Alkoqoldan zəhərlənən caz kraliçası (Vidio)

18:01 24-07-2019 | icon 81 | İncəsənət
Alkoqoldan zəhərlənən caz kraliçası (Vidio)

Emi Vaynhaus - əsrarəngiz səs və möhtəşəm caz qırtlağı, qısa musiqi kariyerasında mükafat yağışına tutulan iki albom və unudulmaz mahnıları ilə sevənlərinin yaddaşındadır.

 

Versus.Az axşam.az-a istinadən xəbər verir ki, sensasiyalı həyatı, böyük eşqi, qabarıq saçları, vintaj tərzli geyimi, çılğın döymələri, modern "pin-up" tərzi ilə tarixə keçən müğənni 27 yaşında vəfat edib.

Bu gün sənətçinin ölümünün 8-ci ildönümüdür.

14 sentyabr 1983-cü ildə dünyaya gələn müğənninin ilk albomu "Frank" adlandırılıb. Üç il sonra - 2006-cı ildə "Back to black" albomu ilə tamaşaçıların qarşısına çıxan "Ən yaxşı yeni sənətçi", "İlin mahnısı", "İlin ən yaxşı albomu" nominasiyaları üzrə "Grammy" mükafatlarına namizəd olub və beş mükafat qazanıb.

Emiyə həyatında problemlər yaradan isə içki və narkotik düşkünü olması idi. Onu bu düşkünlüyə isə həyat yoldaşı Bleyk Filder cəlb etmişdi. Emi açıqlamalarında "Mən soyadım kimiyəm (şərab evi)" deyə, içki düşkünü olmağından bəhs edirdi.

 

Uzun illər problemləri ilə medianın gündəmindən düşməyən ifaçı 2011-ci ildə evində ölü tapılıb.

Ölümünün səbəbi isə alkoqoldan zəhərlənmə deyə, göstərilib.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QHT LAYİHƏYƏ START VERDİ

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Jurnalistin qardaşının evi yenə qarət edildi

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

"Bu gün sizlərin yarıtmaz siyasəti xalqı hər gün yeni qəzalar keçirməyə vadar edir"

23 avqust - Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu gündür

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi