Azərbaycan idmançı hüquqlarının müdafiəsini gücləndirir

12:11 29-07-2019 | icon 49 | İdman
Azərbaycan idmançı hüquqlarının müdafiəsini gücləndirir

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və BM Morrison Partners (BM) şirkəti idmançıların hüquqlarının müdafiəsini gücləndirmək məqsədilə anlaşma memorandumu imzalayıblar.

 

AMADA-dan Versus.Az-a verilən məlumata görə, Memorandum çərçivəsində, AMADA-nın fəaliyyəti ilə bağlı xüsusi yaradılmış İntizam və Apellyasiya Komitələrində AMADA-nın yurisdiksiyasına daxil olan idmançılar barədə başlanılan və ya icraatda olan işlərdə, BM hüquq şirkəti tərəfindən bu idmançılara hüquqi yardım göstəriləcək.
Şirkət idmançılara hüquqi xidmətləri pro bono (ödəniş almadan) əsasında göstərəcək. Bütün işlərin təcrübəli vəkillər və hüquqşünaslar tərəfindən aparılması nəzərdə tutulur.

 

“Bu memorandum, idmanda dopinqə qarşı mübarizə və antidopinq qaydalarının tətbiqi zamanı insan hüquqlarının qorunmasını gücləndirmək, idmançıların ədalət mühakiməsinə çıxışını asanlaşdırmaq məqsədlərini daşıyır. Bu fundamental hüquqlar Avropa İnsan Hüquqları Konvensiyası, Avropa Şurasının Antidopinq Konvensiyası və idman sahəsini əhatə edən digər beynəlxalq sənədlərdə əks etdirilir”, - AMADA-nın direktoru və Avropa Şurasının “İnsan hüquqları və idmançılar” üzrə xüsusi işçi qrupunun sədr müavini Şəfəq Hüseynli imzalanma mərasimi zamanı deyib.
Onun sözlərinə görə, antidopinq təşkilatları və hüquq şirkətlərinin bu formada əməkdaşlığı idman dünyası üçün bir yenilikdir.

 

“Belə şəffaf və qanunçuluq proseslərinin bir hissəsi olmaq bizim kimi bir müstəqil hüquq şirkəti üçün kifayət qədər vacib hadisədir. Ölkənin aparıcı şirkəti olaraq bu sahəyə töhfə verməyimizdən qürur duyuruq. Bütövlüklə Birləşmiş Krallıq kapitalı ilə fəaliyyət göstərən bir yerli hüquq şirkəti kimi, biz ən yaxşı Britaniya təcrübəsini Azərbaycana gətirməyə şad olarıq”- BM Morrison Partners hüquq şirkətinin baş partnyoru Fərhad Mirzəyev bildirib.

Avropa Şurasının Antidopinq Konvensiyası 1989-cu ildə qəbul edilib. Azərbaycan bu sənədi 2002-ci ildə imzalayıb.

Azərbaycan Respublikasının ilk özəl hüquq şirkəti olan BM Morrison Partners 1992-ci ildə təsis edilib. BM xarici dövlətlərdə (Böyük Britaniya, BƏƏ və Rusiya) nümayəndəlikləri olan ilk və yeganə Azərbaycan hüquq şirkətidir. Geniş profilli hüquq şirkəti olan BM hüququn bütün sahələri üzrə böyük təcrübəyə malikdir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

MÜBARİZ MƏNSİMOVUN SUÇU

 

 

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Azərbaycanın hərbi qulluqçuları Moskvada mükafatlandırılıb

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Ermənistanın Qazax təxribatına Sərhəd Xidmətindən sarsıdıcı cavab

Erməni qadınlar azərbaycanlı gəncə hücum etdi