50-yə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır

16:50 23-07-2019 | icon 78 | Cəmiyyət
50-yə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır

Azərbaycan dilində iki variantda yazılan 50-yə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır.

 

Versus.Az trend-ə istinadən bildirir ki, bunu  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

 

Onun sözlərinə görə, hazırda yeni orfoqrafiya lüğətinə daxil olacaq sözlərin yazılışı yenidən yoxlanılır. Lüğətin sentyabrda çapa verilməsi nəzərdə tutulur: “Ola bilsin ki, lüğətə daxil olan bəzi sözlərin yazilişı ilə bağlı Nazirlər Kabineti və Prezident Administrasiyasından kiçik düzəlişlər edilsin. Bu düzəlişlərin nədən ibarət olacağını hələ dəqiq deyə bilmərəm”.

 

M.Nağısoylu əlavə edib ki, yeni orfoqrafiya lüğətinə 2013-cü ildən sonra – son 6 il ərzində dilimizə daxil olan 4000 yeni söz daxil edilib, hazırkı lüğətdə mövcud olan təxminən 1000 söz isə lüğətdən çıxarılıb:

 

“Lüğətdən çıxarılanlar qondarma, ikivariantlı sözlərdir. Bəzi sözlər həmin lüğətdə ikivariantlı yazılıb. Məsələn, lüğətdə altun da, altın da, adəm də, adam da, nəqqaş da, naqqaş, adinə də, adına da var. Onlarla bağlı müzakirələr aparmışıq, sonda belə ikivariantlı sözlərin yalnız birini yeni lüğətdə saxlamışıq. Saxladığımız sözlər dilimizdə daha çox qəbul edilən, izahlı lüğətdə verilən sözlərdir. Məsələn, yeni lüğətdə naqqaş yox, nəqqaş, adəm yox, adam, altın yox, altun, adinə yox, adına yazılıb. "Adinə" sözü adına sözünün klassik variantı olsa da, dilimizdə daha çox işlək olan "adına" sözünü saxlamışıq".

 

Akademik qeyd edib ki, hazırkı lüğətdə iki variantda yazılan sözlərin sayı 100-ə yaxındır. Yeni lüğətə isə həmin sözlərdən dilimizdə daha çox işlək olanı daxil ediləcək, buna görə də əvvəllər iki variantda yazılan sözlərin 50-yə yaxını lüğətdən çıxarılacaq.

 

M.Nağısoylu yeni lüğətdə ümumilikdə 110-115 min sözün olacağını da nəzərə çatdırıb.

Qeyd edək ki, Azərbaycan dilinin son orfoqrafiya lüğəti 2013-cü ildə çap edilib.

Bu il Nazirlər Kabineti tərəfindən Azərbaycan dilinin yeni orfoqrafiya normaları təsdiqləndikdən sonra yeni lüğətin hazırlanması və çap edilməsi zərurəti yaranıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

QHT LAYİHƏYƏ START VERDİ

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Jurnalistin qardaşının evi yenə qarət edildi

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

"Bəzən buna görə jurnalistləri ittiham edirlər"

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb