Güləşçi Elmir Əliyev və Xasay Həsənli EYOF-un qalibi oldu

17:43 23-07-2019 | icon 66 | İdman
Güləşçi Elmir Əliyev və Xasay Həsənli EYOF-un qalibi oldu

Bakıda keçirilən Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışları bu gün başa çatır.

 

Versus.Az-ın məlumatına görə, Elmir Əliyev ilk hissədə Norveç təmsilçisini sıradan çıxarıb. Daha sonra çətinliklə də olsa, Rumıniya idmançısından güclü olub. Yarımfinalda gürcü rəqibini "tuşe" ilə devirən həmyerlimiz adını finala yazdırıb. Həlledici görüşdə Ukrayna təmsilçisinə də gücünü göstərən Əliyev çempion olub.

Xasay Həsənli də ilk mərhələdə Yunanıstan idmançısını məğlub etməkdə çətinlik çəkməyib. Finlandiya və İsveçrədən olan rəqiblərinə də aman verməyən Xasay adını yarımfinala yazdırıb. Ukrayna güləşçisiylə gərgin mübarizə şəraitində keçən görüşdən də qalib ayrılan Həsənli finala yüksəlib. Həlledici qarşılaşma dramatik keçib. Son saniyələrdə rəqibi əks-fənddə yaxalayan Xasay fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla da komandamız 6-cı qızıl medalını qazanıb.

 

Nigar Mirzəzadə isə yarışa alman rəqibini yenməklə başlayıb. Ancaq 1/4 finalda türkiyəli idmançıya müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan Nigar britaniyalı güləşçiyə rahat qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

Qeyd edək ki, daha öncə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirovla (55 kq) Sabir Cəfərov (60 kq) gümüş, Mircavad Nəbiyev (48 kq) isə bürünc medal qazanıb. Yunan-Roma güləşində Fərid Sadıxlı (45 kq), Qurbanov Qurban (48 kq) və Həsrət Cəfərov (60 kq) qızıl, Nihat Məmmədli (55 kq) isə bürünc medal götürüb. Qadın güləşçilərindən Gültəkin Şirinova (46 kq) ilə Mərziyə Sadıqova (61 kq) gümüş medal əldə edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

QHT LAYİHƏYƏ START VERDİ

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Jurnalistin qardaşının evi yenə qarət edildi

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

"Bəzən buna görə jurnalistləri ittiham edirlər"

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb