Deputatlardan Fazil Mustafaya sərt cavab

14:46 01-08-2019 | icon 102 | Siyasət
Deputatlardan Fazil Mustafaya sərt cavab

Fərəc Quliyev: “Onu urvatdan salmaq cəhdləri yolverilməzdir”

 

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın görkəmli dövlət xadimi  Şah İsmayıl Xətainin adına olan medalın ləğv edilməsi barədə çağırışından sonra yaranan qalmaqal səngimək bilmir. BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının onun müdafiəsinə qalxmasından və Moskva Azərbaycan İcmasının rəhbəri Şamil Tağıyevin deputatı sərt tənqid etməsindən sonra gərginlik daha da artıb.

 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev ile ilgili görsel sonucu

Versus.Az xəbər verir ki, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bu məsələni qətiyyətlə pisləyib.

"Nəinki Şah İsmayılın, keçmişə gedib bir sərkərdənin üzərinə getməklə onu urvatdan salmaq cəhdləri yolverilməzdir. Xətai böyük bir Bütöv Azərbaycan qurmuş dövlət xadimidir, şairdir. İlk dəfə olaraq türk dünyasında türk imperiyaları arasında sarayda dili türk dili edən birisidir. Dünyada Azərbaycanı tanıdan bir imperiyanın qurucusudur. Ona qarşı hər tərəfdən hücumların edilməsi həm mənasızdır, həm də əhəmiyyətsizdir. Biz tariximizdən qürur duymaq, dərs götürmək əvəzinə bu cür davranmalı deyilik. Bu gün bizim üzərimizə çox ciddi vəzifələr düşür. 480 min kvadrat kilometrlik Azərbaycandan 60 min kvadrat kilometri əlimizdə saxlayıb 3 milyon erməninin işğalı altında olan torpaqlarımızı qaytara bilmiriksə, bunun haqqında danışmalıyıq. İndi biz Xətai haqqında fikir söyləyirik. Türkiyədə səfəvilər dövrünü, həmin dövləti qəbul etməyən bir çete var idi. Cəhd edirdilər ki, bu Azərbaycan dövlətini gözdən salsınlar. Hətta türk imperiyaları sırasına səfəviləri salmırdılar. Bununla bağlı rəhmətlik Nihat Çətinqaya hətta məhkəməyə müraciət etmişdi. O, ”Qızılbaşlar" əsərində də bu məsələyə toxunmuşdu. Həsən Həsənovun Şah İsmayıl haqqında əsərini oxumuşam. Ramiz Mehdiyevin bu haqda maraqlı bir təhlili var idi. Dilavər Əzimli və başqalarının da bu haqda münasibətləri mövcuddur. Görürəm ki, qərəzli şəkildə heç bir əsas olmadan qürur mənbəyimiz olan yerlərə hücum edilir. Bu təkcə Şah İsmayıl Xətaiyə aid deyil. O, dünyasını dəyişmiş bir adamdır, bizim tariximizdir. Millət öz tarixi, yaratdıqları və qələbələri ilə tanınır. Böyük dövlət qurmuş bu kişini başımız üzərində saxlamalıyıq. Onun adına nəinki medal, başqa mükafatlar da olmalıdır. Belə məsələləri bir daha bəyan edirəm ki, sərt şəkildə qınayıram.

 

Gələcəyə baxmalıyıq. Üzərimizə düşən problemlərin həlli yollarını axtarmalıyıq. Şah İsmayılın üzərinə gedənlər Dağlıq Qarabağın geri alınması istiqamətində təkliflərlə çıxış etməli, cəmiyyəti səfərbər etməlidirlər. Bu cür davranışların doğru olmadığı göz önündədir. Biz öz qəhrəmanlarımıza, dövlət qurucularımıza sahib çıxmadıqca, iş o yerə çatır ki, Çinin Şan dağında 300 türk piramidasının üzərinə torpaq töküb meşələr salıblar. Orada Oğuz Xaqanın heykəli var. Bir türk tarixi orada yatır. Mumiyalar da var. Hələ birinci mərtəbəyə düşməyə imkan vermirlər. Dünyanın ən hündür piramidaları olan türk piramidaları o dağlarda yatır. Çin sərhədindən tutmuş Macarıstanın sonuna qədər bir türk imperiyası qurmuş türklər haqqında beləmi danışmaq olar? Şah İsmayıl Xətai türk tarixini, ənənəsini, İslam-türk davranışlarını ortaya qoyub. Yanlışmı edib? Avropa İttifaqını xristian ənənələri ilə qurublar. Amma Şah İsmayıl türk fəlsəfəsi və İslam ənənələri ilə dövləti qurdu. İndi biz bu ideologiyanı müdafiə etməyək? Gözüqırpıq çinlilər qeyd etdiyim kimi, görün nələr edirlər. Tariximizi məhv etməməliyik. Tarix bizi elə günə qoyar ki, biz tarixə çevriləndə qəbirlərimizi nəinki axtarmazlar, axtararlar ki, dağıtsınlar. Bunları nəzərə almaq lazımdır".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QHT LAYİHƏYƏ START VERDİ

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Jurnalistin qardaşının evi yenə qarət edildi

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

"Bu gün sizlərin yarıtmaz siyasəti xalqı hər gün yeni qəzalar keçirməyə vadar edir"

23 avqust - Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu gündür

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi