Kolleclərə ixtisas seçimi başlayıb

15:49 24-07-2019 | icon 77 | Təhsil
Kolleclərə ixtisas seçimi başlayıb

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisas seçimi iyulun 24-dən avqustun 5-i saat 23.59-dək internet vasitəsilə həyata keçirilir.

 

Versus.Az xəbər verir ki, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur. Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul qiymət alan abituriyentlər seçə bilərlər. Abituriyentlərin qabiliyyət imtahanlarından aldığı qiymətlər gün ərzində elektron məlumat bazasına daxil edilir və onlar günün sonunda ixtisas seçimi edə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

 

Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

2019/2020-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub. Abituriyentlər eyni zamanda elektron ixtisas seçimi ərizəsindən keçid etməklə kolleclərə qəbul aparılan ixtisasların siyahısı ilə tanış ola bilərlər.

 

Xatırladaq ki, 9-cu sinfi cari ildə bitirən və kolleclərə qəbul olmaq üçün fevral- mart aylarında aparılan qeydiyyatdan keçməyən abituriyentlər (rus bölməsinin abituriyentləri Azərbaycan dili imtahanından məqbul qiymət aldıqları halda) üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə ərizə qəbulu sistemi də avqustun 5-dək aktiv olacaqdır. Müsabiqədə iştirak etmək istəyən abituriyentlər əvvəlcə qeydiyyatdan keçib sonra ixtisas seçimi edə bilərlər.

Qeyd edək ki, abituriyentlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. “Məsləhət mərkəzləri” haqqında ətraflı məlumatla aşağıdakı keçiddən tanış ola bilərsiniz: http://dim.gov.az/news/1922/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

QHT LAYİHƏYƏ START VERDİ

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Jurnalistin qardaşının evi yenə qarət edildi

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

23 avqust - Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu gündür