Razil Vəliyev Qarabağ həqiqətləri ilə bağlı məlumatlandırılıb

17:31 31-07-2019 | icon 41 | Siyasət
Razil Vəliyev Qarabağ həqiqətləri ilə bağlı məlumatlandırılıb

Azərbaycanda səfərdə olan Tatarıstan Dövlət Şurasının Komitə sədri, görkəmli dövlət və ictimai xadim Razil Vəliyevə Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verilib. 


Millət vəkili prof.dr.Qənirə Paşayevanın dəvəti, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİİB), Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) təşkilatçılığı ilə baş tutan səfərin ilk günü məhsuldar keçib.

Versus.Az-ın məlumatına görə, qardaş Tatarıstanın Xalq şairi, Tatarıstan Dövlət Şurasının Maarif, Mədəniyyət, Elm və Milli münasibətlər Komitəsinin başqanı, Dövlət Mükafatı laureatı, görkəmli dövlət və ictimai xadim Razil Vəliyev və xanımı, Milət vəkili,ABAİ İB-nin sədri Qənirə Paşayevanın, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, Tatarıstanın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Alfred Zakirov və təşkilatçı qurumların mənsublarının müşayiəti ilə öncə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyev və görkəmli oftolmoloq alim Zərifə xanım Əliyeavnın məzarlarını ziyarət edib.

Fəxri Xiyabanda uyuyan görkəmli elm, mədəniyyət xadimlərinin məzarları da ziyarət olunub, Fəxri Xiyaban, burada dəfn olunan görkəmli şəxsiyyətlərin həyat və fəaliyəti barədə hörmətli qonağa bilgi verilib.

 

Sonra Şəhidlər Xiyabanı ziyarət edilib, 1990-cı ilin 20 yanvarında yaşananlar, xalqın azadlıq mübarizəsi barədə Tatarıstanın Xalq şairinə ətraflı bilgi verilib.Birinci işçi günün ilk rəsmi görüşü Milli Məclisdə (MM), MM-in Elm-təhsil Komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, NİZAMİ adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli ilə oldu. Komitə sədri bildirdi ki, bu görüşlə bir ilk yaşanır – çünki Azərbaycan Milli Məclisinin tarixində Tatarıstan parlamentinin Komitə sədri ilk dəfə qəbul edilir.

Azərbaycan parlamentarizm tarixindən, qardaş tatar xalqı ilə ortaq dəyərlərimizdən, indiyədək görülmüş müyyyən işlərdən və daha çox iş görmək istək və imkanından söz açan İsa Həbibbəyli, tatar həmkraının Aərbaycan səfərini əlamətdar hadisə adlandırdı. İ.Həbibbəyli ümidvar olduğunu bildirdi ki, qardaş xalqların elm-təhsil, mədəniyyət, o cümlədən parlametlərarası əməkdaşlığında yeni səhifə açılacaq, mövcud imkanlar dərindən dəyərləndiriləcəkdir. Bununçün dövlət başçıları səviyyəsində yüksək münsaibətlərin, yetərli dəstəyin olduğunu vurğulayan Komitə sədri, parlament üzvlərinin, elm-mədəniyyət xadimlərinin bu dəstəyi gərəyincə qiymətləndirməli oldğunu qeyd etdi.

İ.Həbibəyli millət vəkili həmkarı Qənirə Paşayevanın, onun başçılıq etdiyi ictimai birliyin, digər təşkilatçı qurumların türk dünyasında mədəni əməkdaşlığı gücləndirmək yönündə ciddi çalışmalarını xatırlatdı, görülən işlərin perspektiv üçün yaxşı baza olduğunu bildirdi. Başçılıq etdiyi Ədəbiyyat İnstitutu xətti ilə tatar ədəbiyyatı ilə bağlı görülmüş işləri də xatırladan akademik, yeni nəşrlər, qarşılıqlı faydalı əməkdaşlıq üçün gərəkən addımların atılacağını bildirdi.

Səmimi qəbul, qiymətli fikirlər üçün Azərbaycanlı həmkarına təşəkkür edən Millət vəkili, Xalq şairi Razil Vəliyev, deyilən fikirləri bölüşdüyünü, Bakıda şeirlər kitabının çıxması, kitaba təqdimat mərasimləri hazırlandığını məmnunluqla qeyd etdi.

Millət vəkili Qənirə Paşayeva ilə işçi naharda, şəhər gəzintisində etdiyi söhbətləri, Bakıda hər kəsdən hiss etdiyi isti münasibətləri, ilk günün təəssüratlarını Komitə sədri həmkarının diqqətinə çatdıran R.Vəliyev, qarşılıqlı səfərlərin yalnız o səfərdə iştirak edənlərə deyil, bütövlükdə xalqlarımızın mədəni münasibətlərinə müsbət təsir etdiyini, töhfə verdiyini qeyd etdi.

Sonra R.Vəliyev İ.Həbibbəyliyə Tatarıstan parlamentinin xatirə hədiyyəsini, Q.Paşayevaya Tatarıstan parlamentinin yubiley medalını təqdim etdi. İ.Həbibəyli də öz nöbəsində R.Vəliyevə, A.Zakirova, digər qonaqlara qiymətli kitablar hədiyyə etdi. Milli Məclisdə növbəti görüş Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri, Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli ilə oldu.

Tatarıstan parlamentinin Komitə sədrini Azərbaycanda görməkdən məmnun olduğunu bildirən Ə.Hüseynli Azərbaycan-Tatarıstan, Azərbaycanla Rusiya Federasiyasının subyektləri, ümumən Azərbaycan-Rusiya münasibətləri barədə ətraflı məlumat verdi, dövlət başçıları səviyyəsində yüksək səviyyəli münasibətlərin digər münasibətlər üçün bir örnək olduğunu vurğuladı, Tatarıstan elm-mədəniyyət tarixində yer almış azərbaycanlılar, Azərbaycan elm-mədəniyyət tarixində yer almış tatarlar barədə bilgilərini bölüşdü. R.Vəliyev Milli Məclisdəbir gün içində iki Komitə sədri ilə görüş keçirdiyinə görə məmnunluğunu bildirdi, bütün parametrlər üzrə qarşılıqlı faydalı əməkdaşlıq üçün yaxşı imkanlar olduğunu, bu imkanları dəyərlərndiməklə daha yaxşı nəticələr əldə ediləcəyini dedi.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

Bu dövlət qurumlarında çalışan işçilərin də maaşları artırıldı

MÜBARİZ MƏNSİMOVUN SUÇU

 

 

Fuad Əliyev Əhməd Orucun yalanını üzə çıxardı

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

Bu sürücülərə çağırış edildi

Baş redaktor Prezidentə açıq məktubla müraciət etdi

Restoran və kafelərdə siqaret çəkənlərə ağlasığmaz CƏRİMƏ

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb

5 addımda arıqlama

AXH Qurultaya hazırlaşır

Birinci vitse-prezident Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunub

Ermənilər mövqelərimizi atəşə tutdu

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

Hava az küləkli, çimərliklərdə isə...