Qənirə Paşayeva yubiley medalı ilə təltif edilib

12:16 07-08-2019 | icon 64 | Cəmiyyət
Qənirə Paşayeva yubiley medalı ilə təltif edilib

Tatarıstan Dövlət Şurasının komitə sədri, Xalq şairi R.Vəliyev Azərbaycanın tanınmış KİV və QHT rəhbərləri, ziyalıları ilə görüşüb və “Azərbaycan - Tatarıstan münasibətlərinin inkişafı üçün daha çox çalışmalıyıq deyib”.

 

Versus.Az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva Tatarıstan Dövlət Şurasının yubiley medalı ilə təltif edilib. Medalı millət vəkilinə ölkəmizdə səfərdə olan qardaş Tatarıstanın Dövlət Şurası Maarif, Mədəniyyət, Elm və Milli münasibətlər Komitəsinin başqanı Razil Vəliyev təqdim edib.

 

Q.Paşayeva ilə Tatarıstanda Dövlət Şurasında görüşünü məmnunluqla vurğulayan Razil Vəliyev onu yenidən Kazana dəvət edib. Azərbaycana dəvət üçün millət vəkilinə təşəkkürünü bildirən qardaş Tatarıstanın Dövlət Şurası Maarif, Mədəniyyət, Elm və Milli münasibətlər Komitəsinin başqanı, Xalq şairi, Dövlət Mükaqfatı Laureatı Razil Vəliyev ölkəmizə ilk dəfə səfər etdiyini və səfər müddətində Azərbaycanı yaxından tanımaqdan, burada keçirdiyi görüşlərin  Azərbaycan Tatarıstan münasibətlərinə, iki qardaş xalq arasında əməkdaşlığa böyük töhfə verəcəyinə inandığını deyib.

 

Konkret layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Dövlət başçısı İlham Əliyevin Tatarıstanla münasibətlərin inkişafına böyük önəm verdiyini deyən Q.Paşayeva cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə aparılan geniş işlərlər bağlı qonağa geniş məlumatlar verib və onun səfərinin Azərbaycan -Tatarıstan münasibətlərinin inkişafına təkan olacağını xüsusi vurğulayıb.

 

Qeyd edək ki, Q.Paşayevanın dəvəti ilə ölkəmizdə səfərdə olan Razil Vəliyevlə səfərin sonuncu işçi günündə Tatarıstanın Azərbaycandakı Daimi Nümayəndəliyində görüş keçirilib. Nümayəndəliyin rəhbəri Alfred Zakirov başçılıq etdiyi diplomatik qurumun fəaliyyətləri barədə görüş iştirakçılarına bilgi verib, bu nümayəndəliyin Tatarıstanın Qafqazda yeganə nümayəndəliyi olduğunu deyib. O, Xalq şairinin Azərbaycana səfərini əlamətdar hadisə adlandırıb, keçirilən tədbirlərin yaddaqalan olduğunu bildirib.

 

Razil Vəliyev zəngin proqram əsasında baş tutan səfərin təşkili üçün Azərbaycanlı yazarlara, görüşdüyü rəsmi şəxslərə, onu səfərə dəvət edən Qənirə Paşayevaya təşəkkürünü çatdırıb.

 

Qənirə Paşayeva kitabların nəşri, qarşılıqlı səfərlər, ədəbi qurumlar arasında əməkdaşlığın dərinləşdirilməsi barədə fikrilərin praktik müstəvi üzərinə keçəcəyinə, yubanmadan gerçəkləşəyinə inandığını, bununla da mədəni əməkdaşlığın yeni üfüqlərinin açılacağını bildirib.

 

Görüşdə dos.dr Şəmil Sadiq, dr. Həyat Şəmi, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, Tatarıstan Vəkillər Palatasının üzvü İsmət Orucəliyev, daimi nümayəndəliyin müavini  İsmayıl Akmeyev iştirak edib.

 

Azərbaycan aydınları ilə görüşdən sonra Xalq şairi tatar icması fəalları ilə görüşüb. İşçi günün sonunda mötəbər qonaq Bakıdakı “HƏDƏF” STEM Litseyi, M.F.Axundov ad. Azərbaycan Milli Kitabxanası və Heydər Əliyev Mərkəzini ziyarət edib.

 

Qeyd edək ki, Xalq şairi Razil Vəliyevin səfəri müddətində Azərbaycanın tanınmış ictimai fikir adamları, media kapitanları, QHT başqanları da könül süfrəsi qonağı olaraq dəvət edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadilələri aparılıb.

 

Milli Kulinariya Mərkəzinin başçısı, tanınmış ictimai xadim Tahir Əmiraslanov, Modern.Az portalının baş redaktoru, PJB başqanı Elşad Eyvazlı, Mətbuat Şurası İdarə Heyətinin üzvləri – Əməkdar jurnalistlər Rauf Arifoğlu, Azər Həsrət, prof.dr.Rəna Mirzəzadə, “Trend.az” portalının baş direktor müavini Arzu Nağıyev, “Olaylar”ın baş redaktoru Yunus Oğuz, “Moderator.az”ın baş redaktoru Zülfüqar Hüseynzadə, Şəhid zabit Sənan Axundovun ailə üzvləri, ünlü televizyaçı Etibar Babayev,“Yeni Müsavat” qəzeti baş redaktorunun I müavini Azər Ayxan, “Tuqan Tel” Tatar Mədəniyyət Cəmiyyətinin başçısı Gülcan Myasoutova, Arxangelskdəki Azərbaycan Diaspor Təşkilatının başqanı Tərlan Qasımov, Sankt-Peterburqda yaşayan soydaşımız – araşdırmaçı-yazar Şahnaz Kamal, DGTYB, RHİMB, ABAİB mənsubları və b.-ları qardaş ölkənin görkəmli dövlət və ictimai xadimi ilə də görüş və fikir mübadiləsi aparılıb.

 

Xatırladaq ki, millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb-nin sədri Q.Paşayevanın dəvəti ilə ölkəmizdə səfərdə olan qardaş Tatarıstanın Dövlət Şurası Maarif, Mədəniyyət, Elm və Milli münasibətlər Komitəsinin başqanı Razil Vəliyev və xanımı 29 iyuldan respublikamızdadır. Onlar Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyev və görkəmli oftolmoloq alim Zərifə xanım Əliyeavnın məzarlarını ziyarət edib. Milli Məclisin (MM) Elm-təhsil Komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, NİZAMİ ad. Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli və Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri, Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli ilə MM-də, Mədəniyyət Komitəsinin sədri, akademik Rafael Hüseynovla AMEA-nın NİZAMİ ad. Ədəbiyyat Muzeyindəgörüşən Razil Vəliyev, eləcə də, şəhərin görməli yerləri ilə, o cümlədən İçərişəhərlə yaxından tanış olub, Şirvanşahlar Tarixi-Memorial Kompleksini ziyarət edib.Şairin şeirlər kitabı AYB-nin NATAVAN Klubunda geniş təqdimatla ədəbi ictimaiyyətin ixtiyarına verilib. Bakıda (“Xan” nəşriyyatı) gün üzü görmüş “Payız yağmurları” kitabıXalq şairi Razil Vəliyevin Azərbaycanda çıxan ilk kitabıdır. Kitabda şeirlər iki dildə (Azərbaycanca və Tatarca) verilib.“XAN” nəşriyyatında gün üzü görən şeirlər kitabının məsləhətçiləri Millət vəkili, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov və Tatarıstanda yaşayan soydaşımız İsmət Orucəliyev, rəyçiləri isə millət vəkili dr.Cavanşir Feyziyev və  millət vəkili Qənirə Paşayevadır.Kitaba “USTAD” dərgisinin təsisçisi dos.dr. Şəmil Sadiq önsöz yazıb. Tatarıstanın Xalq şairinin kitabı Azərbaycanın, Tatarıstanın aparıcı kitabxanalarının, tatar ədəbiyyatı üzrə tədqiqat aparan Azərbaycanlı elm adamlarının ixtiyarına verilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

QHT LAYİHƏYƏ START VERDİ

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Jurnalistin qardaşının evi yenə qarət edildi

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

"Bəzən buna görə jurnalistləri ittiham edirlər"

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb