Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib

06:42 21-07-2019 | icon 48 | Sosial
Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib

Azərbaycan polisi Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar gücləndirilmiş rejimə keçib.

 

Versus.Az xəbər verir ki, Daxili İşlər Nazirliyi iyulun 27-dək davam edəcək yarışlarda iştirakçıların və qonaqların, tamaşaçıların təhlükəsizliyi baxımından müvafiq tədbirlər görüb.

 

İctimai qaydanın qorunması və təhlükəsizliyin təmini məqsədi ilə daxili işlər orqanlarının əməkdaşları yarış keçirilən müddətdə gücləndirilmiş iş rejimində çalışacaq.

 

Təhlükəsizliyin təmini məqsədi ilə yarışların keçiriləcəyi əraziyə velosipedlər, skeytbordlar, skuterlər, təhqiredici, eləcə də təxribat xarakterli dini-siyasi şüarlar, narkotik tərkibli və psixotrop dərmanlar, soyuducu qutuları, piknik və böyük çantalar, zəhərli-toksiki və tezalışan mayelər və maddələr, ətrafa ziyan verə biləcək və ictimai narahatlıq yaradan hər bir cihaz, spirtli içkilər, heyvanlar, içki konteynerləri, uşaq yeməkləri istisna olmaqla digər yeməklər, hər növ silahlar, fişənglər, fənərlər, lazer işıqları, musiqi alətləri və səs cihazları, video çəkən cihazlar, obyektivi 30 santimetrdən uzun olan fotokameralar, stul, kürsü və dronlar gətirmək qadağan olunub.

Qeyd edək ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-də başlayıb, 27-də yekunlaşacaq. Azərbaycan paytaxtına 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizə aparacaqlar. Olimpiya festivalı zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

MÜBARİZ MƏNSİMOVUN SUÇU

 

 

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Azərbaycanın hərbi qulluqçuları Moskvada mükafatlandırılıb

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Ermənistanın Qazax təxribatına Sərhəd Xidmətindən sarsıdıcı cavab

Erməni qadınlar azərbaycanlı gəncə hücum etdi