"ATƏT-in Minsk qrupunu Ermənistanın baş naziri Nikol Paşinyanın bu ilhaqçı siyasətini pisləməyə çağırırıq"

00:37 16-08-2019 | icon 30 | Qarabağ
"ATƏT-in Minsk qrupunu Ermənistanın baş naziri Nikol Paşinyanın bu ilhaqçı siyasətini pisləməyə çağırırıq"

"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsi və səfər zamanı səsləndirdiyi təxribatçı bəyanata etiraz olaraq ATƏT-in Minsk qrupunun həmsədlərinə məktub ünvanlayıb.

 

Versus.Az xəbər verir ki, məktubda deyilir:

 

"5 avqust 2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib, "Pan-Ermənistan" oyunlarının açılışına qatılıb. Açılış "mərasim"ində Nikol Paşinyan təxribatçı bəyanatlar səsləndirərək Qarabağı Ermənistanın tərkib hissəsi adlandırıb. Ermənistan baş naziri bununla da Azərbaycan ərazilərinin ilhaq siyasəti yürütdüyünü təsdiq edir"- deyilən məktubda qeyd edilir ki, "Paşinyanın bu sayıqlamaları əslində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların ruhuna zidd olmaqla yanaşı, öz ata-baba yurdlarından didərgin düşmüş yüz minlərlə azərbaycanlının hiddətinə səbəb olub".

 

Etiraz məktubunda həmçinin bildirilir ki, XXI əsrdə ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc yolu ilə dəyişdirilməsi qəbuledilməzdir: "N.Paşinyanın münaqişənin sülh yolu ilə həll edilməsinə dair fikirləri isə gözdən pərdə asmaqdan başqa bir şey deyil. Bu, Ermənistanın hərbi işğalını gizlətmək üçün uydurulmuş bəhanədir. Ermənistanın əsas məqsədi beynəlxalq ictimayyəti və ATƏT-in Minsk qrupunu aldatmaqdan ibarətdir. Paşinyan "Qarabağ Ermənistanın tərkib hissəsidir" deməklə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə gedən danışıqları zərbə altında qoyur və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara bərpaedilməz zərər vurur. Ermənistan baş nazirinin fikirlərini bu ölkənin xarici işlər naziri də təsdiqləyib. Biz, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri, ATƏT-in Minsk qrupunu Ermənistanın baş naziri Nikol Paşinyanın bu ilhaqçı siyasətini pisləməyə çağırırıq".

 

Qeyd edək ki, bu məktub ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yanaşı, Minsk qrupunun digər üzv dövlətlərinə və qurumun Parlament Assambleyasına, BMT-nin baş katibinə, Avropa Şurası, Avropa İttifaqının müvafiq qurumlarına və digər beynəlxalq təşkilatların ünvanlarına göndərilib.

 

Məktubu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev, icmanın idarə heyətinin üzvləri Flora Qasımova, Asif Cahangirov, Dürdanə Ağayeva, Xatirə Vəliyeva, Samirə Hüseynova, Nigar Mövsümlü və s. imzalayıblar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

QHT LAYİHƏYƏ START VERDİ

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Jurnalistin qardaşının evi yenə qarət edildi

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

"Bəzən buna görə jurnalistləri ittiham edirlər"

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb