"Nəticələr onu göstərir ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir"

15:11 02-08-2019 | icon 33 | Siyasət
 "Nəticələr onu göstərir ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir"

Azərbaycanda 2019-cu ilin birinci yarısının sosial-iqtisadi göstəriciləri olduqca müsbətdir.

 

Versus.Az trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, bu ilin altı ayında ölkə iqtisadiyyatı 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz artıb:

 

"Qeyri-neft sənayesində artım göstəricisi 15,7 faizdir. Bu rəqəmlər iqtisadi inkişaf strategiyasının son altı ayda da uğurla icra edildiyini, səmərəli nəticələr əldə olunduğunu göstərir. Xüsusilə də, qeyri-neft sektorunda artım tempinin davam etməsi təqdirəlayiq haldır".

Deputatın sözlərinə görə, əldə olunan bütün nəticələr onu göstərir ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir: "Bununla yanaşı, biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb. Azərbaycanın valyuta ehtiyatları 49 milyard dollara çatıb, xarici borcu 4 faiz aşağı düşüb".

2019-cu ildə Azərbaycanda həyata keçirilən sosial layihələr haqqında danışan S.Qafarova vurğulayıb ki, sosial sahə daim Azərbaycan dövlətinin siyasətində prioritet itsiqamətlərdən biri olub:

"Bu ilin əvvəlində Prezident İlham Əliyev tərəfindən çox böyük bir sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər 4 milyondan çox vətəndaşımızı əhatə edir. Ümumilikdə bu il cənab Prezident tərəfindən təsdiqlənən iki sosial paketin ümumi dəyəri cari il üçün 2,3 milyard, növbəti il üçün 3 milyard manatdır.

Minimum əməkhaqqının təxminən 2 dəfə, məcburi köçkünlərə verilən müavinətlərin isə 50 faiz qaldırılması, eləcə də minimum pensiyanın 116 manatdan 200 manata çatdırılması, ilin əvvəlindən 60 min yeni iş yerinin açılması və digər müsbət reallıqlar məqsədyönlü sosial siyasətin uğurla davam etdirilməsindən xəbər verir. Əlbəttə ki, bu addımlar çox əhəmiyyətlidir və buna böyük maliyyə vəsaiti lazımdır. Azərbaycanın iqtisadi inkişafı bu tədbirlərin lazımi qaydada həyata keçirilməsinə imkan verir. Hər bir Azərbaycan vətəndaşı iqtisadi inkişafın müsbət təsirlərini öz həyatında hiss edir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

MÜBARİZ MƏNSİMOVUN SUÇU

 

 

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Azərbaycanın hərbi qulluqçuları Moskvada mükafatlandırılıb

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Ermənistanın Qazax təxribatına Sərhəd Xidmətindən sarsıdıcı cavab

Erməni qadınlar azərbaycanlı gəncə hücum etdi