Sərdar Cəlaloğlunun bacısı oğlu məhkəmə zalından həbs edildi 

18:26 06-08-2019 | icon 277 | Hadisə
Sərdar Cəlaloğlunun bacısı oğlu məhkəmə zalından həbs edildi 

Hədə qorxu ilə pul tələb etməkdə ittiham edilən jurnalistlər hakim qarşısına çıxarılıb.

 

Versus.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalistlər Mirkənan Seyidov və Cəlal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

 

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər son sözlə çıxış edib.

 

Hər iki şəxs onlara qarşı irəli sürülmüş ittihamın əsassız olduğunu bildiriblər. Qeyd ediblər ki, zərərçəkmiş "Antalya Mehman" ləqəbi ilə tanına Mehman Həsənovdan pul tələb etməyiblər.

 

Təqsirləndirilən şəxslər qeyd ediblər ki, "Antalya Mehman" Bakıda əxlaqsız yuvalar işlətdiyi üçün barəsində cinayət işi açılıb və hazırda həbsdədir.

Məhkəmə müşavirədən sonra hökmü elan edib.

Hökmə əsasən Mirkənan Seyidov 5 il, Cəlal Məmmədov isə 5 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Hər iki şəxs barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və onlar məhkəmə zalından qandallanıblar.

Qeyd edək ki, hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

"Antalya Mehman"ın adı mətbuata başqa cinayət işlərindən də tanışdır. Belə ki, daha əvvəl də jurnalist Fikrət Fərəməzoğlu və daha bir neçə jurnalist "Antalya Mehman"ın şikayəti əsasında həbs edilmişdi.

O şikayətində bildirirdi ki, jurnalistlər onun rəhbərlik etdiyi massaj salonlarından reportajlar hazırlayaraq onu əxlaqsızlıq yuvalar saxlamaqda şantaj edərək pul alıblar.

Bu işdə diqqət çəkən məqam budur ki, "Antalya Mehman"ın şikayətində sonra jurnalistlər həbs edildib. Daha sonra isə onun özünü həbs ediblər.

Maraqlıdır ki, "Antalya Mehman" əxlaqsız yuvalar saxlamaqda ittiham edilərək saxlanılıb. Onun barəsində cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Təqsirləndirilənlərdən bakunews.az saytının baş redaktoru Mirkənan Seyidov ADP sədri Sərdar Cəlaloğlunun bacısı oğludur.

"Antalya Mehman" məhkəmədə ifadə verərkən Mirkənan Seyidov bağışladığını, Cəlal Məmmədova isə ağır cəza təyin edilsin istəmişdi./müsavat/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verdi

Azərbaycanda karantin rejimi yumşaldılır

Avqustun 31-dək qüvvədə qalacaq -Sərt karantin

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağaldı, 241 nəfər yoluxdu

“Kökəlmələr, artıq cəkilər uşaqlıqdan başlayır”

“Ximioterapiya xroniki toksaplazmozun müalicəsində effektli deyil”

"Məktəblər 3 növbə sisteminə keçməlidir"

Şəhid Xəyyam Məmmədovun ata ocağı ziyarət edilib

Çılpaq ekstrim həvəskarı çaya baş vurmağa cəhd etdi - VİDEO

DİM rezidentura imtahanında iştirak edəcək şəxslərə müraciət edib

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı

Çinin aparıcı həkimləri Bakıda

Qəzalı binanın sakinləri Allahın ümidinə qalıb - VİDEO

Yaponlar tərcüməçi-maska hazırladılar - FOTO