“İslamşünaslıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayıb

19:00 19-07-2019 | icon 56 | Təhsil
“İslamşünaslıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayıb

Abituriyentlər qabiliyyət imtahanında iştirak etmək üçün iyulun 19-dan 24-dək qeydiyyatdan keçə bilərlər.

 

Versus.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanı da verməlidirlər. “İslamşünaslıq” ixtisası üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlərin III ixtisas qrupu üzrə qəbul imtahanında topladıqları ümumi balı ən azı 150 bal, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 50 bal olmalıdır.

 

Müsabiqə şərtlərini ödəyən abituriyentlər qabiliyyət imtahanında iştirak etmək üçün 19‑24 iyul 2019-cu il tarixlərində DİM-in internet saytında qeydiyyatdan keçməlidirlər. Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və digər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisəsini bitirən) cari ildə Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər qeydiyyatdan keçərkən tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.

 

Qabiliyyət imtahanının proqramı və qiymətləndirmə meyarları “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında verilmişdir. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisasını da seçə bilərlər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

MÜBARİZ MƏNSİMOVUN SUÇU

 

 

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Azərbaycanın hərbi qulluqçuları Moskvada mükafatlandırılıb

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Ermənistanın Qazax təxribatına Sərhəd Xidmətindən sarsıdıcı cavab

Erməni qadınlar azərbaycanlı gəncə hücum etdi