“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

07:32 16-08-2019 | icon 107 | Sağlamlıq
“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

Nərminə Abbasova: “Artıq çəki problemi xərçəng yaradan səbəblər arasında siqaretdən sonra ikinci yerdə gəlir”

 

“Alimlərin apardığı araşdırmalara əsasən, bədəndəki artıq piy, xərçəngin inkişafı və ya xərçəng riskini iki dəfə artırır. Artıq çəkili xəstələrlə aparılan 200 müxtəlif araşdırmada, piylənmə ilə mədə, yoğun və düz bağırsaq, mədəaltı vəzi, böyrək, yumurtalıq, rəhm, tənəffüs yolları və sümük iliyi növləri də daxil olmaqla xərçəng xəstəliyi arasındakı əlaqə ortaya çıxıb. Siyahıda əsas yerləri isə öd yolları - qaraciyər, öd kisəsi və öd kanalları - xərçəngi tutur”.

 

Versus.Az xəbər verir ki, bunu piylənmə və onun yaratdığı xəstəliklərdən danışan Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi Nərminə Abbasova deyib.

 

Həkim-terapevtin sözlərinə görə, məlumatların təhlili göstərib ki, bədən kütləsi indeksinin artması ilə xərçəngin müəyyən növlərinə tutulma riski də artır:

 

“Bədən kütləsi indeksinin sağlamdan (25) artıq çəkiyə (30) və ya artıq çəkidən (30) piylənməyə (35) 5 dəfə artması, diaqnozu dəyişə bilər. Kişilər üçün məsələn, indeksin hər 5 dəfə artması düz bağırsaqda bədxassəli şişin yaranması riskini 9% artırır. Eyni zamanda, hormon əvəzləyici müalicə keçən qadınlarda postmenopauza döş xərçəngi riski 11% artır. Çanağın və omba ətrafının 0.1 qədər dəyişməsi ilə rəhm xərçənginin yaranması riski 21% artır. Öd yollarının xəstəliyə tutulma faktoru isə 56% artır. Piylənmə ilə mübarizə təkcə diabet və ürək-damar xəstəliklərinin yox, xərçəngin də müəyyən növlərinin yaranması riskini azaldır”.

 

Piylənmənin hormonal dəyişiklik və maddələr mübadiləsində problemlər yaratdığını deyən Nərminə xanım onu da qeyd etdi ki, piylənmə estroqen və insulinin səviyyəsinin artmasına, eləcə də, iltihablaşdırıcı proseslərin inkişafına səbəb olur:

 

“Bu da öz növbəsində hüceyrələrin bölünməsi prosesinə təsir edir. Artıq çəki problemi xərçəng yaradan səbəblər arasında siqaretdən sonra ikinci yerdə gəlir. Bəzən tez-tez pilləkənləri çıxıb-düşmək və şəkərsiz içkilər qəbul etmək kifayət edir. Bütün bu kiçik vərdişlər normal çəkini saxlamağa kömək etdiyi kimi, xərçəng riskini də azaltmış olur. Dünyada ölüm sayının artmasına səbəb onkoloji xəstəliklərdir. Son 40 il ərzində piylənmə problemi isə iki dəfə artıb”.

 

Həkim deyir ki, artıq çəki onkoloji xəstəliklərlə yanaşı, diabet, bağırsaq, ürək-damar sistemi problemləri və eləcə də, psixi pozğunluqlara aparan bir yoldur və piylənməyə doğru gedən hər kəs yüksək risk zonasına düşür.

 

Bir çoxları piylənmədən xilas yolunu əməliyyatda görür. Nərminə xanım deyir ki, əməliyyat piylənmədən əziyyət çəkən xəstələr üçün son seçimdir:

 

“Piylənmə həyatın təxminən 12 ilini oğurlayan, həyat səviyyəsini azaldan bir problemdir. Qeyd edim ki, piylənməyə qarşı bariatrik əmliyyatın birbaşa xərçənglə əlaqəsi yoxdur.

Artıq çəki xəstəliyinin aradan qaldırılması ilə endometrium, döş kolon xərçəngi riski azaldılmış olur. Xəstələr piylənməyə qarşı bariatrik əməliyyatdan sonra ilk öncə yemək vərdişlərini tamamilə dəyişməlidirlər. Qısa fasilələrlə kiçik miqdarda yemək yeməkləri məsləhətdir. Yenidən çəki almamaq üçün qaydalara əməl etmək və təqibdə qalmaq çox önəmlidir”.

 

DİQQƏT!

Əgər piylənmənin səbəb olduğu xəstəliklərlə bağlı daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxud yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəziniə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

QHT LAYİHƏYƏ START VERDİ

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Jurnalistin qardaşının evi yenə qarət edildi

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

"Bəzən buna görə jurnalistləri ittiham edirlər"

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb