“Mən Kərkük qızıyam”

19:04 31-07-2019 | icon 139 | Cəmiyyət
“Mən Kərkük qızıyam”

Ayhan Həcəroğlu: “Kərkük aldığım nəfəsdir....”

 

Ayhan xanımı tanımamışdan müəllifi olduğu “Ben Kerkük qızıyam” şeirini oxuyub, çox sevmişdim. Onun barəsində ilk dəfə Ankarada İraq türklərinin milli lideri, fikir babası Mehmet İzzət Həttatın qızı, türkmənlərin mənəvi anasi Yüksəl Mehmet İzzətdən eşitmişdim. Yüksəl xanım deyirdi ki, onun bütün şeirləri gözəldi, çünki hamısında Kərkük ruhu var. Sonra Ayhan xanımla telefonda danışdıq, gerçəkdən də başdan-başa Kərkük, Türkməneli ruhunu yaşadan bir xanımdır.

 

BEN KERKÜK KIZIYIM....

Bazan içim bulanır bırakıp giderim seni Uzaklara.
Bedenimde cansın, damarımda kan ruhsuz Bedeni taşmak ne demekdir biliyormusun?
Işte ben Kerkük kızıyım.

Bazan öyle gülerim arsız arsız.
Kendi halimden kıskanırım, ruhum Sende, bedenim başka yerlerde biliyormusun Ruhsuz bedenin yaşaması imkansiz.
İşte ben Kerkük kızıyım.

Bazan öyle güçsüz olurum ki kollarım bağlı.
Kendimden Nefret ederim.
Haktan yanayım çok cesurdu bu yüreğim.
Dilimden adam doğerım.
Işte ben Kerkük kızıyım.

Çok isterim gökyüzü kâğıdım olsun, denizlerde Mürekkebim.
Sana olan aşkımı yazıp anlatmaya O yetmez Bile.
Hiç bir şeyinde gözüm yok bir tek dostan Vefayı bekliyorum.
İşte ben Kerkük kızıyım 
Kerkük kızıyım.

 

Ayhan Hacəroğlu 1962-ci ildə Kərkükdə dünyaya göz açıb. Kərküklü, türkmən olmağından qürur duyur. İbtidai, orta və lisey təhsilini də doğma torpağında alıb. Uşaqlıq illərindən dünya ədəbiyyatı ilə maraqlanmağa və oxumağa başlayıb. Elə o illərdən də şeirlər yazır. Uzun illər məmur olaraq çalışıb, amma bank işi onu ədəbiyyatdan ayırmayıb, əksinə getdikcə daha çox bağlanıb şeir, sənət dünyasına.

 

Səddam dönəmində, İraqda türk dilinin yasaq edildiyi, türkmənlərə qarşı basqıların davam etdiyi bir vaxtda “Mən Kərkük qızıyam” şerini yazıb. Üç oğul anası olan Ayhan abla İraq Türkməneli Partiyasının danışmanı, Türkmən Qardaşlıq Ocagının üzvüdür.

 

Söhbətimiz zamanı bildirdi ki, Azərbaycanda olduğu kimi, bizdə də qadının  sənətini, peşəsini qurban vermək kimi bir ifadə var:

 

“Heç vaxt bu deyimlə razılaşmıram. Övladlarım dünyaya gələndə dövlət işində, bankda məmur olaraq çalışırdım. Düzdür, onlar körpə olanda işimə bir qədər ara verdim, analıq məzuniyyətinə çıxdım. Fikrimcə, bütün dünyada yeni doğulan körpələrin anaya ehtiyaçı var. Bir müddət ana onların yanından ayrılmamalıdır. Bu çox mühümdür və inanıram ki, övladlarımızın gələcək həyatlarında da ananın südəmər körpələrə göstərdiyi diqqətin, qayğının böyük rolu olur. Körpələr bu qayğını, nəvazişi hiss edər. Amma onlar bəlli yaşa gəldikdən sonra işimi davam etdirməyə başladım. Eyni zamanda da, Türkməneli Partiyasənda və Türkmən Qardaşlıq Ocagındakı fəaliyyətimi də. Təcrübəmdən gəldiyim nəticə budur ki, əgər insan qarşısına məqsəd qoyub, doğru bir şəkildə həyatına davam edərsə, ailəsinə də, işinə də vaxt ayırır və bunlar bir-birinə mane olmur”.

 

Yuxarıda qeyd etdiyim kimi, Səddam dönəmində türk dili, ədəbiyyatı, dərgiləri belə qadağan edilmişdi. Əgər türkmən ailələrində axtarış vaxtı türk dilində hər hansı bir kitaba, qəzetə rast gəlsəydilər, həbs və zindan həyatı qaçılmaz idi. Amma bütün qadağalara baxmayaraq, Ayhan abla Türkiyə yazıçılarını, şairlərini mütaliə edir, yaradıcılıgını da davam etdirirdi. Deyir ki, həyatının ən agır dönəmi 2004-cü ildə olub. Həyat yoldaşı vəfat edəndən sonra üç ogluna, bir də qələminə sarılıb:

 

“Ən başda oğlanlarımı Kərkükə, Türkmənelinə, bu torpaqlara layiq övladlar kimi yetişdirməyə, tərbiyə etməyə, böyüdməyə çalışdım. Şükür, onlardan çox razıyam.  Bir də həmişə qələmimə sarıldım, mənim ən yaxın dostum qələmimdir”.

 

BEN HÜZNÜ GÜLÜM

Ben hüznü, ülkemin üstünde sönmeyen Gür Gür baba çırağını,
Altında kara belânı
Ben hüznü gülüm.
Agyarlara mal olmasını gördüm
Ben hüznü, babamın yüzünden akan terinde

Zavallı anamin çürüm çürüm ellerini haramı tatırmadan
Ben hüznü gülüm, bir ekmeği dörde bölmeyi
gördüm

Ben hüznü, her 29 Nisanın bitişinde, 8 yaşında çetinimin göz yaşında, dudaklarını büzerken 
Ben hüznü gülüm
Babasız ne demek gördüm

Ben hüznü ,herkes varkan ben kendim boşluklar içinde 
Eski fotoğraflarda başım altında o nemli
Ben hüznü gülüm
Yastıklarımda gördüm

Ben hüznü, kumlar altında altında kalan

Hayalarımda, kaç hayalarımı sakladım
Ben hüznü gülüm
Yüreğimin en derin yerinde gördüm

Ben yalandan tebessümler biriktirdim bir

Değil bin yaralarımı kapatmaya
Ben hüznü gülüm
Merhem diye sürmeyi gördüm.

 

Ayhan Hacəroğlu Azərbaycan ədəbiyyatını da çox sevir. Onun “Kərkük bizə oğul desə” şeirini oxuyarkən ilk olaraq yadıma uşaqlıqdan əzbər bildiyim  böyük Məmməd Arazın “Vətən mənə oğul desə” şeiri düşdü.

 

KERKÜK BIZE OĞUL DESE

 Ne söyliyim çekilmez bir derteyiz
Yurt icinde sanki biz gurbetteyiz.
Gemi gibi kaptansiz denizdeyiz. Hadi düzel bizde olan ey yasa...
 Kerkük bize ah bir kes Oğul Dese.....
Kara günler biter dedik bitmedi, Ömür bitti açılarımız bitmedi.
Çok isterdi ama ömür yetmedi
Öldü babam yüreğinde gam tasa
Kerkük bize ah bir kes Oğul Dese......
El Vatanı biz gurbeti yurt ettik
 Bu yurt icin nice aslanlar verdik.
Egri yola baş vurmadık düz gittik Hadi düzel bizde olan ey yasa.
 Kerkük bize ah bir kes Oğul Dese.......
Bahar gelmez dört mevsimler yaz oldu
 Göller kuru yüzen ördek kaz oldu.
 Şahin kuşum yad ellerde baz oldu,
 Her divanda yer verilmez öksüze
 Kerkük bize ah bir kes Oğul Dese......
 Ben Türkmenim ben büyüdüm tuzaktan
 Oğuzlayım türküm dedim nen çoktan.
 Gel beriye selam verme uzaktan, Anadolu alıp bizi beslese
 Kerkük bize ah bir kes Oğul Dese......
 Türkmen dedik yadı bir korku aldı
Bizde iman onda nesil çokaldı
 Başlar gitti eskilerden kim kaldı Gel sen söyle bizlere
Kerkük bize ah bir kes Oğul Dese.....
 

Övladlarının təhsili, işi ilə baglı 2014-cü ildən İstanbulda yaşayan, yaradıcılığına davam edən Ayhan abla deyir ki, ildə bir neçə dəfə Kərkükə gedirəm:

 

“Kərkük mənim aldığım nəfəsdir, Kərküksüz yaşaya bilmərəm. İldə bir neçə dəfə torpağıma, evimə gedirəm. Düşünürəm ki, bütün Türk Dünyası bizim doğma evimizdir, heç yerdə özümü yad hiss etmirəm. Türk olduğumdan qürur duyuram”.

 

Ağanisə Sultan
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

Bu dövlət qurumlarında çalışan işçilərin də maaşları artırıldı

MÜBARİZ MƏNSİMOVUN SUÇU

 

 

Fuad Əliyev Əhməd Orucun yalanını üzə çıxardı

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

Bu sürücülərə çağırış edildi

Baş redaktor Prezidentə açıq məktubla müraciət etdi

Restoran və kafelərdə siqaret çəkənlərə ağlasığmaz CƏRİMƏ

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb

5 addımda arıqlama

AXH Qurultaya hazırlaşır

Birinci vitse-prezident Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunub

Ermənilər mövqelərimizi atəşə tutdu

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

Saçların sürətlə uzanmasına təsir edən maska