İraq Türkməneli Partiyasının lideri Azərbaycan jurnalistlərini təbrik etdi

21:45 24-07-2019 | icon 129 | Siyasət
İraq Türkməneli Partiyasının lideri Azərbaycan jurnalistlərini təbrik etdi

İraq Türkməneli Partiyasının sədri Riyaz Sarıkahya 22 iyul Milli Mətbuat günü münasibətilə Versus.Az saytını, eləcə də bütün Azərbaycan jurnalistlərini təbrik edib.

 

Partiyanın qərargahından Versus.az– a verilən məlumata görə İraq türkmənlərinin lideri Riyaz Sarıkahya bildirib ki, bütün dünyada jurnalist ən şərəfli, dəyərli peşələrdən biridir:

 

“Jurnalistlərin işi, fəaliyyəti başqa peşə sahiblərindən çox – çox fərqlidir. Onlar cəmiyyəti iyirmi dörd saat informasiya ilə təmin edirlər. Əgər jurnlistlər olmasa, biz dünyada baş verənlərdən anında xəbər tuta bilmərik. Bu peşə sahibləri üçün geçə - gündüz, istirahət günləri, bayram günləri yoxdur. Onlar iyirmi dörd saa hər yerdədilər,istirahətlərini də, bayramlarını da iş başında keçirirlər. Savaşın getdiyi, terrorun baş verdiyi nöqtələrdən çanları bahasına reportajlar hazırlayır, birbaşa yayıma çıxırlar. Bu peşə sahibləri bütün təhlükələri gözə alan cəsur insanlardı”.

Riyaz Sarıkahya deyib ki, bu günlərdə qardaş Azərbaycan mətbuatı 144 – cü ildönümünü qeyd edir:

“Azərbaycan mətbuatı bizə çox dogmadır. Onlar həmişə İraq türkmənlərinin səsi olublar, bizi bir –birimizə daha da yaxınlaşdırıblar, aramızdakı məsafəni azaldıblar. Azərbaycan Sovetlər birliyinin tərkibində olanda belə mətbuatda, televiziya və radioda İraq türkmənləri barədə verilişlər hazırlanıb, yazılar yazılıb, tariximizə, mədəniyyətimizə, ənənəmizə geniş yer verilib. Qardaş Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra isə bu əlaqələr daha da genişlənməyə başlayıb. Sevindirici haldı ki, son illər İraq türklərinə, Kərkükə daha çox diqqət ayrılır. Biz bunu hər addımda hiss edirik. Kərkükdə, Türkmənelində baş verənlər  Azərbaycan jurnalistləri tərəfindən oxuculara çatdırılır”.

Türkməneli Partiyasının lideri təbrik mesajını bu sözlərlə bitirib: “Arzu edirəm ki, Azərbaycan jurnalistləri tezliklə bütün dünyaya Qarabagın işgaldan azad olunması, qələbə xəbərini versinlər. Bu xəbəri Kərkükdə, Türkmənelində də səbirsizliklə gözləyirlər. Azərbaycan jurnalistlərini təbrik edirəm, onlara çətin, məsuliyyətli və şərəfli peşələrində ugurlar diləyirəm”.

 

Aganisə Sultan

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

MÜBARİZ MƏNSİMOVUN SUÇU

 

 

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Azərbaycanın hərbi qulluqçuları Moskvada mükafatlandırılıb

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Ermənistanın Qazax təxribatına Sərhəd Xidmətindən sarsıdıcı cavab

Erməni qadınlar azərbaycanlı gəncə hücum etdi