İldırım vuran adamın bədənində nə baş verir?

15:26 12-08-2019 | icon 34 | Maraqlı
İldırım vuran adamın bədənində nə baş verir?

""İldırımlar maşınları vurmaz, çünki təkərlər rezindir" fikri doğru deyil. Düzdür ki, avtomobil metal karkası fizikada Faraday qəfəs kimi ildırıma qarşı müqavimət göstərir. Elektriki maşının üzərində yayır və yerə oturur. Maşında olarkən ildırım çaxırsa, metal hissələrə toxunmayın. Amma çox güclü elektrikdə təkərlər və rezinin keçiriciliyi daha da artır. İldırımın elektriki metal hissələrə paylandıqdan sonra təkərlər vasitəsilə yerə ötürülür. Yəni ildırım çaxan zaman təkərlər, rezin ayaqqabılar, məsələn, qaloş sizi ildırımdan qoruya bilməz".

Versus.Az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Mütəxəssis daha sonra ildırımın tibbi tərəflərini açıqlayıb. O, bildirib ki, ildırım vurması həm böyüklərdə, həm də uşaqlarda ürək fəaliyyəti asistoliya tipində dayanır:

"Xatırladım ki, ürək fəaliyyəti dayanmasının EKG də 4 tipi var:

1. Asistoliya

2. Mədəcik fibrillyasiyası (VF)

3. Mədəcik taxikardiyası (VT)

4. Nəbzsiz elektrik aktivliyi

 

Bunlardan 2-si yeni VF və VT yardımlar zamanı defibrillyatorun istifadəsini tələb edir.

İldırımın elektriki sabit cərəyan olduğu üçün o, asistoliya tipində ürəyi dayandırır. Bu o deməkdir ki, təcili yardım göstərdikdə ürək masajı və süni tənəffüs verməlisiniz, ürək fəaliyyəti bərpa olana qədər hər 3 dəqiqədən bir venaya adrenalin vurmalısınız. Amma defibrillyasiya etməyə ehtiyac yoxdur. İldirimdan yaranan ürək dayanması zamanı defibrillyasiya (el arasında ütü, şok) etsəniz, əksinə xəstənin həyatda qalma şansı azalar.

Evdə olan 220V isə dəyişən cərəyandır və ürəkdə fibrillyasiya (VF) yaradır. Həmin vaxt ürək masajı, süni tənəffüs və adrenalin edirsiz. Buna kardiopulmonar resuskitasiya - ürək ağciyər reanimasiyası deyilir. Təcili yardım briqadası və defibrillyator gələn kimi defibrillyasiya etmək lazımdır.

Elektrik travması zamanı xəstənin torpağa basdırılması mifdir, əksinə vaxt itkisidir və elektrik yarasının torpaqla çirklənməsi daha da işləri çətinləşdirə bilər. Elektrotravma zamanı xəstə həyatda qalarsa, 3 gün ərzində ürək ritminin pozulması baş verə bilər, odur ki, xəstə 3 gün həkim nəzarəti altında saxlanılmalıdır". (publika.az)

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

Bu dövlət qurumlarında çalışan işçilərin də maaşları artırıldı

MÜBARİZ MƏNSİMOVUN SUÇU

 

 

Fuad Əliyev Əhməd Orucun yalanını üzə çıxardı

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

Bu sürücülərə çağırış edildi

Baş redaktor Prezidentə açıq məktubla müraciət etdi

Restoran və kafelərdə siqaret çəkənlərə ağlasığmaz CƏRİMƏ

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb

5 addımda arıqlama

AXH Qurultaya hazırlaşır

Ermənilər mövqelərimizi atəşə tutdu

Birinci vitse-prezident Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunub

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

Saçların sürətlə uzanmasına təsir edən maska