Ucqar kəndlərdə əlilliyi olan şəxslərə yardım edilib

10:35 09-08-2019 | icon 82 | Cəmiyyət
Ucqar kəndlərdə əlilliyi olan şəxslərə yardım edilib

“Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyətinə əsasən Quba rayonunun Vəlvələ, Xorasa, Paşa oba, Bərgou, Tabalıqışlaq, Alpan, Uzunmeşə, Çərəy, Susay, Kurkün kimi ucqar kəndlərində cəmi 53 nəfər  əlilliyi olan şəxsləri əhatə edib.  Xidmətin bundan əvvəl fəaliyyətləri nəticəsində  qeyd olunan ərazilərdə əlilliyi olan şəxslər ilə fokus qrupların və təlimlərin aparılması nəticəsində problemlər müəyyənləşdirilib, hüquqşunas tərəfindən qruplaşdırılıb. Fəaliyyət zamanı anket sorğuları əsasında tələbatlar öyrənilib.

 

Versus.Az xəbər verir ki, bu barədə Əlil Təşkilatları İttifaqı (ƏTİ) Mətbuat Xidmətinin məlumatında bildirilir.

 

Məlumatda bildirilir ki, bundan başqa bir nəfər peşə təliminə yönəldilib, 4 nəfər Quba Günərzi Qayğı mərkəzinə yerləşdirilib, bir nəfərin protez ayaq, bir nəfərin protez qol, 1 nəfərin karset, əlil arabası alınmasına, 2 nəfərin əlillik dərəcəsinin alınmasına dəstək olunub və 4 həfər müalicəyə göndərilib.

 

Eyni zamanda içməli su problemi ilə əlaqədar Su Meliorasiya İdarəsinə müraciət olunub.

 

Görüşdə 10 nəfərə “KİÇİK BİZNESİN İNKİŞAFI” proqramına cəlb olunması üçün məlumatlar verilib. Digər müraciət edənlərə aid olduqları sahələr üzrə məlumatlar verilib, hüquqi yardımlar edilib.

  

Qeyd edək ki, bu xidmətlər Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) “UNİVERSAL DİZAYN” Əlillik Adaptasiya Avadanlıqları MMC ilə birgə əməkdaşlıqla Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqat və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyəti çərçivəsində göstərilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

MÜBARİZ MƏNSİMOVUN SUÇU

 

 

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Azərbaycanın hərbi qulluqçuları Moskvada mükafatlandırılıb

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Ermənistanın Qazax təxribatına Sərhəd Xidmətindən sarsıdıcı cavab

Erməni qadınlar azərbaycanlı gəncə hücum etdi