Polad Bülbüloğlu Mərakeş Krallığının elçisi ilə görüşdü

23:47 09-08-2019 | icon 37 | Siyasət
Polad Bülbüloğlu Mərakeş Krallığının elçisi ilə görüşdü

Bu gün Moskvada Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Mərakeş Krallığının Rusiya Federasiyasına yeni təyin olunmuş Səfiri Lotfi Buşaarı arasında görüş keçirilib.

 

Versus.Az xəbər verir ki, səfirliyin mətbuat xidmətindən verilən verilən məlumata görə, həmkarını Rusiyaya təyinatı ilə əlaqədar təbrik edən Polad Bülbüloğlu, ona diplomatik fəaliyyətində müvəffəqiyyətlər arzulayaraq Rusiya Federasiyasında akkreditə edilmiş diplomatik korpusun yeni qismində fəaliyyəti barədə qarşı tərəfə ətraflı məlumat verib.

 

Polad Bülbüloğlu Azərbaycan ilə Mərakeş arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Diplomat bu ilin oktyabr ayında Bakıda Qoşulmama Hərəkatının Dövlət və Hökumət başçılarının növbəti Zirvə görüşünün keçiriləcəyini qeyd edərək, Mərakeş Krallığının həmin tədbirdə yüksək səviyyədə təmsil olunacağına ümid etdiyini söyləyib. Son zamanlar dünyanın müxtəlif bölgələrində separatçı meyllərin artdığını narahatlıqla vurğulayan səfir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında dolğun məlumatı həmsöhbətinin diqqətinə çatdıraraq ölkəmizin ədalətli mövqeyini daim dəstəklədiyinə görə Mərakeş dövlətinə təşəkkür edib. Bundan başqa, Polad Bülbüloğlu Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasətinə son qoyulmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəfindən qəbul edilmiş qətnamələrin icrasının əhəmiyyətini də vurğulayıb.

Eyni zamanda Polad Bülbüloğlu bu ilin 5 avqust tarixində Ermənistan baş nazirinin Xankəndi şəhərində səsləndirdiyi populist bəyanatları qeyd edərək, onların danışıqlar prosesinə ciddi xələl vurduğunu bildirib.

Mərakeş səfiri Lotfi Buşaar Mərakeş Krallığının Azərbaycan Respublikasının suverenliyini tam dəstəklədiyini və münaqişənin tezliklə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə əminliyini ifadə edib. Bundan əlavə, o, 2012-2013-cü illərdə Mərakeşin BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Azərbaycanla təşkilat çərçivəsində sıx və faydalı əməkdaşlıq etdiyini xatırladıb.

Görüş əsnasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

QHT LAYİHƏYƏ START VERDİ

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Jurnalistin qardaşının evi yenə qarət edildi

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

23 avqust - Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu gündür