EYOF Bakı 2019: kişilər arasında idman gimnastikası yarışlarının finalçıları

07:35 24-07-2019 | icon 67 | İdman
EYOF Bakı 2019: kişilər arasında idman gimnastikası yarışlarının finalçıları

"EYOF Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçirilən idman gimnastika yarışının ilk gününün nəticələrinə əsasən, altı ayrı-ayrı gimnastika növləri üzrə finalçılar müəyyənləşib.

 

Sərbəst hərəkətlərdə yarışların finalına çıxıb: İlya Kovtun (Ukrayna), Nazar Çepurnı (Ukrayna), İvan Kulyak (Rusiya), Emre Dodanlı (Türkiyə), Səməd Məmmədli (Azərbaycan), Kristian Balaj (Macarıstan), Leo Saladino (Fransa) Sam Mostowi (İngiltərə).

 

Gimnastika atında yarışlarının finalına çıxıb: Min Lorenzo Kasali (İtaliya), Leo Saladino (Fransa), Məhəmmədcon Yakubov (Rusiya), Vladimir Kostyuk (Ukrayna), Nazar Çepurnı (Ukrayna), İvan Kuliak (Rusiya), Səməd Məmmedli (Azərbaycan), Lorenzo Bonicelli (İtaliya).

 

Halqalarda yarışlarının finalına çıxıb: İvan Kulyak (Rusiya), Luka Bottarelli (İsveçrə), Mattia Piffaretti (İsveçrə), Məhəmmədcon (Rusiya), Min Lorenzo Kasali (İtaliya), Nazar Çepurnı (Ukrayna), Xorxe Kampana (İspaniya) ), Christian Balaj (Macarıstan).

 

Paralel dirəklərdə yarışlarının finalına çıxıb: İlya Kovtun (Ukrayna), İvan Kulyak (Rusiya), Nazar Chepurnı (Ukrayna), Məhəmmədcon Yakubov (Rusiya), Paskal Brendel (Almaniya), Robert Burtantane (Rumıniya), Kristian Balaj (Macarıstan), Lukas Desanj (Fransa).

 

Tirlərdə yarışlarının finalına çıxıb: Lucas Desanj (Fransa), Kristian Balaj (Macarıstan), İlya Kovtun (Ukrayna), İvan Brunello (İtaliya), Məhəmmədcon Yakubov (Rusiya), Lorenzo Bonicelli (İtaliya), İvan Kuliak (Rusiya), Kasper Garnzarek (Polşa).

 

Dayaqla tullanmada yarışlarının finalına çıxıb: Qabriel Burtanete (Rumıniya), Raikvon Baptiste (İngiltərə), Nazar Chepurnı (Ukrayna), İvan Kulyak (Rusiya), Viktor Martinez Mareşal (Belçika), Robert Burtanete (Rumıniya), Xorxe Kampana (İspaniya), Sem Mostoufi (İngiltərə).

Qeyd edək ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışlara start verilib.

 

İdman gimnastikası yarışlarının ilk günündə kişi gimnastlarımız mübarizə aparırlar. Onlar müxtəlif hərəkətlər və çoxnövçülükdə yarışırlar.

Yarışda Azərbaycanı 4 gimnast – Səməd Məmmədli, Ağakazım Rüstəmov, Mənsum Səfərov və Milana Minakovskaya təmsil edirlər.

Xatırladaq ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.

Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.

Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək.

XV Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QHT LAYİHƏYƏ START VERDİ

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Jurnalistin qardaşının evi yenə qarət edildi

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

"Bu gün sizlərin yarıtmaz siyasəti xalqı hər gün yeni qəzalar keçirməyə vadar edir"

23 avqust - Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu gündür

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi