Erməni qadınlar azərbaycanlı gəncə hücum etdi

18:45 15-08-2019 | icon 36 | Cəmiyyət
Erməni qadınlar azərbaycanlı gəncə hücum etdi

Avqustun 14-də Azərbaycan Rusiyaya nota verib. Notaya səbəb Rusiya ərazisində keçirilən tədbirlərin birində növbəti dəfə anti-Azərbaycan mövqeli çıxışların səslənməsidir.

Azərbaycanın Rusiyadakı səfirliyindən bildirilib ki, bu ilin 9 avqust tarixindən Rusiyanın Pyatiqorsk şəhərində “Maşuk-2019” Şimali Qafqaz Gənclər Forumu öz işinə başlayıb. Forum çərçivəsində Ermənistanın Rusiyadakı səfirinin tədbir iştirakçıları ilə keçirilən görüşü zamanı o, Azərbaycana, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yolverilməz fikirlər səsləndirib ki, bu da Forumda iştirak edən “Gənclərin Bakı klubu” ictimai birliyinin sədri Sabir Rüstəmovun haqlı etirazına səbəb olub və xoşagəlməz insident baş verib. Bu barədə APA-nın Moskva müxbirinə bildirilib ki, bununla bağlı S.Rüstəmov səfirliyə müraciət ünvanlayaraq hadisənin mahiyyətini açıqlayıb və səfirlikdən dəstək istəyib. Məsələnin ciddiliyini, Azərbaycan ictimaiyyətində doğurduğu əks-sədanı nəzərə alaraq, səfirlik Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi nota ünvanlayıb. Bundan əlavə, səfir Polad Bülbüloğlu, daha öncə əldə olunmuş razılığa baxmayaraq, Pyatiqorsk şəhərinə səfərdən, yuxarıda qeyd olunan Forumda iştirakdan və planlaşdırılmış görüşlərdən imtina edib.

İnternet materiallarından bəlli olur ki, Stavropol vilayətində 2010-cu ildən etibarən keçirilən forumda Azərbaycan nümayəndə heyəti Sabir Rüstəmovun rəhbərliyi ilə təmsil olunub. Lakin tədbirdə yenə də erməni təxribatı baş verib. Belə ki, S.Rüstəmov üzərində AZERBAİJAN yazılmış futbolkada səhnəyə çıxaraq, Dağlıq Qarabağ həqiqətləri və Azərbaycan torpaqlarının işğal olunması ilə bağlı çıxış etmək istəyəndə bundan əzəbiləşən ermənilər ona hücum edib köynəyini cırmaq istəyiblər.

Versus.Az xəbər verir ki, S.Rüstəmov Zerkalo.az-a müsahibəsində deyib ki, təxribatı öncə Ermənistanın Rusiyadakı səfiri Vardan Qoqanyan törədib. Belə ki, o, çıxış edərək Qarabağın “Ermənistan torpağı” olduğunu iddia edib. Ardınca deyib ki, azərbaycanlılar heç vaxt Qarabağda yaşamayıb. S.Rüstəmov deyib ki, tələb etməsinə baxmayaraq, ona səfirə cavab vermək üçün mikrofon verilməyib. Belə olduqda mikrofonsuz Qarabağın əzəli Azərbaycan torpağı olduğunu, ərazilərimizin 25 ildir Ermənistan tərəfindən işğal edildiyini bildirib. Gənc fəal bildirib ki, belə olan halda tədbirdə iştirak edən erməni qadınlar onun üstünə şığıyıblar və üzərində AZERBAİJAN yazılmış futbolkanı cırmağa çalışıblar. Dediyinə görə, erməni qadınlar özlərini çox aqressiv aparırmışlar və bununla da qarşı tərəfi təxribata çəkməyə çalışırmışlar. Lakin S.Rüstəmov özünü təmkinli aparıb və adekvat reaksiya verməyib. Sonradan erməni jurnalistlər hətta ondan müsahibə də almağa çalışıblar. Lakin deyib ki, bir halda müsahibəyə razılıq verə bilər: özü də müsahibəni videoçəkilişini apararsa...

Baş verənlərlə bağlı Azərbaycanın Rusiyadakı səfirliyindən münasibət öyrənə bilmədik. Azərbaycan XİN-in mətbuat xidmətindən isə dedilər ki, məsələyə səfirlik səviyyəsində reaksiya veriləcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QHT LAYİHƏYƏ START VERDİ

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Jurnalistin qardaşının evi yenə qarət edildi

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

"Bu gün sizlərin yarıtmaz siyasəti xalqı hər gün yeni qəzalar keçirməyə vadar edir"

23 avqust - Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu gündür

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi