ADA Universitetinin Bakı Yay Enerji Məktəbi 13-cü sinfini məzun edib

16:56 23-07-2019 | icon 60 | Təhsil
ADA Universitetinin Bakı Yay Enerji Məktəbi 13-cü sinfini məzun edib

ADA Universiteti Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin SOCAR və BP şirkətləri ilə birgə əməkdaşlıqda təşkil etdiyi ənənəvi Bakı Yay Enerji Məktəbi 13-cü məzun sinfini buraxıb.

 

Versus.Az xəbər verir ki, Universitetdən bildirilib ki, bu il iki həftəlik sertifikat proqramını ABŞ, Vyetnam, Türkiyə, Avstraliya, Macarıstan, Yunanıstan, Meksika daxil olmaqla 31 nəfərdən ibarət enerji sektorunun peşəkarları uğurla başa vurub.

 

ADA Universiteti tarixində ilk akademik proqramlardan biri kimi təsis edilən Bakı Yay Enerji Məktəbi enerji və ətraf mühit məsələləri üzrə təlim keçmək üçün dünyanın tanınmış alim, mütəxəssis və siyasətçilərini bir araya gətirir. Beləliklə, məktəb iştirakçıları mövzularla bağlı biliyi ilk məlumat qaynağından alaraq enerji və ətraf mühit, enerji hüququ və iqtisadiyyatı, neft-qaz sənayesində idarəçilik, Xəzər hövzəsinin yerli və qlobal konteksdə qiymətləndirilməsi və SOCAR-ın inkişaf strategiyasına dair məsələlərlə geniş şəkildə tanış olurlar.

 

ADA Universitetinin ixtisasartırma proqramları üzrə prorektor müavini Aygün Hacıyevanın sözlərinə görə, 13-cü Yay Məktəbinin proqramı ənənəvi mövzularla yanaşı, dəyişən enerji bazarlarında qeyri-ənənəvi nef və qaz mənbələrini də diqqətə saxlamışdır: “Enerji sektorunun ətraf mühitə artan təsirini nəzərə alaraq biz, dünyada və Azərbaycanda bu sahədə ən son texnoloji innovasiyalarla bağlı da məlumatı proqrama daxil etmişdik. ADA-nın SOCAR və BP ilə təşkil etdiyi Bakı Yay Enerji Məktəbi enerji sektorunda mükəmməl biliyi olmaqla yanaşı gələcək meyilləri görə bilən mütəxəssislər hazırlayır”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

Bu dövlət qurumlarında çalışan işçilərin də maaşları artırıldı

MÜBARİZ MƏNSİMOVUN SUÇU

 

 

Fuad Əliyev Əhməd Orucun yalanını üzə çıxardı

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

Bu sürücülərə çağırış edildi

Baş redaktor Prezidentə açıq məktubla müraciət etdi

Restoran və kafelərdə siqaret çəkənlərə ağlasığmaz CƏRİMƏ

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb

5 addımda arıqlama

AXH Qurultaya hazırlaşır

Birinci vitse-prezident Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunub

Ermənilər mövqelərimizi atəşə tutdu

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

Saçların sürətlə uzanmasına təsir edən maska