"Bu, Ermənistan rəhbərliyinin növbəti təxribatıdır"

11:11 06-08-2019 | icon 28 | Siyasət
"Bu, Ermənistan rəhbərliyinin növbəti təxribatıdır"

Ermənistanın avqust aynın 6-da işğal altında qalan əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağda ümumerməni yay oyunlarının keçirilməsi ideyası Ermənistan rəhbərliyi tərəfindən növbəti təxribatdır.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rauf Əliyev deyib.

 

Deputatın sözlərinə görə, son illərdə Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunan 2012-ci il Avroviziya Mahnı Müsabiqəsi, "Formula 1" Bakı Qran Pirisi, I Avropa Oyunları, IV İslam Həmrəylik Oyunları, bu yaxınlarda 48 ölkəni təmsil edən 3900-dən çox idmançı və texniki heyyətin iştirakı ilə Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsi Azərbaycanın durmadan artan gücündən və beynəlxalq nüfuzundan xəbər verir:

"Ermənistan rəhbərliyi Azərbaycanın bu uğurları qarşısında nə edəcəyini bilmir. Onların gücü ancaq müxtəlif təxribatlar törətməklə işğalçılıq siysətlərinin ömrünü uzatmaq istəyirlər. Bunun üçün isə hər cür vasitələrə əl atırlar. İnformasiya vasitələrinin verdiyi məlumatlara görə, Ermənistana qonşu olan Türkiyə, İran və Gürcüstan idmançıları bu oyunlarda iştirak etməyəcək. Bu isə Azərbaycanın həm regionda, həm də dünyada yüksək nüfuza sahib olduğundan xəbər verir. Bu ölkə idmançılarının oyunlarda iştirakdan imtina etməsi Ermənistan rəhbərliyinin onsuz da aşağı olan nüfuzuna yeni bir zərbədir"

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

QHT LAYİHƏYƏ START VERDİ

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Jurnalistin qardaşının evi yenə qarət edildi

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

23 avqust - Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu gündür