MAAŞLAR ARTIRILDI

11:38 09-08-2019 | icon 230 | Gündəm
MAAŞLAR ARTIRILDI

Dövlət orqanlarında çalışan işçilər üçün əməyin ödənilməsi dərəcələri üzrə maaşlar artırılıb.

 

Versus.Az xəbər verir ki, bununla əlaqədar Nazirlər Kabineti tərəfindən “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi və “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” qərara dəyişiklik edilib.

 

Qərarla “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli” yeni redaksiyada verilib.

 

Qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinə görə, əməyin ödənilməsi üzrə 1-ci dərəcəyə malik olanların aylıq tarif (vəzifə) maaşı 250 manat, 2-ci dərəcə 260 manat, 3-cü dərəcə 271 manat, 4-cü dərəcə 282 manat, 5-ci dərəcə 294 manat, 6-cı dərəcə 306 manat, 7-ci dərəcə 319 manat, 8-ci dərəcə 332 manat, 9-cu dərəcə 346 manat, 10-cu dərəcə 360 manat, 11-ci dərəcə 375 manat, 12-ci dərəcə 390 manat, 13-cü dərəcə 406 manat, 14-cü dərəcə 423 manat, 15-ci dərəcə 440 manat, 16-cı dərəcə 457 manat, 17-ci dərəcə 529 manat, 18-ci dərəcə 666 manat, 19-cu dərəcə 906 manat olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

"Bu, islahat deyil, utancverici göstəricidir"

"Bəs Əli Kərimli niyə susur?"

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

Qəbrin nurla dolsun şəhidim...

713-ün Laçında düzənlədiyi parad

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

Mitinqə görə imiş... yesinlər mitinqinizi