MDHP sədrindən Sərdar Cəlaloğluna sərt cavab...  İTTİHAMLAR BÖYÜDÜ

14:18 03-08-2019 | icon 180 | Siyasət
MDHP sədrindən Sərdar Cəlaloğluna sərt cavab...  İTTİHAMLAR BÖYÜDÜ

 

Milli Dirçəliş Hərəkatı Partiyası ölkədə fəaliyyət göstərən bütün milli demokratik qüvvələrlə əməkdaşlığa maraqlı olan bir təşkilatdır. Biz ölkənin inkişafı naminə ciddi platformalar üzərində işin əməkdaşlıq şəraitində qurulmasını daha məqbul hesab edir.

 

 
Versus.Az xəbər verir ki,
bu barədə  Milli Dirçəliş Hərəkatı Partiyasından ADP sədri Sərdar Cəlaloğlunun Müsavat.com-un canlı yayımında millət vəkili Fərəc Quliyev haqqında dediyi fikirlərlə bağlı açıqlamasında bildirilib.
 
 
 
 
 
 
 

Partiyadan Versus.Az-a göndərilən m
əlumatda bildirilib: "Azərbaycan Demokrat Partiyası da verdiyi bəyanatlarda bu mövqedə olduğunu bəyan etsə də, hakimiyyət iddiasında olan ADP sədri Sərdar Cəlaloğlunun Müsavat.com-un canlı yayımında Milli Azadlıq Hərəkatının liderlərindən biri, siqnator deputat, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev haqqında heç bir əsası olmayan və sübut edə bilməyəcəyi dedi-qodu səviyyəsində yalan ifadələr işlətməsi bizdə olduqca təəssüf doğurdu. F.Quliyevə yaxşı münasibətinin olduğunu bildirsə də, siyasi rəqabətdən çəkinərək, siyasi rəqibi gözdən salmaq üçün həmin proqramda o, F.Quliyevə qarşı cəfəng iddialarla çıxış etmişdir. S.Cəlaloğlunun həmin proqramda MDHP sədri haqqındakı həmin iddaların hər birini ayrı ayrılıqda təkzib edərək, açıqlama veririk və ADP sədrindən dediklərini sübut etməyi tələb edirik".
 
 
 
 
 

Açıqlamada qeyd olunub ki, həmin müsahibədə S.Cəlaloğlu iddia edir ki, Avropa Şurası F.Quliyevi siyasi məhbus siyahısına salmışdı və o həbsdən çıxandan sonra bəyanat verib ki, mən siyasi məhbus deyiləm, cinayətkaram, Avropa Şurası nahaq yerə məni siyasi məhbus siyahısına daxil edib.
 
 
"Əvvəla, F.Quliyev Avropa Şurası tərəfindən siyasi məhbus kimi və başqalarından fərqli olaraq vicdan məhbusu kimi qeydiyyata alınıb və yeganə şəxsdir ki, azad olunması tələbi ilə həmin dövrdə bir milyondan çox imza toplanmışdı. Məhbəsdən çıxandan sonra isə onun S.Cəlaloğlunun iddia etdiyi kimi bir bəyanatı olubsa, buyurub təqdim etsin.
 

Eyni zamanda ADP sədri iddia edir ki, güya F.Quliyevin həbsdən çıxandan sonra dönəmin prezidenti Heydər Əliyevlə 6 saatlıq görüşü olub.
Onu qeyd edək ki, MDHP və onun lideri həm müxalifət həm də hökümətlə dialoq tərəfdarıdır, o cümlədən ölkə başçısı ilə. Bu baxımdan biz ölkə başçısı ilə görüşməkdə heç bir qəbahət görmürük. Lakin, F.Quliyevin həbsadən çıxandan sonra dönəmin prezidenti ilə görüşməsi ilə bağlı ADP sədrinin iddiasına gəldikdə isə, bildiririk ki, F.Quliyev həbsdən çıxdıqdan sonra prezident səhəti ilə bağlı ölkədə olmayıb və onunla heç bir görüşün olması mümkün deyildi. Əgər prezidentlə hər hansı bir görüş olsaydı, biz onu gizlətməz, görüşün detalları barədə cəmiyyətə açıqlama verərdik. Biz bu gün də hökümətlə dialoqların aparılması tərəfindəyik. Amma hər halda, S.Cəlaloğlunun dediyi kimi “Prezident Admistrasiyasının süpürgəçisi ilə görüşməyə” cəhd etmərik. S.Cəlaloğlu özü demişdi ki, mən Prezident Admistrasiyasının süpürgəçisi ilə görüşməyə hazıram, amma mənlə görşən yoxdu.
Onu da xatırladaq ki, S.Cəlaloğlunun qardaşı da bir neçə il əvvəl “açıqlama” vermişdi ki, F.Quliyev məhbəsdən çıxandan sonra gedib H.Əliyevin məzarını ziyarət edib. Hərçəndi dünyasını dəyişmiş adamın məzarını ziyarət etməkdə də bir qəbahət yoxdur, amma xatırladaq ki, F.Quliyev həbsdən çıxanda H.Əliyev sağ idi və prezident kimi onun sərəncamı ilə azad edilib.
 

Açıqlamada vurğulanır ki, F.Quliyevə hörmətlərinin olduğunu deyən bu qardaşlar göründüyü kimi, çəfəng iddilarla qərəzlərini gizlədə bilmirlər.
 
"ADP sədri F.Quliyevi dövlət çevrilişinə cəhddə ittiham edir, Rövşən Cavadov və Sürət Hüseynovla bir komandada dövlət çevrilişçisi kimi təqdim edir.
Bütün ictimaiyyət bilir ki, F.Quliyev məşhur 9 fevral 1993-cü il tarixli bəyanatı ilə dövlət çevrilişi cəhdinə qarşı çıxış etmiş və ondan sonra da S.Cəlaloğlu tərəfindən adı çəkilən çevrilişçilərə qarşı mübarizə aparmışdır.
S.Cəlaloğlunun bu absurd iddiası isə ümumiyyətlə anlaşılan deyil. F.Quliyev Əbülfəz Elçibəyə ən yaxın şəxslərdən biri və onun birinci müavini idi. F.Quliyev həbs olunana qədər isə Ə.Elçibəylə birlikdə olmuşdur. Ona görə də F.Quliyevin dövlət çevrilişi etməsi iddiası olduqca absurd və gülünc doğuran bir ifadədir.
O, ardınca isə iddia edir ki, F.Quliyev tankla Naxçıvanda Daxili İşlər Nazirliyini sonra da televiziyanı tutub.
Bu çəfəngiyyata gəlincə isə, bildiririk ki, F.Quliyev Naxçıvanda DİN-ə nəinki tankla, heç piyada da daxil olmayıb. Belə bir epizod hec məhkəmə araşdırmalarında da yoxdur. Bu S.Cəlaloğlunun yeni “kəşfidir”. Səyavuş Mustafayev Naxçıvan Daxili İşlər naziri təyin olunanda F.Quliyevlə Asəf Quliyevin bununla bağlı yerli idarəçilərlə mərkəzi idarəçilər arasındakı anlaşılmazlığı aradan qaldırmaq üçün Naxçıvan Televiziyasında çıxışları olub. O çıxışı indiyə qədər təəssüf ki, heç vaxt vermirlər, S.Cəlaloğlu buyurub onu ortaya çıxara bilər ki, F.Quliyevin o vaxtkı mövqeyi bir daha bəyan olunsun və biz bundan çox məmnun olarıq.
Əlavə olaraq bildirək ki, ADP sədri həmin müsahibəsində özü haqqında onu da iddia edir ki, Ə.Elçibəy ona vəzifə təklif edib və o bundan imtina edib".
 

Açıqlamada bildirilir ki, F.Quliyevin və MDHP-də təmsil olunan dönəmin məmurları adından bildiririk ki, S.Cəlaloğlunun bu ifadəsi də həqiqəti əks etdirmir.
 
 
"O, həmin dövrdə olduqca yüksək postlara iddialı olduğu üçün sadəcə məqbul hesab edilmədiyindən iddiası təmin olunmayıb və ona heç bir vəzifə təklıif edilməyib. Onun sonrakı özünütəkzibi də bunu sübut edir. Həmin müsahibədə S.Cəlaloğlu deyir ki, təkcə İlham Əliyevin dönəmində mənə vəzifə təklif olunmayıb, lakin bir neçə dəqiqə sonra bunun əksini deyərək ona yaxın aylasrda yüksək vəzifənin təklif olunduğunu iddia edir. Göründüyü qədər S.Cəlaloğlu özünəvurğunluq xəstəliyindən öz yalanlarına inanmağa başlayıb. Ona məsləhət görürük ki, bu yalanlarına cəmiyyəti inandırmasın.
Sonda tanış olmanız üçün S.Cəlaloğlunun Musavat.com-a müsahibəsində F.Quliyev haqqında səsləndirdiyi fikirlərin vidosunu təqdim edirik və bir daha S.Cəlaloğludan bu cəfəng iddialarını sübut etməyi tələb edirik. Zatən sübut edə bilməyəcəyi üçün, ona qərəzli ifadələr işlətməməyi tövsüyyə edirik".
 


 
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

Bu dövlət qurumlarında çalışan işçilərin də maaşları artırıldı

MÜBARİZ MƏNSİMOVUN SUÇU

 

 

Fuad Əliyev Əhməd Orucun yalanını üzə çıxardı

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

Bu sürücülərə çağırış edildi

Baş redaktor Prezidentə açıq məktubla müraciət etdi

Restoran və kafelərdə siqaret çəkənlərə ağlasığmaz CƏRİMƏ

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb

5 addımda arıqlama

AXH Qurultaya hazırlaşır

Birinci vitse-prezident Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunub

Ermənilər mövqelərimizi atəşə tutdu

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

Saçların sürətlə uzanmasına təsir edən maska