"Bu festival ölkəmizin dünyada tanıdılmasına çox böyük töhfə verəcək"

17:25 25-07-2019 | icon 58 | İdman
"Bu festival ölkəmizin dünyada tanıdılmasına çox böyük töhfə verəcək"

Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edir. Bu, bir daha göstərir ki, Azərbaycan mötəbər tədbirlərin mərkəzinə çevrilib.

 

Versus.Az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasından olan millət vəkili Cavid Osmanov deyib.

 

C.Osmanov xatırladıb ki, Azərbaycan 2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları, o cümlədən Formula 1 yarışları, UEFA Avropa Liqasının final mərhələsi və bu kimi mötəbər tədbirlərə uğurla ev sahibliyi edib:

 

"Bu, Azərbaycan reallığının dünyaya tanıdılmasına çox böyük töhfə verəcək. Eyni zamanda, biz bilirik ki, idman yarışları dostluq, qardaşlıq yarışlarıdır. Bura gələn idmançılar, texniki heyət, azarkeşlər öz ölkələrinə qayıdanda həm Azərbaycan xalqının nə qədər qonaqpərvər və dostluğa sadiq olduğunu görəcəklər, həm də öz ölkələrində Azərbaycanın gerçəkliklərindən bəhs edəcəklər".

C.Osmanov əlavə edib ki, belə yarışların keçirilməsi ölkəmizin tanıdılması, turizmin inkişafı baxımından çox əlverişlidir.

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

QHT LAYİHƏYƏ START VERDİ

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Jurnalistin qardaşının evi yenə qarət edildi

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

"Bəzən buna görə jurnalistləri ittiham edirlər"

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb