Komandirin özündən sonra.. "713-ü" yaşadan xatirələr

23:39 04-08-2019 | icon 253 | Qarabağ
Komandirin özündən sonra.. "713-ü" yaşadan xatirələr

Xəbər verdiyimiz kimi, keçmiş döyüşçülərin - qazilərin Şəhidlər Xiyabanını ziyarətləri gözəl bir ənənə kimi davam edir. Qazilər üçün Şəhidlər Xiyabanı bir and yeridir. Onlar bu məkanda keçmiş döyüş yollarını şərəf hissi ilə yada salır, Şəhid düşmüş döyüş yoldaşlarının xatirəsini anırlar. 

Avqustun 4-də LAÇIN-AĞDƏRƏ uğrunda gedən döyüşlərdə iştirak edən, erməni işğalçılarına qarşı igidliklə  vuruşan 713-cü batalyonun 20-yə yaxın döyüşçüsü Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

Qazilər deyirlər ki, 713-cü batalyon olaraq Şəhid düşmüş dostlarının doğum və ölüm tarixləri barədə xüsusi qeydlər aparıblar. Hər dəfə şəhidlərin yaşadıqları rayonlara gedir, ailələrinə, qəbirlərinə baş çəkir, eləcə də  Şəhidlər Xiyabanına gəlirlər. 

 

Bu dəfə qazilərimiz şəhid Məmməd Əhmədovun məzarını ziyarət edib, haqqında hazırlanan filmlə bağlı çəkilişlər aparıblar.  

Bu barədə Versus.Az-a danışan qazi Müşfiq Rəhimov bildirib ki, bugünkü ziyarətlərində Şəhidlər Xiyabanında qarşılaşdıqları təsadüfü bir görüş, onların yaddaşlarına böyük bir sevinc, fəxarət hissi ilə həkk olub. Çünki qazilər Şəhidlər Xiyabanında komandirləri, mayor Süleyman Əhmədovun həyat yoldaşı Gülüstan xanımla qarşılaşıblar.  Qazi bildirir ki, Gülüstan xanım, qazilərin Şəhidlər Xiyabanına gələcəkləri barədə sosial şəbəkədə yaydıqları xəbərlərdən öyrənib və o da Komandirin əsgərləri ilə görüşmək üçün Şəhidlər xiyabanına gəlib.

 

Laçın, Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşən qazilər hər zaman böyük  ehtiram və sevgi ilə yada sadıqları komandirlərinin adını daşıyan nəvəsini, oğlunu və həyat yoldaşı Gülüstan xanımı böyük doğmalıqla qarşılayıblar.  Onlar komandirlərini anıb, məzarları üzərinə qərənfil düzüblər. 

Qazi Müşfiq Rəhimov deyir ki, onlar ŞƏHİD qardaşlarını hər zaman böyük fəxr hissi ilə  yada salırlar. Lakin  uğrunda canlarını verdikləri torpaq, hələ də erməni əsirliyində olduğu üçün içlərində bir təəssüf hissi var

Qazilər bu utanc hissi ilə yaşamaq istəmir və hər dəfə Şəhidlər Xiyabanına gedəndə məzarlarda uyuyan şəhid qardaşlarına - "Biz torpaqlarımızı işğaldan azad edəcəyik", "biz sizin qanınızı yerdə qoymayacağıq!"- deyə bir söz verirlər

 

Qazilərin bu gün Şəhidlər Xiyabanında komandir Əhmədovun həyat yoldaşı ilə qarşılaşmaları isə sanki onlarda bir yenidən nizamlanma komandası - təəssüratı hissini yaradıb. Keçmiş döyüşçülər sanki öz komandirləri İLƏ GÖRÜŞÜRLƏRMİŞ KİMİ, duyğular yaşayıblar. 

 

Gülüstan xanım qazilərə komandir Süleyman Əhmədovun tabeliyində olan əsgərlərə necə böyük sevgi ilə yanaşmasından danışıb və hər zaman döyüşçülərlə bağlı narahatləq hissi keçirdiyini deyib.  Döyüşçülər onlara komandirlərini xatırladan Gülüstan xanımın əllərindən öpüb, ehtiramlarını bildiriblər. 

 

"Bizi heyrətləndirən o idi ki, Gülüstan xanım komanda heyətində döyüşən, şəhid olan hər birimizi tanıyır və xatırlayırdı. Çünki özünün də dediyi kimi konandir həmişə ona bizdən danışarmış. Yaxud da, öz komandir kitabçasına döyüşlərdə keçilən yoldan, silahdan, qarşılaşdığımız ağır,  pis, yaxşı məqamlar barədə qeydlər aparır,  şəhidlər, əsgərlər haqqında ya yazıb, ya da danışarmış". 

Qazi bildirib ki, komandirin həyat yoldaşı Gülüstan xanım komanda heyəti ilə bu görüşdən sonra belə qərara gəliblər ki, bu gündən sonra o da qazilərin - 713-cü batalyonun bütün toplantılarında iştirak etsin. 

"Biz Gülüstan xanımı sanki komandirimiz sağdır kimi qəbul elədik. Şəhidlərin hər birinin ziyarəti gözəldir. Lakin komandir Süleyman Əhmədovun ailə üzvləri ilə Şəhidlər Xiyabanında baş tutan görüş bizdə böyük ruh yüksəkliyi yaratdı"- deyə, qazi Müşfiq Rəhimov bildirib.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

MÜBARİZ MƏNSİMOVUN SUÇU

 

 

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Azərbaycanın hərbi qulluqçuları Moskvada mükafatlandırılıb

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Ermənistanın Qazax təxribatına Sərhəd Xidmətindən sarsıdıcı cavab

Erməni qadınlar azərbaycanlı gəncə hücum etdi