BİZİ ÖLDÜRMƏYİN!!!

09:28 29-03-2018 | icon 244 | Köşə
BİZİ ÖLDÜRMƏYİN!!!

BİZ QƏLƏBƏ HƏSRƏTİNDƏYİK!

 

İGİD TEYMURLU

 

Azadlıqdan danışırıq, AZADLIQ potensial vətən fədailəri olan soydaşlarımıza, problemlərin çəngində inləyən kimsəsizlərə, imkansızlıqdan boynu bükük qalan xəstələrə, bankların diktəsiylə içini, içalatını satmağa məcbur edilən kreditor fərdlərə sahib çıxmağımızdan keçir. Dövlət vətəndaşına sahib çıxanda həm də var olmaq haqqını  qazanır. Milyonluq layihələrin fonunda məmur özbaşınalığı ucbatından milləti cana doyuran problemlər, dünyanı ayağa qaldıran AUTİZM SİNDROMUna olan laqeydlik ölüm, bu kateqoriyadan olan uşaqlarımızın, insanımızın məmur qayğısı ilə, vətəndaş sevgisilə ömür sürməsisə dövlətçiliyimizə münasibətdə qələbə kodudur. Xanımlar və bəylər, Bizi öldürməyə çalışmayın, biz QƏLƏBƏ həsrətindəyik!..

 

Bu gün “xalqın xidmətçisi olan məmurlar”ın, idarə və şirkət rəhbərlərinin, bankir donlu qəssabların  yuxarı vəzifəli şəxslər qarşısında eyforik davranışlarısa heç də sözün və siyasətin sehri deyil, sadəcə olaraq, onların qismində olan mənəvi eybəcərliyin görüntüsüdür. Özünü “xalqın xıdmətçisi” kimi aparmayanların davranışlarının kökündə xalqa kölə, qul kimi baxmaları dayanır, “o kadar”!

 

Ölkənin əsas bankir qəssablarından biri olan Cahangir Hacıyev o açıqlamada haqlı idi ki, dəyəri milyonlarla ölçülən kağızüstü layihələr ölkəni devalvasiya adlı çıxılmaz labirintə soxdu. Və bu layihələr iqtisadiyyatımızı, sənayemizi, təhsilimizi, səhiyyəmizi, ümumilikdə bütün sahələri əhatə etməkdədir. “Pilot layihələr” adı altında sovrulan pullara görə cavbdehlik daşıyan rəsmilər ya xalqı devalvasiya girdabına saldıqlarına görə cavab verməli, ya da, dövlətə, millətə dəyən ziyan onların hesabına ödənilməlidir.

 

Həmin layihələrlə birbaşa dövlət başçısını aldadan məmurlar ayıb nə olduğunu belə anlamırlar. Bu gün dünyanın əsas problemlərindən birinə çevrilən AUTİZM VƏ DAUN SİNDROMU özünün yayılma arealına görə nə yazıq ki, Azərbaycanı da çənginə alıb. Və Azərbaycan çox heyiflər olsun ki, dünya üzrə bu sahədə üçüncü yerdə qərarlaşıb. “Azərbaycanda hər 55 uşaqdan birinin autizm sindromu altında doğulması” deyəsən “boynuyoğun qağalar”ın heç vecinə də deyil. SƏHİYYƏ və TƏHSİL NAZİRLİYİ, SOSİAL TƏMİNAT NAZİRLİYİ, YERLİ İCRA STRUKTURLARI ona sanki bir bəla kimi bəxş olunan balasının dərdləriylə baş-başa qalan ata-anaların ürək ağrıdan durumlarıyla oynayırlar. Autizm və daun sindromlu uşaqlar üçün dövlətin etməyə borclu olduğu vəzifələrin valideynin balasının yaşamı naminə min bir zillət hesabına cüzi bir hissəsini ödəməsi yetərli deyil. Və elə bununla da vəzifəsininin öhdəsindən gələ bilməyən, ya da vəzifəsindən sui-istifadə edən məmur özbaşınalığı vətəndaşda öz dövlətinə qarşı nifrət hissi formalaşdırır... Deyilənlərə istinad etsək, bu gün inklüziv təhsillə bağlı “pilot layihə” həyata keçirilir, amma faktiki olaraq ortalıqda heç nə yoxdur. BAXIN:

 

HƏMİN məktəblərə bununla bağlı heç bir mütəxəssis dəvət olunmayıb!

HƏMİN uşaqların məktəbə gəliş-gedişiylə bağlı heç bir tədbir görülməyib!

HƏMİN problemlə bağlı təhsi, səhiyyə və nəqliyyat strukturu arasında heç bir anlaşma əldə olunmayıb!

HƏMİN məktəblər bununla bağlı heç bir köməkçi ləvazimatla təchiz olunmayıb!

HƏMİN məktəblərdə AUTİZMLİ UŞAQLARın həm də ölkə vətəndaşı olaraq Konstitusion hüquqları nəzərə alınmayıb!..

 

Bütün bunlar onu göstərir ki, Azərbaycanda AUTİZM SİNDROMLU UŞAQLAR və onların valideyinləri məmur diqqətsizliyinin qurbanlığına çevriliblər.  Belə problemli uşaqların reabilitasiyaları üçün birbaşa cavabdeh olan Səhiyyə və Təhsil Nazirliyi, Sosial Təminat Nazirliyi, yerli icra strukturlarının başçılarının məsələyə yanaşmada laqeydlikləri, dövləti maraqlarla uyuşmayan fəaliyyətsizlikləri cəmiyyət daxilində müəyyən mənada sosial narazılığı stimullaşdıran məqamlardandır. Bütün dövləti maraqların başında bu torpağa, bu yurda sahib çıxacaq insan faktoru dayanırsa, onda autizm və digər sindromlardan, xəstəliklərdən əziyyət çəkən insanın probleminə laqeyd yanaşmaq elə birbaşa dövlətçiliyimizə qarşı müxalifətdə olmaq deməkdir. Cənab məmurlar, vətəndaşı yanlış müxalifətçiliyə sürükləməyin!..

 

Azərbaycan müstəqilliyini əldə edən andan ta bu günədək fərd olaraq yaşadığım inzibati ərazi vahidlərində bir millət vəkilinin seçici olaraq yanımda olduğunu görməmişəm. Bu gün də elədir. Indi prezidentliyə namizəd olan FƏRƏC QULİYEV adlı millət vəkilini mən aktiv seçici olaraq 5 ildir evimə qonaqlığa çağırıram ki, gəlib bizimlə gücümüzün çatdığı soğansudan yeyib, palçıqlı yollarımızı adlamaq üçün 46 “razmer” çəkməylə olmayan “astanovkamız”da yağışın, qarın altında 30-40 dəqiqə avtobus gözləsin. Ağzına qədər tıxanmış o avtobus gələndə də “tələsirəm” deyən şofer vızqırdıb keçəndən sonra Fərəc bəylə autizm sindromlu uşaqla yol gözləyən ana da məlul-məlul əbu-əcdadı söyüləsi sürücünün dalınca baxalar və uşağın çığırtısı da düzü-dünyanı götürə başına!..

 

Və mən də böyürdən çıxıb deyəm: həə, Fərəc bəy, bəs deyirsiniz ki, “bir özgədir keyfiyyəti-Qarabağ” – yəni ki, məmləkətimiz!?

 

Və yenə də böyürdən çıxıb deyəm: həə, Fərəc bəy, bəs deyirsiniz ki, sosial-iqtisadi inkişafla bağlı qəbul edilən qanunlarla Bakı və Bakıətrafı kəndlər abadlaşır!?

 

Və ələ düşən fürsəti yenə də fövtə vermədən elə həmin böyürdən çıxıb deyəm: həə, Fərəc bəy, bəs deyirlər ki, hansısa layihələr belədən gəlib belədən gedir!?..

 

Elə həmin layihələrdən biri Azərsunun QORXMAZ prezidentinin işə laqeyd münasibəti nəticəsində arada məhv olub getdi. Pulunu da indi kreditorların boğazından dartıb çıxarırlar. Qorxmazın lütfü sayəsində verilən əmək haqları, pensiyalar da  hər 20 gündən bir çirkab sularını 25 manata çəkmək şərtilə  ....x maşınlarının sahiblərinə yönəldilir. Və həmin ......x da elə milyonluq layihələr əsasında təmizlənmiş ərazilərə boşaldılır...

 

HƏƏ, ÇOX HÖRMƏTLİ PREZİDENTLİYƏ NAMİZƏD, DEPUTAT FƏRƏC BƏY QULİYEV, bütün bunları yaşasaq da, biz usanmamışıq və yenə də öz dövlətçiliyimizlə fəxr edirik. Yenə də siz Fərəc bəy Quliyevi mən Teymurlu İgid öz evimə soğansu qonaqlığına dəvət edirəm. Lütfən buyurun gəlin!...

 

BAŞQA BİR MƏQAM: Biz bir dövlət olaraq beynəlxalq birliyin tam müstəqil cubyektiyiksə və həmin birliklərin tərəfdaş olduqları kommunikelərin  tərəfdaşıyıqsa, onda cənab məmurlar, millət vəkilləri və başkəsən qəssab bankirlər imkan verin biz də o kəslər kimi yaşayaq. Əks təqdirdə bu birliklərə üzv olub boğazımızdan kəsilən pulların onlara “üzvlük haqqı” kimi ödənilməsinə nə hacət? Taleyimiz göydən beləcə gəlib deyə yaşayaq öz qanunlarımızla...

 

Ümumiyyətlə məmurlar yerlərdə sosial-iqtisadi inkişafımızla bağlı “görülən işlər”dən danışanda adamın gözü önünə dəlilərin quru təzəyi divara yapışdırma səhnələri gəlir. ANCAQ bir məqamı da vurğulamaq yerinə düşər ki, bəzən ehtiyac daxili  qəzəbi partlayış həddinə yaxınlaşdıranda əlacsız insan quru təzəkləri belə toplamaq üçün nəyə desən gedir... Məmur laqeydliyi və bu laqeydliyin ərsəyə gətirdiyi situasiya  apaydın bir şəkildə sübut edir ki, cəmiyyətimiz AUTİZM  ADLI SİNDROMUN DAŞIYICISI QİSMİNDƏ ömür sürməkdədir.  Autistlər kimi hər təbəqənin öz dünyaları  və öz həqiqətləri  var. Və heç kim heç kimin dərdinə sahib çıxmaq istəmir...

 

Azərbaycandakı situasiyadan tam fərqli olaraq Avropadasa bütün layihələr öz gerçək həllini tapır və problemlər də anındaca öz həllini tapmış olur. Yaxud, elə həmin autistlərə birbaşa dövlət səviyyəsində hər cür şərait yaradılır, onların və valideyinlərinin,, bu uşaqlarla məşğul olan personalların bütün xərclərini dövlət ödəyir. Bu sindromun daşıyıcıları olan uşaqların tam şəkildə sosiallaşmaları , ictimai mühitə  adaptasiya olunmaları üçün  dövlətin, cəmiyyətin bütün institutları əlbir və məqsədli şəkildə birgə fəaliyyət sərgiləyirlər. Nə yazıq ki, hələ ki, Azərbaycanda autizm və daun sindromuna münasibətdə dövlət strukturlarının koordinasiya olunmuş fəaliyyətləri yoxdur. İstər autizm, istərsə də digər problemlər, həmçinin sosial yönümlü məsələlərin həllində görünən budur ki, məmurlar və bankirlər, digər səlahiyyətlilər vətəndaşa düşməndən betər münasibət bəsləməkdədir...

 

Bilib demədiklərimizi deməliyik ki, cəmiyyətimiz içindən saflaşsın, problemlərimizə münasibətdə özlərini məsum göstərənlərin  fərdi keyfiyyətləri də cəmiyyətə bəlli olsun. Axı biz bütün qazancların fövqündə duran AZADLIQ eşqindən danışırıq. Azadlıq Eşqindən danışırıq ki, hər addımda qarşıya çıxan haqsızlıqlar, qulaq ardına vurulan şikayətlər, yerində sayan göstərişlər cəmiyyəti çıxılmazlıq girdabına salan səriştəsiz məmur davranışları hər kəsə bəlli olsun. Bəlli olsun ki, nədən sevgili məmləkətimizdə xəstəyə, əlilə, imkansıza, kasıba münasibətdə idarəetməyə pərçimlənmiş məmurların, bankirlərin  özbaşınalıqlarına, onların fitnələriylə milyonluq layihələrin kağız üzərində gerçəkləşdirilməsi üsuluyla sonucda vətəndaş-dövlət münasibətlərinə sarsıdıcı zərbə endirməyə son qoyulmur? Bəlli olsun ki, qoy onların xarakterlərindəki “katolikliyin” cəmiyyət üçün hansı qaynaq rolu oynaması bir az anlaşıqlı şəkil alsın, AUTİST CƏMİYYƏTin övladları olmayaq. Bizdən olmayanlar tək davranıb QƏLƏBƏ həsrətli bizləri öldürməyə çalışmayın, xanımlar və bəylər!

 

P.S: VƏTƏN HARADAN BAŞLAYIR – SƏRHƏDDƏN, YOXSA “MƏN”DƏN?

Xəbər lenti

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Bu müraciətə APA-nın bütün əməkdaşlarını, Mətbuat Şurası başda olmaqla bütün dəyərli media mənsublarını, dəyərli ziyalıları, o cümlədən millət vəkillərinı qoşulmağa çağırıram"

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Versus.Az Talk TV kollektivini təbrik edir

Məktəblərdə dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” tədbiri keçirilib

"Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə həll olunmalıdır"

Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Beynəlxalq Teatr Festivalı keçiriləcək

Bu, ölkədə əlillik faizinin azaldılması ilə nəticələnə bilər

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün..."

Məktəblərdə İLK DƏFƏ

“Mənəvi quruculuq: gümrahlığın texnologiyaları”

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Versus.Az Talk TV kollektivini təbrik edir

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Rəhbər vəzifələrə maraq azalıb"

Qardaş Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətləri millət vəkili ilə görüşüb

Dünyanın ən ölümcül infeksiyası

Facebook messencerinin işində problemlər yaranıb