Azərbaycanda dönüş tarixi

20:59 13-07-2019 | icon 21 | Gündəm
Azərbaycanda dönüş tarixi

Xalqın və ölkənin taleyindəki roluna və əhəmiyyətinə görə 14 iyul 1969-cu il tarixi yalnız 15 iyun 1993-cü il tarixi ilə müqayisə oluna bilər.

 

Versus.Az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.

 

Akademikin sözlərinə görə, Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizin taleyində və inkişafında müstəsna dərəcədə böyük rolu və xidmətləri olan qüdrətli tarixi şəxsiyyətdir. Azərbaycan Respublikasının 50 illik böyük bir inkişaf dövrü Ulu Öndər Heydər Əliyevin adı, rəhbərliyi, mübarizəsi və dövlətçilik idealları ilə üzvi surətdə əlaqədardır. Heydər Əliyev Azərbaycan xalqının əbədiyaşar Ümummilli Lideri və müstəqil dövlətçiliyinin rəmzidir:

 

"Görkəmli dövlət xadimi Heydər Əliyev 14 iyul 1969-cu il tarixdə Azərbaycan Respublikasında dövlət rəhbərliyinə gəlmişdir. Bu tarix Azərbaycan Respublikasının taleyində böyük dönüşün və yeni bir epoxanın başlanğıcı olmuşdur. Azərbaycanda böyük inkişaf və intibah da həmin şərəfli tarixdən başlanmışdır.14 iyul 1969-cu il 15 iyun 1993-cü ilin möhkəm təməlidir. 14 iyul 1969-cu il hadisəsi Azərbaycan xalqını iqtisadi-mədəni gerilikdən, o vaxta qədərki torpaqlarımızı itirilmə təhlükəsindən xilas etmiş, ərazi bütövlüyümüzə təminat vermiş, ölkəmizin hərtərəfli inkişafının hərəkətverici qüvvəsinə çevrilmişdir. Bu mənada 14 iyul 1969-cu il Azərbaycanın salnaməsinə tarixi dönüş ili kimi daxil olmuşdur. Tarixi Dönüş ilində Azərbaycanda tarixin axarı dəyişdirilərək iqtisadi-mədəni gerilikdən böyük inkişafa doğru qəti dönüş etmişdir. Milli Qurtuluş ili də Azərbaycan tarixinin dönüş ilidir. Məhz 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası real parçalanma və vətəndaş müharibəsi təhlükəsindən xilas olaraq, müstəqil dövlətçiliyin möhkəmləndirilməsinə doğru dönüş etmişdir".

İ.Həbibbəyli əlavə edib ki, 15 iyun Milli Qurtuluş hadisəsi olmasaydı, ölkəmizdə hansı fəlakət baş verərdisə, 14 iyul hadisəsi də olmasaydı, xalqımızın gerilikdən, tənəzzüldən, böhrandan xilası mümkün olmayacaqdı:

"Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində və Siyasi Büronun üzvü kimi 1982-1986-cı illərdəki çoxcəhətli və səmərəli fəaliyyəti bu böyük siyasətçini dünya miqyasında əsl rəhbər şəxsiyyət kimi tanıtmışdır. Sovetlər İttifaqı miqyasında ən məsuliyyətli qərarların qəbul edilməsində Heydər Əliyev obyektivlik və uzaqgörənlik nümayiş etdirmiş, ölkədə gedən proseslərin ümumi inkişafa, çoxmillətli dövlətdə yaşayan xalqların maraqlarına və rifahına xidmət etməsinə xüsusi diqqət yetirmişdir".

AMEA-nın vitse-prezidenti qeyd edib ki, hələ sovet hakimiyyəti illərində ölkəmizi fərqli bir istiqamətdə inkişaf etdirərək, çətin şəraitdə milli mədəniyyəti və ədəbiyyatı, mənəvi dəyərləri dirçəltməyə, ictimai-tarixi dərketmə şüurunu oyatmağa nail olmağı bacarmış Heydər Əliyevin taleyin hökmü ilə yaşayıb-işləməli olduğu Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti xalqın və ölkəsinin əsl lideri olduğunu bir daha isbat etmişdir:

"Heydər Əliyevin xalqın tələbi ilə yenidən Azərbaycan rəhbərliyinə qayıdışı və 1993-2003-cü illərdə müstəqil Azərbaycan Respublikasına rəhbərlik edərək, ölkəni dərin siyasi-iqtisadi böhrandan çıxarması, cəmiyyətin bütün sahələrində geniş islahatları uğurla həyata keçirərək böyük dönüşə və dirçəlişə nail olması onun xalqı və ölkəsi qarşısındakı tarixi xidmətidir. "Əsrin müqaviləsi”nin dahi müəllifi olan Heydər Əliyev əsrin əfsanəsinə çevrilmişdir. Müstəqillik dövründə ölkəmizi Avropa Şurasının miqyasına çıxarması sovet dövründə respublikanı Siyasi Büro səviyyəsinə çatdırması kimi şərəfli bir xidmətdir. Heydər Əliyev, sözün əsl mənasında, Azərbaycan xalqının xilaskarı, müstəqil Azərbaycan ölkəsinin böyük qurucusudur. Uzaqgörən dövlət rəhbəri kimi Heydər Əliyev özündən sonrakı böyük gələcəyin də möhkəm təməllərini yaratmışdır. O, azərbaycançılığı dövlət ideologiyası kimi qəbul etdirməklə ölkəmizdə dövlətçilik maraqları ilə milli mənafelərin tarazlığına və vəhdətinə nail olmuşdur. Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev XX əsrin ikinci yarısından etibarən həm sovet dövründə, həm də müstəqillik mərhələsində mənsub olduğu xalqın tarixi müqəddəratında həlledici rol oynamış və dünyanın böyük liderlərindən biri kimi böyük şöhrət qazanmışdır. O, hələ sovet hakimiyyəti illərində Azərbaycan xalqının milli mənafelərinin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün qətiyyətli addımlar atmışdır. Məhz onun xidmətləri sayəsində Azərbaycan keçmiş Sovetlər Birliyində hərtərəfli şəkildə inkişaf etmiş ölkələrdən birinə çevrilmişdir. Azərbaycanın dövlət müstəqilliyinin qurulması və möhkəmləndirilməsi də Heydər Əliyevin adı və mübarizəsi ilə üzvi surətdə bağlıdır. Bütün bunlara görə Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideri kimi böyük tarixi ad qazanmışdır".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Avrasiya Universitetində “Ərəbşünaslıq mərkəzi”nin açılışı olub

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

Canlı yayında İsgəndər Həmidov müəmması (VİDEO)

Miço Kapoya oxşamaq istəyən Türkiyədə yaşayan azərbaycanlı

Məhz böyük barmağa üzük taxmağı xoşlayanlar enerjili və...