Elçilikdən əvvəl müayinədən keçsinlər 

01:09 16-08-2019 | icon 32 | Sağlamlıq
Elçilikdən əvvəl müayinədən keçsinlər 

Bu günün gənc ailəsini təşkil edən fərdlər zamanında tibbi müayinədən keçməyə utanmayıb, bunu vacib hesab etsəydilər, boşanmaların sayı bu qədər olmazdı. Analar qızlarını həkimə aparmaqdan hələ də çəkinir.

Versus.Az xəbər verir ki, bu sözləri həkim Vaqif Qarayev əhalinin tibbi müayinəyə əhəmiyyət verməməsi, belə müayinələrdən çəkinməsi ilə bağlı danışarkən deyib.

Həkim bildirib ki, bu kimi tibbi müayinələrə laqeyd münasibət göstərildiyindən evlilikdən sonra yaranmış problemi kişidə yox, qadında görürlər:

"Bizdə gənc qızları tibbi müayinədən keçirtmək intihar kimi bir şeydir. Nə qədər qeyri-ciddi səslənsə də, valideynlər qızlarını həkimə aparmaqdan qorxurlar. Qorxurlar ki, qınaq atəşinə tutularlar. "Qız uşağını da həkimə apararlar?" sözünü eşitməkdən qorxurlar. Heç oğlanlar da tibbi müayinəyə meyilli deyil. Bəs nəticə nədir? Bəzi ciddi xəstəliklər vaxtında aşkarlanmır və son illərin bəlası olan sonsuzluq vaxtında müəyyən edilmir. Bununla da ailə dağılır. Bütün bəlaların baiskarı kimi ənənəvi olaraq qızları (gəlinləri) görürük. Ancaq olduqca yanlış yanaşmadır. Oğlanlarda problemlər az deyil. Son illər kişi sonsuzluğu sürətlə artır".

Həkim bildirib ki, rəsmi nikah üçün tələb edilən sağlamlıq haqqında məcburi arayışa ciddi yanaşılmalıdır:

 

"VVAQ üçün olan məcburi müayinələr təqdir ediləndir. Amma spektr dardır. Yaxşı olar ki, elçilikdən, nişandan əvvəl gənclərimiz "çek ap" müayinədən keçsinlər, rəsmi nikahdan əvvəl yox. Ciddi problemlər vaxtında aşkarlansa, yeni qurulan ailələr bir ildən sonra dağılmaz".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QHT LAYİHƏYƏ START VERDİ

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Jurnalistin qardaşının evi yenə qarət edildi

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

"Bu gün sizlərin yarıtmaz siyasəti xalqı hər gün yeni qəzalar keçirməyə vadar edir"

23 avqust - Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu gündür

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi