndər Həmidov müəmması (VİDEO)

Partiya sədrindən AXC-nin yaranmasının 30 illiyi ilə bağlı TƏBRİK

78 yaşında universitetə sənəd verdi

İqbal Ağazadədən Keçikçidağ hadisəsi ilə bağlı sərt mövqe