28 şagirdi girov götürən iki əsgər 

10:34 09-08-2019 | icon 36 | Maraqlı
28 şagirdi girov götürən iki əsgər 

Bu şəhərdə əsgərlərə həmişə diqqət və qayğı ilə yanaşıblar. Şəhərin ərazisində hərbi hissə yerləşdiyindən yerli sakinlərlə onların arasında tez-tez ünsiyyət yaranıb. Bir sözlə, sovet dövründə Udmurtiya Muxtar Respublikasının tabeliyində olan Sarapul şəhərində əhali ilə hərbçilər arasında xoş münasibətlər hökm sürüb. Bəlkə də bu münasibətlərə görə şəhərdəki hərbi hissənin iki silahlı əsgəri çox sərbəst şəkildə, heç bir ciddi maneə olmadan Sarapuldakı 12 saylı məktəbə daxil ola biliblər.

 

Əsgərlərin məktəbə “təşrif”i hansı məqsədlə olub? Çağrılmamış “silahlı qonaqlar” təhsil ocağına hansı bəhanə ilə daxil ola biliblər?

 

17 dekabr 1981-ci ildə Sarapul şəhərində yerləşən hərbi hissənin əsgərləri, sıravi Kollakbayev və sıravi Melnikov güllə darağı tam dolu olan “Kalaşnikov” avtomatları ilə 12 saylı məktəbə gəliblər. Məktəb gözətçisi onları saxlayanda, onlar hərbi hissədən qaçan əsgərlərin axtarıldığını söyləyiblər və onu da qeyd ediblər ki, həmin əsgərlər hansısa bir məktəbdə gizləniblər. Gözətçi heç kimə məlumat vermədən onları içəri buraxıb.

Kollakbayev və Melnikov əvvəlcədən planlaşdırdıqları kimi 10 A sinfinin dərs keçdiyi kabineti axtarıblar. Cədvəl üzrə həmin sinif biologiya kabinetində dərs keçməliymiş. Amma məlum olub ki, bütöv sinif həmin gün şəhərin mədəniyyət sarayında keçirilən tədbirə yollanıb. Belə olan halda əsgərlər planlarını heç də təxirə salmayıblar. 10 B sinfinin dərs keçdiyi biologiya kabinetinə daxil olub sinif otağının qapısını arxadan bağlayıblar. Onlar ona görə 10 A sinfini axtarıblar ki, xidmət etdikləri hərbi hissənin komandirinin qızı məhz bu sinifdə oxuyub.

Qapı bağlandıqdan sonra əsgərlər vəziyyəti müəllimə başa salablar, onları girov götürdüklərini bəyan ediblər. Müəllimə anladıblar ki, tələb olunan vaxtda onlara təyyarə verilməsə, 28 nəfər şagirdin taleyi bir göz qırpımında həll olunacaq. Əsgərlər öz tələblərini kağıza yazaraq müəllim vasitəsi ilə çölə göndəriblər. Müəllimi sinifdən yola salanda Kollakbayev avtomatdan göyə bir neçə dəfə atəş açıb.

Əsgərlərin tələbi təyyarənin mümkün olan ən yaxın əraziyə verilməsi və həmin təyyarə ilə ABŞ-a uçmaq olub.


Atəş səslərindən sonra müəllimlər və şagirlər məktəbdən təcili çıxarılıb. İçəridə yalnız girov götürülmüş 28 şagird və 2 əsgər qalıb.

Şəhər və muxtar respublikanın rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları məktəb ərazisinə toplaşıblar.


Hadisə ilə bağlı SSRİ DTK-nın sədri Yuri Andropova məruzə edilib. Andropov təcili olaraq Sarapula təyyarə ilə “Alfa” adı ilə məşhur olan “A” qrupunu göndərib.

Bir saat keçdikdən sonra terrorçularla danışıqlar başlanıb. Danışıqları DTK-nın Sarapul şəhər bölməsinin rəisi Vladimir Orexov aparıb. Onun ilk “xahiş”i sinifdən qızları buraxmaq olub. Əsgərlər DTK zabitinin bu “xahiş”ni yerinə yetirərək qızları sinifdən buraxıblar.

Kifayət qədər təcrübəli olan Orexov danışıqların növbəti mərhələsində əsgərlərlə “səmimi” söhbətə başlayıb, onları nə qədər gec deyil, bu əməllərindən geri çəkilməyə dəvət edib. Əsgərlər isə geri çəkilməyəcəklərini söyləyiblər, amma söz veriblər ki, təyyarə veriləcəyi təqdirdə heç kimi öldürməyəcəklər.

Nəhayət, Orexov əsgərlərlə “razılığa” gəlib, onların tələblərinin yerinə yetiriləcəyinə “söz” verib. Amma onu da qeyd edib ki, ABŞ-a xarici pasport və digər müvafiq sənədlər olmadan getmək mümkün deyil və odur ki, əvvəlcədən sənədlər hazırlanmalıdır.

 

DTK zabitinin bu fikirləri əsgərlərin ağlına batıb və onlar nə etmələrini soruşublar. Orexov onlardan pasport göstəricilərini söyləmələrini xahiş edib. Əsgərlər özlərində olan hərbi biletlərindəki bütün göstəriciləri diktə ediblər.

Bu proses əsgərlərdə inam yaradıb, elə düşünüblər ki, planları baş tutmaq üzrədir, artıq onlara sənəd hazırlanır.
Bu arada sinifdəki gərginlik xeyli yüngülləşib. Şagirdlər tualtə getmək istədiklərini bildirəndə terrorçular onları növbə ilə buraxıblar.

Bir neçə saat keçdikdən sonra Orexov sənədlərlə bağlı problemin yarandığını və onları həll etmək üçün üzbəüz görüşməyin vacib olduğunu söyləyib. Həmin anları DTK zabiti sonralar belə xatırlayıb:
- Əsgərlər mənim təklifimlə razılaşdılar. Mən kifayət qədər onları inandıra bilmişdim. İçəri keçdim. Bütün mümkün variantlardan istifadə edib vaxtı uzatmağa çalışırdım. Söhbət əsnasında onlardan biri tualetə getdi. Fiziki göstəricilərim tam imkan verirdi ki, sinifdə qalan əsgəri zərərsizləşdirim. Amma düşünürdüm ki, o birisi silahlıdır, hər saniyə geri dönüb uşaqlara atəş aça bilər. Böyük risk tələb olunurdu. Onu da bilirdim ki, “Alfa” lap yaxınlıqdan hər şeyə nəzarət edir. Sinif otağının qapısı açıq qalmışdı, mən üzü qapıya tərəf əyləşmişdim. Tualet dəhlizin sonunda idi. Əsgər tualetə girəndə mən dərhal sinifdə olan əsgəri tərksilah etdim. Bir göz qırpımında “Alfa”nın əməkdaşları tualetə daxil olub digərini də zərərsizləşdirdilər. Hər şey bir göz qırpımında baş verdi. Bir güllə atılmadan belə əməliyyat sona çatdı. Yuri Andropov telefonun yanından çəkilməyərək nəticə gözləyirdi. Birinci dəfə idi ki, xidmət etdiyim qurumun birinci şəxsi ilə danışırdım və birinci dəfə idi ki, Andropov telefonda öz əməkdaşına şifahi təşəkkür elan edirdi...”

 

Uğurlu əməliyyatdan sonra Kollakbayev və Melnikov haqqında cinayət işi açılıb. Komsomolun üzvləri olan əsgərlərin cinayət əməlləri terrorçuluq kimi qiymətləndirilib. Məhkəmənin hökmü ilə Kollakbayev 13, Melnikov isə 8 il azadlıqdan məhrumetmə cəzanı məhkum ediliblər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QHT LAYİHƏYƏ START VERDİ

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Jurnalistin qardaşının evi yenə qarət edildi

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

"Bu gün sizlərin yarıtmaz siyasəti xalqı hər gün yeni qəzalar keçirməyə vadar edir"

23 avqust - Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu gündür

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi