Qadın enerjisi və cazibəsinin əsas açarı HAQQINDA BİLMƏDİKLƏRİMİZ

17:27 05-08-2019 | icon 54 | Maraqlı
Qadın enerjisi və cazibəsinin əsas açarı HAQQINDA BİLMƏDİKLƏRİMİZ
Yəqin ki, diqqət hardadırsa, enerji də ordadır sözləri ilə tanışsınız. Görünür, bu, bizim dünyamızın əsas qüdrətidir və şərqdə diqqəti idarə etmək üçün bir çox təlimlər əbəs yerə düşünlməyib. Bəs bu, nə deməkdir?
 

Versus.Az beləliklə, xarici mətbuata istinadən oxucularımızı energetika haqqında maraqlı faktlarla tanış edir.

Diqqətimizi hara yönəldiriksə, həyat enerjisini də ora ötürürük. Bu da öz növbəsində bizim həyat reallığımızı yaradır.

İndi həyatınıza bu nöqteyi-nəzərdən baxın.

TV seyr etdiyiniz zaman, diqqətiniz və buna müvafiq olaraq enerjiniz hara axır?

Siyasətçi və ya hər hansı qonşunu müzakirə edərkən, diqqətiniz və buna müvafiq olaraq enerjiniz hara gedir?

Sizi tərk edən insanı düşünəndə, diqqətiniz və ona müvafiq enerji hara gedir?

Bununla siz haqqında düşündüyünüz və bütün diqqətinizi yönəltdiyiniz insanı öz həyat enerjinizlə qidalandırırsınız. Sizi tərk edən insanı düşünməyə davam etməklə həyatınızda nə baş verəcək?

Bütün enerjini ona göndərmisiniz, belə olan halda siz digər kişilər üçün maraqlı və cəlbedici ola biləcəksiniz?

Bütün enerjisini ona diqqət və qayğı göstərməyən kişiyə yönəldən qadınla nə baş verir?

Bütün enerjini daim televizor və internetə xərcləsəniz, həyatınızda nə baş verəcək?

Belə olan halda digər kişilərin diqqətini çəkmək üçün kifayət qədər enerjiniz qalacaqmı? Enerjisi tükənmiş qadın həyatına başqasını cəlb edə və özünü sevdirə bilərmi?

 

Milli.Az gencaile.az-a istinadən bildirir ki, bu baxımdan həyatınızı yenidən düşünməyə və onu nəzərdən keçirməyə dəyər. Odur ki, bütün diqqətinizi siyasətçilərə, qonşulara, yadlara və sizi tərk edən kişilərə yox, daha dəyərli detallara və insanlara yönəldin. Enerjinizi heç bir faydası olmayan mərkəzlərə xərcləməyin. Yadda saxlayın ki, enerjini düşüncəsiz olaraq sağa-sola paylayırıqsa, onu bütün doldurmaq cəhdlərimiz puç olacaq.

Qadın üçün enerji balansını bərpa etməyə yönələn təlimləri həyata keçirməklə bərabər, öz enerjisini boş yerə xərcləməməyi öyrənmək vacibdir. Enerjini ora-bura yaymaq yox, onu həyatı yaxşılaşdırmağa yönəltmək və bu məqsədlə istifadə etmək lazımdır.

Diqqət enerjisinin özünüzə yönəlməsinə icazə verin. Unutmayan ki, kişilərin diqqətini həmişə parlayan, şən, şux və gözəl qadınlar çəkir. Niyə kişilər üçün həmişə baxımlı qadınlar daha cazibədardır? Çünki baxımlı qadın öz ədaları ilə bildirir ki, o, özünə dəyər verir, özünə vaxt ayırır və həyat enerjisini kənarda xərcləmir.

Qədim dövrdə gözəllər bilirdi ki, bu, qaydadır və özünə az vaxt ayırmırdı. Bu üsulla qadın hər səhər səmadan, güllərdən zövq alırdı. Beləliklə, onun həyat enerjisi hər gün daha da artırdı. Başlıcası, diqqət enerjisi onun ruhunu doldururdu, onu kişilər üçün sadəcə zahirən deyil, həm də daxilən daha cəlbedici edirdi.

Digər vacib məqam "burda və indi" olmağı öyrənməkdir. Nə isə haqqında düşünərkən hansı zamanda olursunuz? İndi? Gələcək? Keçmiş?

Ya keçmiş, ya da gələcək. Müvafiq olaraq enerjini hara göndərirsiniz? Gələcəyə, yoxsa keçmişə? Bu enerjini "burda və indi" istifadə edə bilirsiniz?

Daim keçmiş və ya gələcək haqqında düşündüyünüz halda kişiləri burda və indi özünüzə cəlb edə bilərsinizmi? Yaxud da gələcəkdə ona nə vaxtsa göndərdiyiniz enerjini istifadə edə bilirsinizmi?

Burda və indi olmağı bacarmaq - indi ilə yaşamaq qadın cazibəsinin əsas açarıdır. Bu açar olmadan, diqqətinizi idarə etməyi öyrənmədən bu dünyada heç nə xeyrinizə işləməyəcək. Bütün, xüsusilə qadın təlimləri buna istiqamətlənib. Bütün ənənələrdə diqqəti idarə etmək üçün çoxsaylı təlimlər var.

Konsentrasiya və dekonsentrasiya, vizuallaşdırma və sensualizasiya meditasiyalarının bu və başqa növləri hamısı eyni məqsədə xidmət edir - diqqətin mütəlif formalarda idarə edilməsinə.

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QHT LAYİHƏYƏ START VERDİ

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Jurnalistin qardaşının evi yenə qarət edildi

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

"Bu gün sizlərin yarıtmaz siyasəti xalqı hər gün yeni qəzalar keçirməyə vadar edir"

23 avqust - Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu gündür

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi