Rezidentura ilə bağlı ən çox verilən suallar 

13:15 14-07-2019 | icon 20 | Təhsil
Rezidentura ilə bağlı ən çox verilən suallar 

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini keçirir.

 

Versus.Az bununla əlaqədar, rezidentura təhsili ilə bağlı namizədləri ən çox narahat edən suallara cavabları təqdim edir:

Rezidentuya qəbul olunan məzun 2 ildən 5 ilə qədər hansısa həkim mütəxəssisin nəzarəti altında çalışır. Bu zaman rezident həmin həkimdəm sahəsinin incəliklərini müalicə metodları və s. tibbi yenilikləri öyrənir. Rezidentin təhkim olunduğu həkim isə onun kuratoru adlanır.

Kuratorla bağlı əsas bilgilər isə əksər rezidentlərə maraqlıdır.

 

Kimlər kurator ola bilər?

 Kurator rezidentin müvafiq ixtisas üzrə zəruri nəzəri və praktiki biliklərə yiyələnməsini təmin edən həkimdir.

Onun elmi dərəcəsi olmaya da bilər. Amma mütləq praktiki təcrübəsi 10 ildən çox olmalıdır.

 

Bir kurator neçə rezidentə rəhbərlik edə bilər?

Rezidentura təhsilinə rəhbərliyin edilməsi üçün isə kuratoru kliniki müəssisə təyin edir. Bir kuratorun ikidən çox rezidentə rəhbərlik etməsinə yol verilmir.

Kurator rezidentə gündəlik rəhbərlik etməklə, onun nəzəri biliklərə və peşə vərdişlərinə yiyələnməsini, fərdi iş planını yerinə yetirməsini təmin edir.

 

Kurator rezidentə görə əlavə məvacib alırmı?

Kuratorun vəzifə maaşına hər rezident hazırlığı üçün ayda 20 manat əlavə edilir. Bu vəsait hər dövlət sifarişi ilə təhsilalana dövlət büdcəsindən ayrılan təhsil xərclərinin hesabına həyata keçirilir.

Kurator rezidenti qane etməsə, onu dəyişə bilərmi?

Bəli! Kurator rezidenti qane etməsə, onu dəyişmək mümkündür. Rezident kuratorun dəyişdirilməsi ilə bağlı səbəb göstərilməklə, ərizə ilə klinik bazanın rəhbərliyinə müraciət etməlidir.

Sonda…

Rezident fərdi iş planının yerinə yetirilməsi ilə bağlı hər tədris ilinin sonunda kuratorun iştirakı ilə təhsil aldığı müəssisənin elmi şurası qarşısında hesabat verir. Hesabatda il ərzində görülmüş işlər əksolunmalıdır. O yazılı təqdim edilir və səsləndirilməsi üçün rezidentə 15 dəqiqə vaxt verilir. Hesabatı məqbul hesab edilən rezident dövri attestasiyaya buraxılır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Leyla Yunus Elçibəyi KQB agenti adlandırdı

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Bu xəstəliyin ilkin mərhələsində həkimə müraciət mütləqdir

Xarici diplomat AXH-nin ofisinə polis basqısı ilə maraqlanıb

DGKA rəisi abituriyentlər və valideynlərlə görüşdü

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

“Azərbaycan mətbuatının ictimai fikrə təsir yükü var” - MÜSAHİBƏ