Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır

06:39 21-07-2019 | icon 69 | Gündəm
Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır

Bu gün Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) start götürəcək.

 

Versus.Az “Report”un məlumatına istinadən xəbər verir ki, Avropa Olimpiya Komitələrinin (EOC) Beynəlxalq Olimpiya Komitəsinin (IOC) bayrağı altında keçirdiyi festival iyulun 27-dək davam edəcək. EYOF-da Azərbaycan da daxil olmaqla EOC üzv olan 50 ölkədən 48-nin idmançıları mübarizə aparacaqlar. Ermənistan festivalda iştirak etməkdən ötrü müraciət etməyib. Lixtenşteynin Bakıya gəlməli olan yeganə idmançısı zədələndiyi üçün bu ölkənin Milli Olimpiya Komitəsi iştirak ərizəsini geri götürüb.

Azərbaycan millisi festivalda 122 idmançı ilə təmsil olunacaq. 14-18 yaşlı atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Ümumilikdə 135 dəst medal sahibini tapacaq. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək. Atletlər kəndində məskunlaşacaq qonaqların ümumi sayı 3900 nəfər olacaq.

Festivalda idman mübarizəsinə saat 09:00-da Bakı Tennis Akademiyasında start veriləcək. Fərdi yarışda Azərbaycanı Alina Hüseynova, Polina Drobışeva, Kənan Qasımov və Tamerlan Əzizov təmsil edəcək. EYOF-da ilk medalçılar isə güləş növündə olacaq. Sərbəst və yunan-Roma güləşində ilkin mərhələ saat 10:30-da, final bölümü isə saat 16:00-da başlayacaq. Burada müvafiq olaraq, Murad Haqverdiyevlə (45 kq) Əbülfəz Nəsirov (55 kq) və Fərid Sadıxlı (45 kq) ilə Nihat Məmmədli (55 kq) bacarıqlarını nümayiş etdirəcəklər.

XV Avropa Gənclər Yay Olimpiya Festivalının Bakı Kristal Zalında reallaşacaq təntənəli açılış mərasimi saat 20:00-a təyin olunub. Tədbirə rahat gediş-gəlişi təmin etmək məqsədi ilə bilet sahibləri və akkreditasiyaya malik şəxslər üçün xüsusi nəqliyyat vasitəsi ayrılıb. Saat 17:00 – 01:00 aralığında “28 may” və “Elmlər Akademiyası” metro stansiyalarından Bakı Kristal Zalına və geriyə pulsuz avtobuslar xidmət göstərəcəklər.

Tennis

Fərdi yarış

09:00 – 17:00. Alina Hüseynova, Polina Drobışeva, Kənan Qasımov, Tamerlan Əzizov

Bakı Tennis Akademiyası

Güləş

Sərbəst güləş

10:30 – 13:30. Murad Haqverdiyev (45 kq), Əbülfəz Nəsirov (55 kq)

Yunan-Roma güləşi

10:30 – 13:30. Fərid Sadıxlı (45 kq), Nihat Məmmədli (55 kq)

16:00 – 17:30. Medal görüşləri

Heydər Əliyev adına İdman-Konsert Kompleksi

Açılış mərasimi

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QHT LAYİHƏYƏ START VERDİ

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Jurnalistin qardaşının evi yenə qarət edildi

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

"Bu gün sizlərin yarıtmaz siyasəti xalqı hər gün yeni qəzalar keçirməyə vadar edir"

23 avqust - Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu gündür

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi