1 milyon 200 mindən çox soydaşımızın üzləşdiyi məhrumiyyətlər...

22:03 13-07-2019 | icon 19 | Qarabağ
1 milyon 200 mindən çox soydaşımızın üzləşdiyi məhrumiyyətlər...

Dövlət Komitəsində Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı ilə görüş keçirilib.

 

Versus.Az-ın məlumatına görə, iyulun 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan Avropa Şurasının insan hüquqları üzrə komissarı xanım Dunya Miyatoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Dövlət Komitəsinin sədri qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyon 200 mindən çox soydaşımızın üzləşdiyi məhrumiyyətlər, məruz qaldıqları maddi və mənəvi itkilər, bu problemin həllinə beynəlxalq təşkilatların münasibəti, dövlətimizin öz imkanları daxilində gördüyü işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib. Qeyd olunub ki, təcavüzkar Ermənistan hələ də Azərbaycan ərazilərini işğal altında saxlamaqla bu ərazilərin əzəli sabibi olan yüz minlərlə insanın hüquqlarını pozmaqda davam edir. Eyni zamanda bildirilib ki, Azərbaycanda qaçqınlar və məcburi köçkünlərlə iş üzrə düşünülmüş və effektiv dövlət siyasəti həyata keçirilir. Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, maddi rifahının yüksəldilməsini sosial siyasətin prioritetlərindən biri kimi müəyyənləşdirib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinin həlli üçün məqsədyönlü iş aparır.

Xanım Dunya Miyatoviç görüşə və ətraflı məlumata görə təşəkkür edib, Dövlət Komitəsi ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini, budəfəki səfərində əsas məqsədinin insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində hərtərəfli yardım göstərmək, bu prosesə dəstək vermək olduğunu bildirib.

 

İyul ayının 9-da Bakının Yasamal rayonunda yerləşən Azərbaycan Texniki Universitetinin yataqxanası və Sabunçu rayonunda salınan "Şuşa şəhərciyi"ndə məcburi köçkünlərlə görüş keçirdiyini xatırladan Dunya Miyatoviç ölkəmizə yenə səfər edəcəyini söyləyib.

Görüşdə bir sıra digər məsələlər də müzakirə olunub, qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Avrasiya Universitetində “Ərəbşünaslıq mərkəzi”nin açılışı olub

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

Şamil Sabiroğlu mühüm dövlət mükafatına layiq görüldü

Canlı yayında İsgəndər Həmidov müəmması (VİDEO)

Miço Kapoya oxşamaq istəyən Türkiyədə yaşayan azərbaycanlı