İşçilərin məzuniyyət hüquqlarına dair məlumatlandırma tədbiri keçirilib

21:38 13-07-2019 | icon 16 | Sosial
İşçilərin məzuniyyət hüquqlarına dair məlumatlandırma tədbiri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin tətbiqi ilə bağlı məlumatlandırma və təbliğat işlərinin aparılmasına dair 2019-cu il üçün Tədbirlər Planına əsasən Yevlax rayonunda “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda növbəti tədbir keçirib.

 

Azərbaycan Respublikası Əmək Məcəlləsinin ayrıca bir bölməsi istirahət vaxtı və işçilərin məzuniyyət hüquqlarına həsr olunub və işəgötürənlərin əsas vəzifələrindən biri – işçilərin bu hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələblərini yerinə yetirməkdir.

 

Versus.Az-ın məlumatına görə, tədbirdə işçilər üçün nəzərdə tutulmuş istirahət vaxtı və istirahət günləri, işçilərin məzuniyyət hüququ barədə məlumat verilib. Hər bir işçinin vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malik olduğu diqqətə çatdırılıb.

İşçilərə məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması qaydalarından bəhs olunub. Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları, məzuniyyətin növləri, əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydaları, uşaqlı qadınların əlavə məzuniyyətləri barədə iştirakçılara ətraflı məlumatlar verilib.

 

Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb, verilən suallar cavablandırılıb. İştirakçılara istirahət vaxtı və

işçilərin məzuniyyət hüquqları ilə əlaqədar maarifləndirici bukletlər paylanılıb.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Avrasiya Universitetində “Ərəbşünaslıq mərkəzi”nin açılışı olub

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

Şamil Sabiroğlu mühüm dövlət mükafatına layiq görüldü

Canlı yayında İsgəndər Həmidov müəmması (VİDEO)

Miço Kapoya oxşamaq istəyən Türkiyədə yaşayan azərbaycanlı