Yay Universiadasının  idmançıları mükafatlandırıldı -Sərəncam

19:38 20-07-2019 | icon 105 | Gündəm
Yay Universiadasının  idmançıları mükafatlandırıldı -Sərəncam

Prezident İlham Əliyev İtaliya Respublikasının Neapol şəhərində keçirilən Tələbələrin XXX Ümumdünya Yay Universiadasında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.

Versus.Az xəbər verir ki, Sərəncamda qeyd edilir ki, İtaliya Respublikasının Neapol şəhərində keçirilən Tələbələrin XXX Ümumdünya Yay Universiadasında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılsınlar:

birinci yeri tutan hər bir idmançı - 50 min manat, onun şəxsi məşqçisi - 25 min manat;

ikinci yeri tutan hər bir idmançı - 30 min manat, onun şəxsi məşqçisi - 15 min manat;

üçüncü yeri tutan hər bir idmançı - 20 min manat, onun şəxsi məşqçisi - 10 min manat;

komandanın baş məşqçisi - idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yardımlıdan deputatlığa namizəd XƏQANİ CƏFƏROV Birinci vitse-prezidentə müraciət etdi - TƏCİLİ

Seçki kampaniyasında QOZBEL MEDİÇİ HƏQİQƏTLƏRİ

RAZİ NURULLAYEV ixtisara düşən 500 nəfərin taleyindən NARAHATDIR

17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən namizəd - ƏLİ ƏLİYEV

XƏBƏRDARLIQ

Güllü Yoloğlunun güzgüsü

“PİS OĞLANLAR 3”

Cəbhədə son vəziyyət

228 cütlük nikahın pozulmasından imtina edib

77 saylı Astara seçki dairəsindən namizəd - RƏŞAD MAHMUDOV

Molla yanında oturan mürdəşir olar

61 saylı Neftçala Seçki Dairəsindən namizəd - SABİR RÜSTƏMXANLI

Orta, kiçik tibb və qeyri-tibb işçilərinin maaşları artırılacaq

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

İGİD TEYMURLU İQBAL AĞAZADƏDƏN YAZDI: Onu mənə, məni ona sevdirən məqam