Qadınlar bu xəstəlikdən niyə utanırlar?

12:29 09-08-2019 | icon 170 | Sağlamlıq
Qadınlar bu xəstəlikdən niyə utanırlar?

Nərminə Abbasova: “Xəstəliyin gecikmiş formalarında əksər hallarda cərrahi əməliyyata əl atmalı oluruq”

 

 

“Praktiki olaraq hər üç qadından birində 40 yaşından sonra sidik ifraz edilməsi üzrə patoloji hal meydana çıxır – onlar sidik ifrazını saxlaya bilmirlər”.

 

Bunu Versus.Az-a qadınların özlərinə utanc bildikləri patologiyadan danışan tibbi məsləhətçimiz həkim-terapevt Nərminə Abbasova bildirib. Həmsöhbətimiz Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimidir.

 

Nərminə Abbasova qadınlar arasında sidik ifrazını saxlaya bilməyənlərin sayının yaş artdıqca daha da çoxaldığını deyir. Onun sözlərinə görə, sidik ifrazını saxlaya bilməmək qadınların orqanizmləri üçün heç bir həyatı təhlükə törətməsə də, onların psixolojı halına mənfi təsir göstərir, ağır hallarda onların əmək qabiliyyətinin itirilməsinə səbəb olur:

 

“Qadınlarda çanaq dibi əzələləri kişilərə nisbətən zəif olur. Doğuşlar çanaq dibi əzələlərini daha da zəiflədir. Qadın ağır fiziki işlə məşğul olursa və ya onun bədən çəkisi normadan artıq olarsa, bu zaman qarındaxili təzyiq artır. Bu da öz növbəsində çanaq dibi əzələlərinin daha çox dartılmasına səbəb olur. Son nəticədə isə qadınlarda kiçik çanaq üzvlərinin aşağı enməsi və hətta kənara çıxması baş verə bilir. Öz adi yerini dəyişərək aşağı enmiş sidik kisəsi normal halda olduğu kimi, sidik ifrazını saxlaya bilmir. Nəticə etibarı ilə hətta zəif fiziki gərginlik, məsələn, öskürək, gülüş və sair bu kimi hallarda qadında öz-özünə sidik ifrazı baş verir. Xəstəliyin daha ağır hallarında isə öz-özünə sidik ifrazı, sadəcə, bədənin vəziyyəti dəyişərkən, hətta sakit vəziyyətdə olanda da baş verir”.

 

Həkim-terapevt bildirdi ki, əksər hallarda qadınlar sidik ifrazını saxlaya bilməmək problemi ilə üzləşdikdə, bunu yaş ilə əlaqədar olan adi və qaçılmaz hal hesab edərək həkimə müraciət etmirlər. Digərləri isə öz psixoloji durumları üzündən bu barədə həkimlə danışmaqdan utanırlar:

 

“Belə hallara yol vermək olmaz. Digər qadın xəstəlikləri kimi, sidik ifrazını saxlaya bilməmək halı vaxtında müalicə olunmasını tələb edir. Belə xəstələr həkimə nə qədər gec müraciət edərlərsə, onların müalicəsi bir o qədər çətin olur. Xəstəliyin gecikmiş formalarında əksər hallarda cərrahi əməliyyata əl atmalı oluruq. Ona görə də belə problemlə üzləşən qadınlar, mümkün qədər tez olmaqla, həkim-uroloqa və ya ginekoloqa müraciət etməlidirlər”.

 

Qadınlarda sidik ifrazını saxlaya bilməmək kimi patoloji halı müalicə etmək üçün sidik kisəsi və sidik kanalı tonusunun artırılması məqsədi ilə xüsusi dərman preparatlarından istifadə olunduğunu vurğulayan Nərminə xanım bildirdi ki, müayinə zamanı sidik ifrazını saxlaya bilməməyin səbəbinin qanda qadın cinsi hormonlarının azalması ilə əlaqədar olduğu aşkar edilərsə, onlara hormonal tərkibli dərman preparatları təyin olunur:

 

“Xəstəliyin konservativ (dərmanlar vasitəsi ilə) müalicəsi nəticə vermədiyi hallarda isə həkimlər cərrahi müalicə üsulundan istifadə etməli olurlar.

Xəstəliyin profilaktikasına gəlincə, yaşından asılı olmayaraq, hər bir qadın öz çəkisinə nəzarət etməli, fiziki hərəkətlərlə kiçik çanaq-aralıq əzələlərini möhkəmləndirməlidir. “Tənbəllərə” isə ayaqlar arasında, yuxarıda sıxmaqla kiçik bir topun gəzdirilməsini məsləhət görmək olar. Qeyd edilən bu son hərəkəti ev işləri görərkən də, məsələn, yemək bişirərkən, qab-qacaq yuyarkən və sair bu kimi işlər görərkən etmək olar”.

 

 

DİQQƏT!

Əgər sidik ifrazını saxlaya bilməmək xəstəliyi ilə bağlı daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxud yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəziniə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

Bu dövlət qurumlarında çalışan işçilərin də maaşları artırıldı

MÜBARİZ MƏNSİMOVUN SUÇU

 

 

Fuad Əliyev Əhməd Orucun yalanını üzə çıxardı

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

Bu sürücülərə çağırış edildi

Baş redaktor Prezidentə açıq məktubla müraciət etdi

Restoran və kafelərdə siqaret çəkənlərə ağlasığmaz CƏRİMƏ

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb

5 addımda arıqlama

AXH Qurultaya hazırlaşır

Ermənilər mövqelərimizi atəşə tutdu

Birinci vitse-prezident Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunub

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

Saçların sürətlə uzanmasına təsir edən maska