144 İLLİK MƏTBUATIMIZ VƏ 28 YAŞLI MƏTBU AT

08:31 22-07-2019 | icon 118 | Köşə
144 İLLİK MƏTBUATIMIZ VƏ 28 YAŞLI MƏTBU AT

İGİD TEYMURLU

 

Zərdabinin Ruhu qarşısında adam utanır. Utanırsan ki, 144 illik mətbuatın səviyyəsi beləmi olur!?

Amma 28 illik Mətbu Atımızın yerişi neyniyək ki, belədir: 28 il bundan öncə indi qeyd olunan bayramın sərəncamını verən adamı "söyən", Zərdabinin adını saxlayıb ənənəsini unudan mətbuatımız kor nalbəndli Mətbu Ata çevrilib.

Bugünkü MƏTBU ATIMIZ qul vəziyyətində özünü daha azad hiss edir, daha azad nəfəs alır..... Xüsusən bəy atları....

Cəmiyyət bəy verən atın dişinə baxmır,, onları sər tövlədə saxlayıb, qızıldan, gümüşdən nallayırlar.....

Bir qisminə kişmiş yedizdirildiyi halda başqa bir qisminə saman da çox görülür....

Öz örüşündə belə doyunca sağa sola qaça bilməyən Mətbu Atımıza adamın yazığı gəlir...

Çidarlanma mətbuatımızın alın yazısına, yaşam tərzinə çevrilib....

Yalları və quyruqları kəsilib....

Otlaq yerləri çəpərlənib....

Döyüş deyil, yürüş deyil, yük ATLARI qismində çıxış edirlər....

Apardıqları yük bəlli deyil, yük apardıqlarına görə yemlənirlər..... Gərəkəndə işlədilir, gərəkməyəndə çölün ümidinə BURAXIRLAR.... Burada əhdi kəsilən atlar olmur, amma atların əhdini kəsmək bir anın işi olur..... Bellərində qamçı deyil, zoğal ağaclarının izi var. Və bütün bunlara öyrəncəli olan Mətbu ATIMIZ üçün sadalananlar adi bir haldır.....

Guya ki, xoşbəxtdilər, bir qul azadlıqları - yaxşı tövlələri, yaxşı yəhərləri, yaxşı çulları və yaxşı nalları var..... Ancaq beş on nəfəri muradına çatdırmaqla məşğuldu Mətbu Atımız...

Adam utanc hissi keçirir... Mətbuatın başdan-başa siyasiləşməsindən, mətbuatın başdan-başa şəbəkələşməsindən, mətbuatın başdan-başa xüsusi dairələrin monopoliyasında olmasından, mətbuatın öz funksiyasını yerinə yetirməməsindən, mətbu prinsiplərin yaşaması üçün külüng çalanlara deyil, mətbu prinsiplərin təpəsinə zərbə endirənlərə qiymət verilməsindən adam utanır....

144 illik mətbuatın halı beləmi olur, əfəndilər!? Zərdabinin Ruhundan və 28 illik yerişinizdən utanmayacaq dərəcədə böyük olun, əfəndilər!

Amma müsbətə qarşı qığılcımlar var və onun alovlanacağına ümidim itməyib....

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

QHT LAYİHƏYƏ START VERDİ

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Jurnalistin qardaşının evi yenə qarət edildi

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

23 avqust - Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu gündür