“Muzey əşyalarının daimi mühafizə portalı”na həsr olunan təqdimatın üçüncü mərhələsi keçirildi"

22:22 23-07-2019 | icon 45 | Mədəniyyət
“Muzey əşyalarının daimi mühafizə portalı”na həsr olunan təqdimatın üçüncü mərhələsi keçirildi"

İyulun 22-də Lənkəran şəhərində “Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqlərin üçüncü mərhələsi keçirildi.

 

Versus.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib . Verilən xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2018-ci il tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”nin 3.1.33-cü bəndinin icrası ilə əlaqədar mühafizə olunan mədəni sərvətlərin siyahısı nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməli və mütəmadi olaraq yenilənməlidir. Bununla əlaqədar, Nazirliyin sifarişi ilə yaradılmış “Muzey əşyalarının daimi mühafizə portalı”nın “AdZone” şirkəti tərəfindən yenilənmiş proqram təminatının istifadə qaydaları işlənilmişdir.

 

Beləliklə, rayonlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri və muzeylərin əməkdaşları üçün yeni proqram təminatının izah edilməsi məqsədilə regional təqdimat – treninqlərin keçirilməsi zərurəti yaranmışdır. Beləliklə, ilkin mərhələ olaraq cari ilin 20-21 iyun tarixində Qəbələ şəhərində İsmayıllı, Şəki, Kürdəmir, Sumqayıt və Xaçmaz regional idarələrinin, 15-16 iyul tarixində isə Şəmkir şəhərində Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi regional mədəniyyət idarələrinin, 22-23 iyul tarixində isə Lənkəran şəhərində Ağdaş, Sabirabad, Biləsuvar, Masallı, Lənkəran regional mədəniyyət idarələrinin tabeliyində olan Heydər Əliyev mərkəzlərinin və muzeylərin direktor, baş mühafiz və portalla işləyən operatorlarının iştirakı ilə təqdimat – treninqlər keçirilib.

 

Təqdimat-treninqlərin növbəti mərhələsinin cari ilin 25 iyul tarixində Bakı şəhərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və bilavasitə nazirliyin tabeliyində olan Heydər Əliyev mərkəzlərinin və muzeylərin direktor, baş mühafiz və portalla işləyən operatorlarının iştirakı ilə keçirilməsi nəzərdə tutulub.

Respublikanın bütün bölgələrində təşkil edilməsi nəzərdə tutulmuş təqdimat-treninqin üçüncü mərhələsi Nazirliyin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynovanın, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Qabil Abbasovun, Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin Mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynlinin, Azərbaycan İstiqlal Muzeyinin direktor müavini Sədi Mirseyiblinin və həmin muzeyin baş fond mühafizi Aida Axundovanın, “Adzone” şirkətinin İT inkişaf mütəxəssisi Natiq Talıbov və həmin şirkətin layihə meneceri Barat Qubatovun, habelə tabeliyində olan Heydər Əliyev mərkəzlərinin və muzeylərin direktor, baş mühafiz və portalla işləyən operatorlarının iştirakı ilə keçirilib.

 

Təqdimat-treninq zamanı portalın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat nümayiş olunmuş, o cümlədən portalla bilavasitə məşğul olan operatorlara regionda fəaliyyət göstərən şəhər (rayon) Heydər Əliyev mərkəzləri, aparıcı muzeylər, ev və xatirə muzeyləri, şəhər (rayon) tarix-diyarşünaslıq muzeyləri tərəfindən muzey fondlarında qorunub saxlanılan eksponatların portala daxil edilməsi qaydası göstərilmiş, çoxsaylı suallar cavablandırılmış, coxşaxəli təlimatlar keçirilib, habelə “Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının təkmillləşdirilməsinə dair bir sıra maraqlı rəy, təkliflər əldə edilərək “AdZone” şirkətinə çatdırılıb.

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Muzey sərvətlərinin daimi mühafizə portalı” üçün vahid idarəetmə sisteminin yaradılması məqsədi ilə muzeylər tərəfindən toplanılmış və sistemləşdirilmiş məlumat bazasının idarə olunması, yenilənməsi və internet məkanında təmsil olunması üçün veb-proqram təminatı ən müasir, beynəlxalq və milli texniki parametrlərə və təhlükəsizlik standartlarına cavab verərək, gələcəkdə digər məlumat bazaları və veb-portalları ilə inteqrasiya olunacağı proqnozlaşdırılır.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

MÜBARİZ MƏNSİMOVUN SUÇU

 

 

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Azərbaycanın hərbi qulluqçuları Moskvada mükafatlandırılıb

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Ermənistanın Qazax təxribatına Sərhəd Xidmətindən sarsıdıcı cavab

Erməni qadınlar azərbaycanlı gəncə hücum etdi