“Təcrübəçi tələbələrə müəyyən miqdarda əməkhaqqı da verilsə, yaxşı olar”

18:31 30-07-2019 | icon 88 | Təhsil
“Təcrübəçi tələbələrə müəyyən miqdarda əməkhaqqı da verilsə, yaxşı olar”

Son günlər təhsil naziri Ceyhun Bayramovun pedaqoji təhsil alan tələbələrlə bağlı söylədiyi yeniliklər müzakirə mövzusu olub.

 

Nazir xatırladıb ki, 2019-cu ilin fevralında ali təhsilin bakalavriat pilləsinin yeni standartları müəyyənləşdirilib. Növbəti ildən yeni təsnifata uyğun kadr hazırlanacaq:

“Yeni təsnifatda praktiki məşğələlərin internatura tipli təcrübələrin miqdarının əhəmiyyətli şəkildə artıb. Düşünürük ki, pedaqoji kadrların hazırlıq prosesində dərsdə olmaları önəmlidir. Odur ki, bakalavrlar təhsil aldıqları 4 ilin birini tamamilə məktəbdə olmalıdırlar”.

 

Bəs, birillik pedaqoji təcrübə kadr hazırlanmasında nə kimi keyfiyyət dəyişikliklərinə səbəb olacaq? Ümumiyyətlə, keçmiş təcrübə sisteminin nəticəsi olaraq hansı boşluqlar hiss olunurdu?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan Ağdam rayonu 91 nömrəli tam orta məktəbin direktoru Nemət Rüstəmli Türkiyədə pedaqoji təhsil sisteminin məhz bu şərtlər üzərində qurulduğunu xatırladıb. Bildirib ki, ölkəmizdə bu,yalnız tədris kursları sistemində mövcuddur:

““Hədəf”, “Güvən” kurslarında bu sistem çoxdan tətbiq olunur. Onlar IV kursda oxuyan, pedaqoji təhsil alan tələbələri tədrisə könüllü qəbul edirlər. Tələbə 1 il təcrübə keçmək şansı qazanır. Bu, çox yaxşı metoddur . Çünki MİQ müsabiqəsində 60 bal toplayan müəllim belə ilk dəfə sinfə daxil olanda özünü itirə bilər. Keyfiyyətli pedaqoji kadr üçün təcrübə mütləqdir. Bu, alqışlanası addımdır.

Bundan əlavə, dediyimiz sistem xüsusi təyinatlı məktəblərdə də var. Kursantlar sonuncu kursu müəyyən təlim, təcrübələrə cəlb olunurlar. Niyə də pedaqoji təhsildə olmasın?”

 

“İstirahət günlərini çıxsaq, tələbə heç 20 gün orta məktəbdə olmur”

 

Direktor, pedaqoji təhsil alan tələbələrin yetərincə təcrübə keçməməsinin nəticələrindən də bəhs edib. Bildirib ki, bunu çatışmazlıq kimi görməyə haqqımız var:

“Əvvəl müəllimlərə kurikulum sistemi ongün təlimlərdə öyrədilirdi. Cəmi 10 gün təlim görən insan kurikulumu nə dərəcədə keyfiyyətli tətbiq edə bilər? Təcrübə ilə bağlı da eyni vəziyyətdir. Universitetlərdə cəmi 1 ay təcrübə olurdu. İstirahət günlərini çıxsaq, tələbə heç 20 gün orta məktəbdə olmur. Bundan əlavə, heç də tələbələrin hamısı təcrübəyə gəlmir. İş formal xarakter daşıyır. Amma tələbə 1 il pedaqpoji təcrübə müddətində çox şey qazanacaq.

İstəyərdim, təcrübəçilər birbaşa X–XI siniflərin deyil, aşağı siniflərin dərslərində iştirak etsinlər. Tələbəni təcrübə üçün birbaşa yuxarı siniflərə göndərəndə yaş fərqi öz sözünü deyir. Şagirdin yaşı özündən o qədər də çox olmayan müəlliminə qarşı aqressiyası yaranır. Bu isə tələbənin öz ixtisasına həvəsini öldürür.

Bundan əlavə, təcrübə müddətində tələbələrə müəyyən miqdarda əməkhaqqı da verilsə, yaxşı olardı. Bu, həm tələbələri motivasiya edəcək, həm də öz ehtiyaclarını qarşılaya biləcəklər”.

 

“Pedaqoji fakütələr məktəblərə daşınsın”

 

Bakı Mühəndislik Universitetinin müəllimi Bəhmən Məmmədov da pedaqoji təcrübənin çox önəmli olduğunu vurğulayıb:

“Hətta təklif edirəm ki, pedaqoji fakütələr məktəblərə daşınsın, tədrisi tamamilə məktəbdə həyata keçirilsin. Məktəb və pedaqoji fakültələr üzrə tədris həyata keçirən universitetlər iki ayrı qurum kimi fəaliyyət göstərməməlidirlər.

Ümumiyyətlə, pedaqoji fakültələrdə tədrisin metodikası üzrə dərs deyən müəllim  mütləq 5 il orta məktəbdə işləməli, sonradan universitetə gəlməlidir. Bir müəllimin orta məktəb təcrübəsi yoxdursa, pedaqogika kitablarında yazılanlar onun üçün bir nağıl olacaq. Həmin kitabları yazanlar da ən azı 5 il orta mətkəbdə işləyənlər olmalıdırlar.

Bu baxımdan birillik təcrübə çox önəmlidir. Ayrıca “Məktəb təcrübəsi”  adlı fənnin tədrisi də yaxşı olardı. Burada 3 kateqoriya daha önəmli olmalıdır: şagird və müəllimin uzaqdan müşahidəsi, müəllimin iş fəaliyyətinin  artırılması üçün metodların hazırlanması, məktəb idarəsi ilə bağlı təlimlər. Bu mövzularda təlimlərin verilməsi çox faydalıdır”.

 

““Kənd İnstitutu” yaradılsın”

 

Bəhmən müəllim pedaqoji təcrübədən danışarkən ayrıca “Kənd institutu”nun yaradılmasını təklif edib:

“Bəzi müəllimlər kəndlərdə işləyirlər. Mən hansısa balı toplayıb heç tanımadığım bir yerə gedib çıxa bilərəm. Amma orada sənətimə öz sevgimi verə bilməyəcəm.

Bu baxımdan təklif edirəm ki, “Kənd İnstitutu” yaradılsın. Bölgə üzrə 5- 6 kəndi birləşdirən layihə həyata keçirməklə, şagirdləri seçib, onları ciddi hazırlaşdırıb, pedaqoji təhsil verib yenidən öz məkanlarına qaytarmaq olar. “Kənd İnstitiutları” bölgə olaraq bir neçə kəndi birləşdirib, ora üçün kadr hazırlamağa xidmət edir. Artıq belə bir layihə başlatmağın vaxtıdır. Müəllimlər müxtəlif ərazilərdə işləyir, öz ailələrindən uzaq qalırlar. Kənd institutu bunun qarşısını alacaq və kadr ehtiyacını ödəyəcək”.

O, təklif etdiyi “Sinfin təşkili” adlı fənnin tədrisinin önəmindən danışıb. Hazırda bunlar Pedaqogika adı altında birləşdirilib. Amma bu fənn bilavasitə sinfə müraciət, birbaşa problem həlli xarakteri daşıyacaq.

Bunlar əlavə, pedaqoji təcrübə “sizi orta məktəbə göndəririk. Gedin, nə iş istəyirsiniz, görün” kimi olmamalıdır.  Tədrisin çatışmazlıqları tamamlamaq lazımdır. Tələbəyə iş praktiki izah olunmalıdır”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

QHT LAYİHƏYƏ START VERDİ

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Jurnalistin qardaşının evi yenə qarət edildi

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

23 avqust - Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu gündür