"Abu Dhabi national Pro" ilk dəfə Azərbaycanda keçirildi

13:41 08-08-2019 | icon 38 | İdman
"Abu Dhabi national Pro" ilk dəfə Azərbaycanda keçirildi

Bakıda yerləşən "Sərhədçi" idman və olmpiya mərkəzində idmanın Braziliya Ciu-Citsu növü üzrə beynəlxalq turnir keçirilib.

 

Versus.Az xəbər verir ki, keçirilən çempionatda dünyanın 13 ölkəsindən gəlmiş 30 komandanın idmançıları iştirak ediblər. Ümumilikdə 172 idmançının gücünü sınadığı yarışda müxtəlif çəki dərəcələri və kəmər sahibləri birincilik uğrunda mübarizə aparıb.
Tədbirin açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirinin Protokol rəisi Şiraslan Kərimov ölkə rəhbərliyinin idmana ayırdığı diqqət və qayğıdan danışıb. İdmana diqqətin ümummilli lider Heydər Əliyevin yolu olduğunu vurğulayan nazirlik rəsmisi bu yolun bu gün də layiqincə davam etdirildiyindən danışıb.

 

Daha sonra çıxış edən dünyanın tanınmış Braziliya Ciu-Citsu məktəblərindən sayılan “Ludus” məktəbinin təsisçisi və rəhbəri Braziliya Ciu-Citsu idman növü üzrə 3-cü dan qara kəmər sahibi Aleksandr Deda Faria Azərbaycanda da bu idman növünün artıq kifayət qədər tanınmasından və günü-gündən populyarlaşmasından danışıb. Daha sonra o da Azərbaycan Dövlətinin bu yarışın keçirilməsi üçün öz dəstəyini əsirgəməməsindən məmnunluq hissi duyduğunu deyib.

 

Bundan sonra isə Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov tədbirlə bağlı öz təəssüratlarını paylaşaraq Azərbaycan idman tarixində bir ilkə imza atdıqlarını deyib. "Bu gün bu cür beynəlxalq və mötəbər turnirin Azərbaycanda keçirilməsi məhz dövlətin apardığı idman siyasətinin bir nəticəsidir ki, bu gün biz də bundan bəhrələnirik. Azərbaycanda idmana olan diqqət və qayğı beynəlxalq federasiyaların da bu cür turnirləri ölkəmizdə keçirməyə can atmasına səbəb olur. Braziliya Ciu-Citsu idman növü üzrə belə böyük bir turnirin Azərbaycanda keçirilməsinə nail olduğumuz üçün özümüzü çox xoşbəxt hiss edirik. Çünki biz bu sahədə bir ilkə imza atmışıq".

 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin İdman İdarəsinin rəisi Füzuli Musayev də fəxri qonaqlar arasında idi. O da açılış mərasimində çıxış edərək Azərbaycanda bu idman növünə marağın artaraq davam etməsindən və qısa vaxt ərzində azərbaycanlı idmançıların əldə etdiyi böyük nailiyyətlərdən danışaraq onlara gələcəkdə də uğurlar arzulayıb.

Bundan sonra tədbirdə "Suvar" ləzgi xalq ansanblının ifasında milli rəqslər nümayiş etdirilib. Məşhur müğənnilər Roza Zərgərli və Məryəm Şabanova da öz ifaları ilə tamaşaçıların qarşısında çıxış ediblər.

 

 

Onu da qeyd edək ki, Braziliya Ciu-Citsu idman növü üzrə beynəlxalq yarış və turnirlərin keçirilməsi bir neçə nüfuzlu qurumun əlində cəmləşmişdir ki, bunlardan biri də Əbu Dabi Federasiyasıdır. Azərbaycanda isə bu idman növü üzrə artıq neçə illərdir ki, yerli yarış və çempionatlar keçirilməsinə baxmayaraq ölkəmiz bu idman növü üzrə ilk dəfədir ki, belə böyük bir turnirə ev sahibliyi edir. Yəni ilk dəfə olaraq ölkəmizdə "Abu Dhabi International Pro" yarışı keçirilir. Belə mötəbər yarışın ölkəmizdə keçirilməsində Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin böyük rolu olmuşdur.

 

Məlumat olaraq onu da qeyd edək ki, Braziliya Ciu-Citsu idman növünü ilk dəfə gətirən Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təsisçisi və idarə heyətinin sədri Taleh Həsənov olmuşdur. Onun bu idman növünün ölkəmizdə yayılmasında müstəsna xidmətləri var. Artıq uzun illərdir ki, bu idman növünün ölkəmizdə populyarlıq qazanması üçün əlindən gələni edən Taleh Həsənov ictimai birliyi təsis edərək yüzlərlə tələbənin yetişməsinə, müxtəlif turnirlərdə ölkəmizi layiqli şəkildə təmsil etməsinə nail olmuşdur.

 

Bundan başqa "Abu Dhabi International Pro" kimi mötəbər turnirin ölkəmizdə keçirilməsi üçün ictimai birliyin sədrinin birinci müavini Rəsul Məmmədovun, ictimai birliyin prezidenti Aqil Acalovun, ictimai birliyin birinci vitse-prezidenti Murad Cəfərovun, ictimai birliyin mədəniyyət üzrə vitse-prezidenti Zavir Nəcəfovun da böyük əməyi olmuşdur.

 

Tədbirdən sonra yarış üçün Azərbaycana gələn idmançılar öz güclərini sınamağa başlayıblar. Yarışın sonunda komanda hesab ilə Azərbaycan komandası birinci yerə çıxıb və təltif olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

MÜBARİZ MƏNSİMOVUN SUÇU

 

 

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Azərbaycanın hərbi qulluqçuları Moskvada mükafatlandırılıb

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Ermənistanın Qazax təxribatına Sərhəd Xidmətindən sarsıdıcı cavab

Erməni qadınlar azərbaycanlı gəncə hücum etdi