Qənirə Paşayeva: “Bu, bizim qürur tariximizdir”

21:29 29-03-2018 | icon 157 | Cəmiyyət
Qənirə Paşayeva: “Bu, bizim qürur tariximizdir”

Millət vəkili Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı konfrans keçirib

 

Sivasda səfərdə olan millət vəkili Qənirə Paşayeva  Türk Ocaqlarında Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə bağlı konfrans keçirib.

 

Versus.az-ın məlumatlarına görə, bütün müsəlman dünyasında ilk Cümhuriyyətin Azərbaycanda qurulmasından, Azərbaycanın qadınlara seçmək və seçilmək haqqını  verən ilk dövlətlərdən biri, müsəlman şərqində ilk dövlət olmasından  danışan millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva “bu, bizim qürur tariximizdir” deyib və cümhuriyyət qurucuları, onların fədakarlıqlarından geniş danışıb:

 

“Harada doğulub harada yaşamasından asılı olmayaraq türk gəncləri onları daha geniş öyrənməlidirlər. Cümhiriyyətin qurucularını, bu böyük şəxsiyyətləri gənclərimiz daha yaxından tanımalıdır”.

 

Millət vəkili Türk Ocaqları kimi təşkilatları, QHT, KİV və aydınları fəal olmağa çağırıb:

 

"Gənclərimizə babalarımızı, nənələrimizi daha yaxşı öyrətməyimiz lazımdır. O babalarımızda, nənələrimizdə Azərbaycan-Türkiyə ayrımı yox idi. Onların nə düşüncəsində, nə hərəkətlərində, nə də etdiklərində ayrım yox idi. Onların düşüncəsində və qəlbində Vətən vardı. O Vətən Türkiyədən Azərbaycana, Kərkükdən, Krımdan Türküstana qədər uzanırdı. Biz nə zaman Vətən anlayışını doğru qəbul etdik, birlik anlayışı içərisində olduq, uğur qazandıq. Biz Çanaqqalanı birlik ruhumuzla qazandıq".

 

Ermənilərin 100 il əvvəl Anadoluda, Türkiyənin və Azərbaycanın müxtəlif bölgələrində törətdiyi dəhşətli cinayətlərdən, XX əsrin sonlarında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi soyqırımlar, vandalizm aktlarından  xüsusi danışan Q.Paşayeva gəncləri bunları unutmamağa çağırıb:

 

“Biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq. Cənab prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və bu, dosta da düşmənə də çox önəmli mesaj oldu. Dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq”.

 

Millət vəkili bildirib ki, bu gün Türkiyədə bu cür konfransların keçirilməsi çox önəmlidir:

 

 “Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Bütün türk, müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq. Mən sizi bu gün Qarabağda, Suriyada Bayırbucaqda, İraqda, Təlafərdə, Kərkükdə, Krımda, Axısxada harada əziyyət çəkən insanımız varsa, onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”.

 

Qeyd edək ki, Türkiyənin Sivas bölgəsində  Q.Paşayevanın qardaş ölkədə çapdan çıxmış “Turan yolçusu”“Aşk yolçusu” kitablarının təqdimatı və imzalanma mərasimi olub.  İmza mərasimində çoxlu sayda ziyalılar, gənclər, jurnalistlər iştirak ediblər. Tədbirdə iştirak edənlərə və media mənsublarına təşəkkür edən millət vəkili Qənirə Paşayeva özəlliklə gənclərin imza mərasiminə qatılmasından məmnun olduğunu deyib. Bu kitabların gənclər arasında türk dünyasını daha yaxşı tanımağa öz töhfəsini verə biləcəyini deyən millət vəkili daha sonra kitablarını oxucular üçün imzalayıb, gənclərin müəllifi olduğu kitablarla bağlı suallarını cavablandırıb.

Xəbər lenti

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Bu müraciətə APA-nın bütün əməkdaşlarını, Mətbuat Şurası başda olmaqla bütün dəyərli media mənsublarını, dəyərli ziyalıları, o cümlədən millət vəkillərinı qoşulmağa çağırıram"

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Versus.Az Talk TV kollektivini təbrik edir

Məktəblərdə dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” tədbiri keçirilib

"Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə həll olunmalıdır"

Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Beynəlxalq Teatr Festivalı keçiriləcək

Bu, ölkədə əlillik faizinin azaldılması ilə nəticələnə bilər

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün..."

Məktəblərdə İLK DƏFƏ

“Mənəvi quruculuq: gümrahlığın texnologiyaları”

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Versus.Az Talk TV kollektivini təbrik edir

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Rəhbər vəzifələrə maraq azalıb"

Qardaş Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətləri millət vəkili ilə görüşüb

Dünyanın ən ölümcül infeksiyası

Facebook messencerinin işində problemlər yaranıb