Novruz Məmmədov Avazada Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb

14:49 12-08-2019 | icon 37 | Siyasət
Novruz Məmmədov Avazada Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb

Baş nazir Novruz Məmmədov bu gün Avazada Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, görüşdə tərəflər Xəzər regionu ölkələri arasında ticarət, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsində konstruktiv əməkdaşlığın davam etdirilməsinin vacibliyindən danışıblar.

Qeyd edək ki, Türkmənistanın Türkmənbaşı şəhərində yerləşən “Avaza” milli turizm zonasında avqustun 11-12-də Birinci Xəzər İqtisadi Forumu keçirilir.

Forumun təşkilati, informasiya və texniki dəstəyi Türkmənistan Nazirlər Kabineti sədrinin müavini və Türkmənistan Xarici İşlər Nazirinin rəhbərlik etdiyi Təşkilat Komitəsi tərəfindən həyata keçirilir.

Birinci Xəzər İqtisadi Forumunun gündəliyinə ticarət və iqtisadi əlaqələrin inkişafı, əsasən də böyük layihələr üçün şəraitin yaradılması, Xəzər regionunun iqtisadiyyatının qlobal kontekstdə rolu, neft və qaz, elektrik enerjisi, nəqliyyat, ticarət, kənd təsərrüfatı, turizm və Xəzəryanı dövlətlərin qarşılıqlı maraq kəsb edən digər sahələrində investisiya cəlbediciliyi mövzusunda müzakirələr daxildir. Həmçinin forum çərçivəsində beynəlxalq konfrans, Xəzər İnnovasiya Texnologiyaları Sərgisi, işgüzar dairələrin və şirkətlərin nümayəndələri arasında görüşlərin təşkili nəzərdə tutulub.

Foruma Xəzəryanı ölkələrin nümayəndə heyətləri, hökumət başçıları və üzvləri, sahilyanı regionların və regional icra orqanlarının rəhbərləri, bank sektorunun nümayəndələri və Xəzər regionunun və maraqlı ölkələrin işgüzar dairələri, tədqiqatçılar və iqtisadiyyatın inkişafı ilə məşğul olan şirkətlərin rəhbərləri dəvət olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QHT LAYİHƏYƏ START VERDİ

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Jurnalistin qardaşının evi yenə qarət edildi

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

"Bu gün sizlərin yarıtmaz siyasəti xalqı hər gün yeni qəzalar keçirməyə vadar edir"

23 avqust - Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu gündür

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi